Azərbaycan-İran əlaqələrinin dərin tarixi kökləri var
04.12.2014 [10:21]
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İranın İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri Əbuzər İbrahimi Türkman ilə görüşüb.
Görüşdə ölkələrimizin din və mədəniyyət sahələrində əməkdaşlığının daha da genişləndirilməsi ilə bağlı məsələlər müzakirə edilib. M.Qurbanlı bildirib ki, Azərbaycan ilə İran arasında bütün sahələrdə olduğu kimi, din və mədəniyyət sahəsində də əlaqələr yüksək səviyyədə qurulub. Hər iki ölkə qədim tarixi mədəniyyətə malikdir. Ulu öndər Heydər Əliyev Azərbaycan-İran əlaqələrinə hər zaman böyük diqqət yetirib. Prezident İlham Əliyev də bu siyasəti ardıcıl davam etdirir.
Azərbaycan ilə İran arasında beynəlxalq müstəvidə əməkdaşlıqdan danışılarkən Komitə sədri qeyd edib ki, istər İslam Əməkdaşlıq Təşkilatı və Birləşmiş Millətlər Təşkilatı, istərsə də digər beynəlxalq qurumlarda qarşılıqlı münasibətlər yüksək səviyyədədir.
Görüşdə M.Qurbanlı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edərək bildirib ki, Azərbaycan torpaqlarının 20 faizi işğal olunub. İslam dininə aid olan bütün tarixi abidələr, o cümlədən məscidlər, ziyarətgahlar ermənilər tərəfindən dağıdılıb.
Azərbaycandakı dini durum haqqında məlumat verən Dövlət Komitəsinin sədri bildirib ki, ölkənin əhalisinin 96 faizi müsəlmanlardır və hazırda burada iki mindən çox məscid var. İslami dəyərlər dövlətin təminatı altındadır. Din dövlətdən ayrı olsa da, dövlətimiz daim dinə, dini ibadət yerlərinə - məscidlərə, ziyarətgahlara xüsusi diqqət yetirir. Yeni məscidlər tikilir, bərpa və təmir olunur. M.Qurbanlı deyib: “Biz bütövlükdə İslamda radikalizmin əleyhinəyik və ölkəmizdə radikal meyillərin yayılmasının qarşısının alınması üçün bütün tədbirlər görülür”.
Əbuzər İbrahimi Türkman deyib ki, iki qardaş ölkə arasında əlaqələrin dərin tarixi kökləri var. Bu vəzifədə ilk xarici səfərini Azərbaycana etdiyini bildirən qonaq səfərin İranla Azərbaycan arasında din və mədəniyyət sahəsində əlaqələrin daha da genişlənməsinə təkan verəcəyini vurğulayıb. “İslam mərhəmət dinidir”,- deyən Ə.İ.Türkman din və mədəniyyət üzərində qurulan əlaqələrin daha da genişlənməsinin vacibliyindən danışaraq qeyd edib ki, bu əməkdaşlıq gələcəkdə də davam etdiriləcək. Vurğulanıb ki, İran Prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri iki ölkə arasındakı münasibətləri yeni müstəviyə keçirib. Ə.İ.Türkman M.Qurbanlını İrana səfərə dəvət edib.
Qeyd edək ki, İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri Azərbaycana Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə gəlib.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20

