/ / Sədaqət Vəliyeva: Avropa Parlamentinin balansı qoruya bilməməsi birbaşa onun imicinə zərbə vurur, bu təsisata olan inam getdikcə itir
Sədaqət Vəliyeva: Avropa Parlamentinin balansı qoruya bilməməsi birbaşa onun imicinə zərbə vurur, bu təsisata olan inam getdikcə itir
01.10.2014 [09:37]
“Azərbaycanın bugünkü sürətli inkişafı üçün bazis rolunu oynamış “Əsrin müqaviləsi”nin 20-ci ildönümü və “Cənub” qaz dəhlizinin təməlqoyma mərasimləri ərəfəsində Avropa Parlamenti tərəfindən təxribat xarakterli addım atıldı. Bu təsisat tərəfindən ssenariləşdirilmiş şəkildə qəbul edilmiş qətnaməni, məhz təxribat adlandırmaq lazımdır”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Deputat bildirib ki, Avropa Şurasının, ATƏT-in və digər Avropa institutlarının bütün ölkələr üçün qəbul edilmiş ümumi meyarları və tövsiyələri əsasında Azərbaycan bütün öhdəliklərini yerinə yetirir: “Bunun nəticəsidir ki, bu gün Azərbaycanda söz azadlığı, siyasi plüralizm, azad toplaşmaq hüquqları tam şəkildə təmin edilib, azad mətbuat formalaşıb, ictimai sektorun inkişafı üçün əlverişli şərait yaradılıb. Azərbaycanda yüzlərlə qeyri-hökumət təşkilatı, kütləvi informasiya vasitəsi qanun çərçivəsində, heç bir məhdudiyyətlə üzləşmədən sərbəst fəaliyyət göstərir. Bir sözlə, Azərbaycan fundamental demokratik dəyərlərə sadiq, vətəndaş cəmiyyətinin inkişaf etdiyi və bütün azadlıqların qorunduğu bir ölkədir”.
Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, Azərbaycanın demokratik inkişafı, hüquqi dövlət kimi özünü sübut etməsi prosesləri elə tez-tez ölkəmizə səfərə gələn avropalı siyasətçilərin gözü qarşısında baş verir: “Sual yaranır: bəs, nə üçün Avropa Parlamenti belə bir addım atıb? Cavab yalnız geosiyasi məsələlərlə və Azərbaycana qarşı olan ikili standartlı siyasətlə əlaqəlidir. Necə ola bilər ki, 700-dən artıq deputatın əvəzinə cəmi 40-45 nəfər qətnamə qəbul etsin? Əlbəttə ki, Avropa Parlamentinin qəbul etdiyi məlum qətnamə Azərbaycan Respublikasının qanunvericiliyini pozmuş, cinayət əməllərinə görə məhkəmə prosesində olan vətən xainləri barəsində olduğundan onun heç bir əhəmiyyəti yoxdur. Sadəcə, bütün ölkələrdən demokratiya və ədalət tələb edən Avropa Parlamenti bəzi antimilli ünsürlərə görə, Azərbaycan məhkəmələrinə təzyiq etməyə çalışır. Bu cür açıq oyunların getdiyi bir zamanda Avropa Parlamentinin balansı qoruya bilməməsi birbaşa onun imicinə zərbə vurur, bu təsisata olan inam getdikcə itir. Düşünürəm ki, regional və qlobal beynəlxalq təşkilatların bu cür ədalətsiz mövqeyinə qarşı hər bir Azərbaycan vətəndaşı konkret mövqe ortaya qoymalıdır. Dövlətçiliyimizin qorunması və haqq-ədalətin yerini tutması üçün bütün imkanlardan və resurslardan istifadə edilməlidir. Bu işdə media da öz aktiv rolunu oynamalı və kütləvi şüurun vahid sosial-siyasi institut kimi etiraz səsini dünya ictimaiyyətinə çatdırmalıdır”.
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

