Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanda həyata keçirilən gənclər siyasəti dünyada uğurlu təcrübə kimi qəbul olunur

Azərbaycanda həyata keçirilən gənclər siyasəti dünyada uğurlu təcrübə kimi qəbul olunur

08.11.2014 [09:58]

Azərbaycanda dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi nəticəsində gənclər təşkilatları fəaliyyətlərini genişləndirərək ölkəmizin ictimai, siyasi, mədəni həyatında mühüm rol oynayırlar. Son illərdə xüsusi fəallığı ilə seçilən belə qurumlardan biri də Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasıdır.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə rəhbərlik etdiyi qurumun fəaliyyəti, həyata keçirdiyi tədbirlər və digər məsələlərlə bağlı AzərTAc-ın suallarını cavablandırıb.
- Artıq 2014-cü il başa çatmaq üzrədir. İlin əvvəlindən bu günədək Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən hansı işlər görülüb? ARGTMŞ-nin fəaliyyətində ən önəmli məqam kimi nəyi qeyd edə bilərsiniz?
- ARGTMŞ-nin fəaliyyəti 2013-cü ildə qəbul olunan “3G” strategiyasına əsaslanır. Bu strategiya özlüyündə üç prioritet istiqamətdən - “Gənclər siyasətinə dəstək”, “Gənclərin əməkdaşlıq imkanlarının artırılması” və “Gənclər təşkilatları institutunun gücləndirilməsi”ndən ibarətdir. Fəaliyyətinin bütün mərhələlərində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası üzvlərinin inkişaf etdirilməsi, onların cari proqramlarda iştirakının təmin olunması və əməkdaşlığının gücləndirilməsinə üstünlük verib. Bu il üzvlərinin sayı 111-ə çatmış ARGTMŞ ölkə və beynəlxalq səviyyəli bir sıra proqramların həyata keçirilməsinə nail olub.
Bu fəaliyyətlərdən hansının daha önəmli olması sualına gəldikdə, üç prioritetin hər biri üzrə nümunə göstərmək olar. “Gənclər siyasətinə dəstək” strategiyası çərçivəsində Avropa Könüllük Xidməti əsasında formalaşdırılan və inkişaf etdirilən “Azərbaycan könüllülük xidməti” proqramıdır. Bakıda və 12 regionda yerləşən 15 “Gənclər Evi”ni əhatə edən “Azərbaycan könüllülük xidməti” proqramı yay mövsümündə ölkəmizin müxtəlif regionları arasında bir aylıq könüllü mübadiləsini həyata keçirməklə respublikamızda təkcə “könüllü”, “könüllülük” düşüncəsinin inkişafına yox, həm də müxtəlif bölgələrin “Gənclər Ev”ləri arasında təcrübə mübadiləsinə mühüm töhfəsini verdi.
ARGTMŞ ölkənin ən böyük gənclər platformasıdır. ARGTMŞ-nin fəaliyyətinin mühüm bir hissəsi gənclər təşkilatlarının inkişaf etdirilməsi ilə bağlıdır. Əlbəttə, gənclər təşkilatlarının inkişaf etdirilməsi üçün onların cari vəziyyətinin qiymətləndirilməsinə ehtiyac var. Məhz bu amili nəzərə alaraq, ARGTMŞ tərəfindən Azərbaycanın 100-dən çox gənclər təşkilatını əhatə edən sosioloji sorğu həyata keçirilib. Gənclər təşkilatları institutunun cari vəziyyətinin qiymətləndirilməsi aparılıb. Yaxın gələcəkdə bu sorğunun nəticələrini ictimaiyyətə açıqlayacağıq.
Cari il üzrə ən əlamətdar hadisələrdən biri kimi, Azərbaycanın Avropa Şurasının Nazirlər Kabinetində sədrliyi çərçivəsində Gənclər və İdman, Xarici İşlər nazirlikləri və Avropa Şurasının dəstəyi ilə ARGTMŞ tərəfindən həyata keçirilən “Nifrət nitqinə yox hərəkatı” Beynəlxalq Forumunun ölkəmizdə keçirilməsini qeyd etmək olar. Avropa Şurasına üzv olan 47 dövlətdən və digər ölkələrdən 250-yə yaxın gənc liderin iştirakı ilə keçirilən Foruma respublikamızın ev sahibliyi etməsini nəinki ARGTMŞ, ümumilikdə, Azərbaycan gənclər siyasəti üçün uğurlu nəticə hesab etmək olar.
