Dünya birliyi “erməni məsələsi”ni birdəfəlik bağlamalıdır
09.09.2014 [09:35]
Heydər Əliyev Fondunun əsas məqsədlərindən biri Azərbaycan gerçəkliklərini dünya ictimaiyyətinə çatdırmaqdır. Fond Ermənistanın və tarixi saxtalaşdıran, beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışan dünya ermənilərinin ifşa olunmasına yönəldilmiş layihələrin həyata keçirilməsində fəal iştirak edir.
Fondun köməyi ilə “Azərnəşr”in həyata keçirdiyi layihə çərçivəsində xarici dövlətlərin arxivlərində saxlanılan və ermənilərin siyasətinin əsl mahiyyətini aşkara çıxaran sənədlər əsasında tərtib edilmiş kitablar nəşr olunur.
Nəşriyyatın bu kitablar seriyasına verdiyi müqəddimədə deyilir ki, 2015-ci ildə Osmanlı Türkiyəsində uydurma “erməni soyqırı”mının 100 ili tamam olur. Müqəddimədə deyilir: “Erməni dövlətinin, habelə əvvəllər də fəallığı ilə fərqlənmiş xaricdəki çoxsaylı erməni diasporunun bütün təbliğat maşını indi Türkiyədə ermənilərin kütləvi surətdə məhv edilməsi “faktına” hüquqi status verilməsinə, bu “faktın” bütün dünya ictimaiyyətinin şüurunda qanuniləşdirilməsinə yönəldilib”.
Məhz buna görə “Azərnəşr” erməni və xarici ölkə müəlliflərinin 1915-ci ildə Türkiyə ərazisində baş vermiş hadisələrə obyektiv qiymət verən silsilə kitablarını rus, ingilis, fransız və alman dillərində nəşr etməyi planlaşdırıb.
Həmin kitablardan biri tarix elmləri namizədi Nəsiman Yaqublunun Rusiya Dövlət Hərbi Tarix Arxivində saxlanılan sənədlər əsasında tərtib edilmiş “Ermənilər türklərə qarşı” kitabıdır. Kitabda deyilir ki, 1914-cü ildə Türkiyədə yaşayan ermənilərin ümumi sayı 1.229.007 nəfər olub. Bir milyon yarım erməninin “soyqırımına” necə məruz qalması lap tapmacadır. 1914, 1915 və 1916-cı illərin arxiv sənədlərinin dərc olunduğu bu kitabda deyilir: “Rusiya dövlətinin 1915-ci ilin “erməni soyqırımı” faktını inkar edən arxiv sənədləri sübut edir ki, Türkiyə tərəfindən ermənilər barəsində heç bir soyqırımı siyasəti olmayıb, əksinə, məhz ermənilər hərbiləşdirilmiş dəstələr yaradaraq çar Rusiyası ilə birlikdə Türkiyəyə qarşı müharibə aparıblar”.
“Azərnəşr”in buraxdığı digər bir kitab belə adlanır: “Birinci Dünya müharibəsində Türkiyədə və Zaqafqaziyada erməni silahlı dəstələrinin fəaliyyəti barədə general-mayor Bolxovitinovun raportu”. Bu kitabda türk əhalisinin erməni quldur dəstələri tərəfindən müntəzəm surətdə məhv edildiyini göstərən dəlillər toplanıb.
“Erməni soyqırımını” inkar edən fransız müəllif Jorj de Malevilin kitabı “1915-ci ilin erməni faciəsi” adlanır. O yazır: “Biz sağlam düşüncəni və adi məntiqi rəhbər tutaraq xatırlatmaq istəyirik ki, başqasına qarşı ittiham irəli sürənin sübutu olmalıdır, deklarativ mülahizələrin təkrarlanması nə qədər müntəzəm və inadkar xarakter daşısa da, heç vaxt tutarlı əsas olmayıb”.
“Erməni məsələsi Rusiya dövlət arxivlərinin 120 sənədində” adlı kitabda “erməni məsələsi”nin mübahisəli tərəflərinə dair həqiqətin müəyyən edilməsində mühüm rol oynayan sənədlər vardır. Kitabda deyilir: “Daşnakların nümayəndələrinin çar Rusiyasının rəsmi şəxsləri ilə yazışmasından və danışıqlarından aydın olur ki, türk ərazilərinin ələ keçirilməsi layihələri çərçivəsində ermənilərin üzərinə iki vəzifə qoyulurdu. Ermənilər arxada üsyana qalxmaqla türk ordusunu zəiflətməli idilər. Ermənilərin ikinci vəzifəsi türk ordusunun müdafiə xəttini qırmaq üçün könüllü dəstələr təşkil etmək yolu ilə ərazilərin düşmən ordular tərəfindən daha asanlıqla ələ keçirilməsini təmin etmək idi”.
“Erməni könüllü dəstələri” kitabında ermənilərin soyqırımı iddialarının faktlarla təsdiqlənmədiyini göstərən onlarla dəlil və sənəd toplanıb. Bu sənədlərlə tanışlıq tamamilə başqa təsəvvür yaradır. Van və Ərzurum əyalətlərində Rusiyanın baş konsulu olmuş diplomat V.Mayevski öz idarəsinə belə bir məlumat vermişdi: “Türkiyənin müxtəlif şəhərlərində ermənilərlə müsəlmanlar arasında toqquşmalar barədə şəxsən mənə məlum olan faktlar belə bir fikir yaradır ki, hər yerdə qanlı hadisələr ermənilərin özlərinin təşəbbüsü ilə törədilib”. Həmin V.Mayevski yazırdı ki, “ermənilərin soyqırımı iddiaları düşünülmüş mifik uydurmalar toplusundan başqa bir şey deyildir”.
“Daşnaklar alman kəşfiyyatının xidmətində” adlı kitab faşist Almaniyasının müxtəlif kəşfiyyat orqanlarında xidmət etmiş, sonra isə Sovet ordusuna əsir düşmüş Peter Kamsarakanın fəaliyyətindən bəhs edir. O, əsirlikdə olarkən verdiyi ifadələrində “böyük Ermənistan”, Türkiyə, Azərbaycan və Gürcüstan torpaqlarını faşist Almaniyasının əli ilə qoparmaq ideyalarını necə həyata keçirməsindən bəhs edir.
Analoji kitabların nəşri davam etdirilir. Ümidvarıq ki, bu kitablar sayəsində erməni yalanı tamamilə ifşa olunacaq və ermənilərin onilliklər boyunca asanlıqla və məqsədyönlü şəkildə çaşbaş saldıqları dünya birliyi “erməni məsələsi”ni birdəfəlik bağlayacaq.
Xəbər lenti
Hamısına baxDünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27

