/ / Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti doğma xalqına və torpağa məhəbbət və sədaqət meyarı olub
Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti doğma xalqına və torpağa məhəbbət və sədaqət meyarı olub
12.12.2014 [10:03]
Xətai rayonunda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı tədbir keçirilib
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatında rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin Xətai rayonundakı abidəsini ziyarət edib, abidənin önünə tər gül-çiçək dəstələri düzüblər.
Tədbiri giriş sözü ilə açan Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov deyib ki, türk dünyasının böyük oğlu, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin adı xalqımızın yaddaşına əbədi həkk olunub. Azərbaycan xalqı hər zaman Ulu öndərin xatirəsini dərin hörmət və ehtiramla yad edir: “Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsi bilavasitə dünya səviyyəli siyasətçi və dövlət başçısı, zəmanəmizin bənzərsiz şəxsiyyəti Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimizin adı özünü azərbaycanlı sayan hər bir kəsin qəlbində sadəliyi, səmimiyyəti, alicənablığı, vətənpərvərliyi və bütün digər yüksək insani keyfiyyətləri ilə unudulmaz izlər buraxıb. Bu dahi insanın adı Azərbaycan xalqının simvoluna, əməlləri isə şəxsi hünər rəmzinə çevrilib, həyat və fəaliyyəti doğma xalqına və torpağa məhəbbət və sədaqət meyarı olub. Heydər Əliyevin sarsılmaz polad iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaq bilmədən çalışması, fədakar əməyi sayəsində müasir Azərbaycanın bünövrəsi ucaldılıb. Bu qüdrətli şəxsiyyətin müəyyən etdiyi yol dinamik inkişafı təmin edən strateji xətt olaraq ölkəmizə və xalqımıza daim uğur gətirib. Zəngin hadisələrlə dolu gərgin dövrdə Heydər Əliyev Azərbaycan dövlətini və millətini zamanın ən çətin sınaqlarından məharətlə çıxararaq ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olub”.
Çıxış edən YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin üzvü Hüseynbala Mirələmov isə deyib ki, böyük insanların, tarixi şəxsiyyətlərin, iki ömrü olur - fiziki ömrü və onun siyasi ömrü. Heydər Əliyev o xoşbəxt siyasətçilərdən, müstəsna dövlət xadimlərindəndir ki, Onun siyasi ömrü fiziki ömründən qat-qat uzun davam edir: “O, bu gün də davam edir, gələcəkdə də davam edəcək, bir sözlə, nə qədər ki, Azərbaycan var, Azərbaycan olacaq, Heydər Əliyev ideyaları Azərbaycan xalqına, Azərbaycan dövlətinə, Azərbaycanın hər bir vətəndaşına xidmət edəcək. Heydər Əliyev bütövlükdə Azərbaycan üçün, həm də hər bir azərbaycanlı üçün böyük zirvədir ki, xalqımız da, insanlarımız da məhz o zirvəyə baxaraq irəliləyir. Bu irəliləmə yüksəlişdir, tərəqqidir, inkişafdır. Ulu öndər Heydər Əliyev bütün mənalı ömrünü Azərbaycan xalqının firəvanlığının təmin olunmasına həsr edib. Bu gün Onun parlaq ideyaları zəfər çalır”.
Tədbirdə çıxış edən Xətai rayon prokuroru Yusif İldırımzadə isə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin bənzərsiz liderlik keyfiyyətlərindən danışıb. Onun sözlərinə görə, Ulu öndər Heydər Əliyev əsl liderdir, o lider ki, xalqını, dövlətini böyük bir qaranlıqdan parlaq, işıqlı günlərə çıxarıb: “Heydər Əliyevdə liderlik üçün bütün xüsusiyyətlər vardı. Ulu öndərimizin mərdliyi, qorxmazlığı, cəsarəti, qətiyyəti, yüksək tələbkarlığı, dövlətçilik, Azərbaycan xalqının rifahı uğrunda apardığı davamlı mübarizə buna misal göstərilə bilər. Ulu öndər Heydər Əliyev insanları, xalqını çox sevirdi. Bu mehribanlıq, sevgi ilə yanaşı, xalqının düşmənlərinə qarşı aparılan sərt mübarizəsi əsl sərkərdəlik qabiliyyətindən irəli gəlirdi. Heydər Əliyev öz xalqının övladlarını həmişə üstün tutur, onların maraq və mənafeyini daim müdafiə edirdi. Bunu mən öz təcrübəmdə yaşamışam. Bir sözlə, yüz illər ötsə də, Heydər Əliyev nuru daim Azərbaycana işıq saçacaq”.
Professor Vaqif Abbasov isə Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda hakimiyyətə qayıdışını Azərbaycan müstəqilliyinin yeni tarixində ikinci mərhələnin - qəti dönüş mərhələsinin başlanğıcı kimi səciyyələndirib. Onun sözlərinə görə, Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti ölkə daxilində də sabitlik yaradırdı. Ölkə daxilində dövlətçiliyin möhkəmləndirilməsi, onun qüdrət və əzəmətinin nümayişi Azərbaycan dövlətinə beynəlxalq aləmdə də hörmət və inamı artırdı. Bir sıra ölkələr yalnız bundan sonra ölkəmizlə iqtisadi-siyasi münasibətləri genişləndirməyə başladılar.
Sonra çıxış edən YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə Ulu öndərin Azərbaycanda qanunvericilik bazasının təkmilləşdirilməsi, ölkəmizdə hüququn aliliyi prinsipinin bərqərar olmasındakı rolundan bəhs edib, milli dövlətçiliyimizin xilası üçün gördüyü tədbirlərdən danışıb. O, həmçinin, vurğulayıb ki, Heydər Əliyev dühası, əzəməti, Heydər Əliyev rəhbərliyinin qeyri-adiliyi onda idi ki, dağılmaq, parçalanmaq həddində olan Azərbaycanı, çökməkdə olan dövlətçiliyimizi qorudu, cilaladı, möhkəmləndirdi, əzəmətə gətirdi: “O, ölkəni təhdid edən vətəndaş müharibəsinin, qardaş qırğınının qarşısını aldı. Xilas yolunu, ilk növbədə, qarşılıqlı ittihamlara, hakimiyyət uğrunda gedən çəkişmələrə, qruplararası ziddiyyətlərə son qoymaqda, ədavət hissini unutmaqda və bununla da, xalqın milli birliyinə, vətəndaş həmrəyliyinə nail olmaqda görür və haqlı olaraq, məhz bu istiqamətdə uğurlu tədbirlər həyata keçirirdi. Bütün bu ağır məqamlarda Ümummilli lider xalqın gücünə arxalanır, millətin Ona olan sonsuz inamına bel bağlayırdı. Məhz bu inam dövlətimizi ən mürəkkəb və gərgin situasiyalardan inkişaf yoluna çıxardı. Bu gün isə Ulu öndərin əsasını qoyduğu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan dünyanın ən öncül dövlətləri sırasında yerini alıb”.
Tədbirin sonunda Ulu öndərimiz Heydər Əliyevə həsr olunmuş sənədli filmin nümayişi olub.
Aqşin ŞAHİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
06 İyun 19:17
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44