- Qeyd etdiniz ki, ARGTMŞ-nin “3G” strategiyası çərçivəsində əsas fəaliyyət istiqamətlərindən biri “gənclər siyasətinə dəstəkdir”. ARGTMŞ gənclər siyasətinə dəstəyi hansı formada həyata keçirir? Ümumiyyətlə, Azərbaycan gənclər siyasəti gözlənilən nəticələri verirmi və gələcək üçün nə vəd edir?
- Təşkilat fəaliyyət göstərdiyi 19 il ərzində gənclərlə bağlı aparıcı platformalar, eləcə də beynəlxalq təşkilatların müvafiq qurumları ilə daim yaxından əməkdaşlıq edib. Bu gün təşkilat Avropa, Asiya, Afrika qitələrinin gənclər platformaları ilə mühüm və etibarlı tərəfdaşlıq əlaqələrinin qurulmasına nail olub. Avropa Gənclər Forumu, “Pan-Afrika” Gənclər Birliyi, Latın Amerikası Gənclər Forumu kimi gənclər platformalarının tərəfdaşıdır və BMT, Avropa Şurası və digər beynəlxalq təşkilatların gənclər platformalarında təmsil olunur.
ARGTMŞ bu platformalarla qarşılıqlı fəaliyyətində Azərbaycan gəncliyini, onun maraqlarını təmsil edir. ARGTMŞ, həmçinin bu platformaların qərarvermə prosesində azərbaycanlı gənclərin iştirakının artırılmasına tövhəsini verir. ARGTMŞ-nin beynəlxalq platformalarla əməkdaşlığının müsbət nəticələri, beynəlxalq miqyaslı müxtəlif tədbirlərin Vətənimizdə keçirilməsi Azərbaycanda uğurla yürüdülən dövlət gənclər siyasətinin nəticəsidir. Çox xoşdur ki, bu nəticələr artıq beynəlxalq səviyyədə də diqqət mərkəzindədir. Azərbaycanda həyata keçirilən gənclər siyasəti uğurlu bir nümunə kimi qəbul olunur. Gənclər siyasəti üzrə birinci qlobal forumun Azərbaycanda keçirilməsi də bunun bir sübutudur. Əlbəttə, Azərbaycanda bütün sahələri əhatə edən silsilə islahatların bir istiqaməti kimi həyata keçirilən gənclər siyasəti respublikamızın mövqeyinin istər regionda, istərsə də beynəlxalq səviyyədə güclənməsinə və ölkəmizlə bağlı həqiqətlərin dünyaya çatdırılmasına öz töhfəsini verir.
- Qeyd etdiyiniz Gənclər siyasəti üzrə birinci qlobal forum artıq başa çatıb. Forum Azərbaycana gələcək üçün nələr vəd edir?
- Gənclər siyasəti üzrə birinci qlobal forum adından da göründüyü kimi, bu sahədə dünyada həyata keçirilən ilk mötəbər tədbirdir. Əlbəttə, ilklər daim tarixə düşür və xatırlanır. İlk tədbirin ölkəmizdə keçirilməsi Azərbaycanın adının artıq tarixə düşməsi deməkdir. İkinci tərəfdən, tədbirin Vətənimizdə keçirilməsi artıq Azərbaycan gənclər siyasətinin yerli və regional səviyyədə deyil, dünyada aparılan gənclər siyasətinin inkişafında mühüm pay sahibi olmasının göstəricisidir. Digər bir tərəfdən də, Forumda 106 ölkədən 700-dən artıq şəxsin - aparıcı gənclər platformalarının, beynəlxalq təşkilatların nümayəndələrinin, yüksək səviyyəli dövlət rəsmilərinin iştirakı öz növbəsində Azərbaycanı yenidən dünyanın diqqət mərkəzinə gətirərək respublikamızın inkişaf edən gənclər ölkəsi kimi tanınmasına imkan yaratdı.
- ARGTMŞ tərəfindən gələcəkdə hansı tədbir və ya proqramların həyata keçirilməsi planlaşdırılır?
- Hər il olduğu kimi, gələn il də təşkilat öz strategiyası çərçivəsində qarşıya daha böyük hədəflərə çatmağı məqsəd qoyub. Əsas məqsədlərdən biri gənclər təşkilatların tək “təcrübəli” qurum kimi yox, həm də ixtisaslaşmış “peşəkar” bir təşkilat kimi formalaşmasına dəstək verməkdir. Bu istiqamətdə fəaliyyətimizin mərkəzində yerli və beynəlxalq platformalar arasında əməkdaşlığın gücləndirilməsi və dayanıqlı inkişaf olacaq. Gələcəkdə, həmçinin Azərbaycanın regionlarından olan gənclər təşkilatlarının ixtisaslaşdırılması, fəallaşdırılması və növbəti beynəlxalq tədbirlərin ölkəmizin regionlarında keçirilməsi üzrə fəaliyyətimizi davam etdirəcəyik.

Paylaş:
Baxılıb: 726 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31