/ / Gintaras Visotskas: Ərazi bütövlüyü prinsipinə hörmət edən heç bir litvalı hazırda ermənilərin idarə etdikləri Dağlıq Qarabağa ayaq basmamalıdır
Gintaras Visotskas: Ərazi bütövlüyü prinsipinə hörmət edən heç bir litvalı hazırda ermənilərin idarə etdikləri Dağlıq Qarabağa ayaq basmamalıdır
06.09.2014 [09:45]
Sentyabrın 2-də Litvanın www.slaptai.lt internet-portalında bu saytın rəhbəri Gintaras Visotskasın Litva dilində “Nə üçün Dağlıq Qarabağ Azərbaycan torpağıdır?” sərlövhəli məqaləsi dərc olunub (http://www.slaptai.lt/index.php/politines-intrigos/8368-kodel-kalnu-karabachas-azerbaidzano-zemes.html). Sentyabrın 4-də saytda bu məqalənin rus dilində versiyası yerləşdirilib (http://www.slaptai.lt/index.php/rusu-kalba/8373-2014-09-04-17-11-03.html).
Gintaras Visotskas öz məqaləsində xatırladır ki, Litva NATO-nun və Avropa İttifaqının üzvüdür və ilk baxışda elə görünə bilər ki, onun yetərincə dostu və tərəfdaşı vardır. Lakin NATO-nun və Aİ-nin üzvü olan ölkələrin heç də hamısı səmimi müttəfiqlər deyildir. Məqalənin müəllifi qeyd edir ki, əhalisinin çoxu müsəlmanlar olan Azərbaycan Litvanın ciddi tərəfdaşlarından biri ola bilər.
Litva seyminin üzvü D.Kuoditenin Azərbaycanın işğal olunmuş ərazilərinə səfərindən bəhs edən litvalı jurnalist təəssüflə bildirir ki, “bəzən biz özümüz də başqa ölkələri riyakarlığına və ikili standartlarına görə tənqid edərkən Azərbaycanın ağrı-acısını unuduruq”.
G.Visotskas yazır ki, Litva dövlətin ərazi bütövlüyünə hörmət etməklə və Kremldən qarşılıqlı hörmət tələb etməklə nəinki ədalətli, həm də ağıllı addım atır, çünki cəmiyyətdə, məsələn, Klaypeda və Vilnüs regionunu işğal etmək, Litva torpağını bir parçasını ondan ayırıb Kalininqrad vilayətinə calamaq istəyən ağılsız adamlar həmişə ola bilər.
G.Visotskas yazır: “Ermənistana gedən bütün Litva vətəndaşları, habelə Seymin üzvü Dalya Kuodite, zənnimcə, Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağa səfər etmək niyyətlərindən daşınmalıdırlar. Hazırda işğal altında olan Dağlıq Qarabağ istiqamətində hətta kiçicik bir addım atmaqla biz işğalı qanuni hesab etmiş oluruq. Bu isə ədalətsizlik, haqsızlıq, mənəviyyatsızlıqdır”.
Məqalənin müəllifi xatırladır ki, axı 2007-ci il sentyabrın 13-də Vilnüsdə Azərbaycan ilə Litva tərəfdaşlığın inkişaf etdirilməsi haqqında saziş imzalanıb. Litva Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Daha aydın şəkildə desək, Litva təsdiqləyib ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Doğrudanmı Litvanın imzası heç nədir?
G.Visotskas əmindir ki, Azərbaycan onun Ermənistan tərəfindən işğal olunmuş torpaqlarına gedən litvalıların öz ölkəsinə gəlişini qadağan etməkdə düz hərəkət edir. Dağlıq Qarabağı hələ də Ermənistan torpağı hesab edənlərə isə portalın rəhbəri Azərbaycanın Moldovadakı səfiri, hüquq elmləri doktoru, alim, diplomat, hüquqşünas Namiq Əliyevin 2013-cü ildə Litva dilinə tərcümə olunmuş “Beynəlxalq hüquq və Dağlıq Qarabağ münaqişəsi” kitabını oxumağı tövsiyə edir.
Portalın rəhbəri yazır: Azərbaycanın Litvadakı indiki səfiri H.Məmmədzadə də bildirir ki, “Beynəlxalq hüquq və Dağlıq Qarabağ münaqişəsi” kitabında ermənilərin Azərbaycana qarşı Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilər barədə iddialarının hüquqi əsassızlığı aydın şəkildə göstərilib.
Məqalənin müəllifi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixini və başlanma səbəblərini araşdıraraq diqqətə çatdırır ki, hazırda Ermənistanın işğal etdiyi torpaqlarda qondarma respublika yaradılıb. Dünyanın heç bir dövləti “dqr” deyilən bir qurum tanımır. Litva belə bir şübhə yaranmasına azacıq da olsa əsas verməməlidir ki, rəsmi Vilnüs Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş və təqribən 1 milyon azərbaycanlını öz yurdundan didərgin salmış Ermənistanı qətiyyətlə pisləmir. G.Visotskas yazır: “Ərazi bütövlüyü prinsipinə hörmət edən heç bir litvalı hazırda ermənilər tərəfindən idarə olunan Dağlıq Qarabağa ayaq basmamalıdır. Biz hətta ermənilərin işğal etdikləri Dağlıq Qarabağda istehsal olunan malları almamalıyıq”.
Təəssüf ki, Litva Seyminin deputatı D.Kuodite bu prinsipi pozub. Jurnalist yazır: “O nəinki Yerevanda olub, hətta Ermənistanın işğal etdiyi Dağlıq Qarabağa gedib. Biz Litvaya heç bir pislik etməmiş, bizimlə həqiqi dostluğa can atan Azərbaycanı və NATO-nun ən güclü dövlətlərindən biri olan Türkiyəni təhqir etmişik”.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

