/ / Draqan Vuyoviç: Azərbaycanın iqtisadi inkişaf modeli cəmiyyətin hər bir üzvünün mənafelərinin və rifahının təmin edilməsinə yönəlib
Draqan Vuyoviç: Azərbaycanın iqtisadi inkişaf modeli cəmiyyətin hər bir üzvünün mənafelərinin və rifahının təmin edilməsinə yönəlib
06.09.2014 [09:44]
Serbiya-Azərbaycan strateji tərəfdaşlığının inkişafı üçün geniş imkanlar var və gələcəkdə iki ölkənin yeni sahələrdə səmərəli əməkdaşlığını gözləmək olar.
Serbiya-Azərbaycan Ticarət Palatasının sədrinin birinci müavini, magistr Draqan Vuyoviç TANYUQ agentliyinə müsahibəsində ikitərəfli münasibətlərin səviyyəsini belə qiymətləndirib (bax: http://tanjug.rs/novosti/143561/azerbejdzan-za-srbiju-nije-obicna-drzava.htm).
Azərbaycanın Serbiya üçün heç də adi dövlət olmadığını vurğulayan Draqan Vuyoviç deyib: “Son vaxtlar iki dövlət arasında yeni səviyyələrdə əməkdaşlığı əhatə edən münasibətlərin yüksələn xətt üzrə inkişafı davam edir”.
D.Vuyoviç ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün mövcud imkanları Azərbaycanın potensialına dəlalət edən sanballı layihələr nümunəsində nümayiş etdirərək xatırladıb ki, 2014-cü ilin əvvəli iki ölkə arasında intensiv görüşlər və əlaqələrlə yadda qalıb.
D.Vuyoviç deyib: “2014-cü ilin fevral ayında nazir Zakir Həsənovun başçılıq etdiyi Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti Serbiyaya səfər edib. Bu il martın əvvəlində Belqradda Serbiya Respublikası ilə Azərbaycan Respublikası arasında ticari-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası olub. May ayında Serbiyada güclü daşqınlar baş verəndə Serbiyaya humanitar yardım göstərmiş ölkələr haqqında KİV-də dərc edilən məlumatlarda Azərbaycanın adı ən birincilər sırasında idi”.
Magistr deyir ki, Serbiyada Azərbaycan haqqında çox bilirlər. Keçən il Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliçin Azərbaycana rəsmi səfəri zamanı iki ölkənin prezidentləri dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıblar.
Draqan Vuyoviç deyib: “Bu gün Azərbaycanla Serbiya arasında münasibətlər beynəlxalq aləmdə xristian və müsəlman ölkələri arasında tərəfdaşlıq və dostluq nümunəsi hesab edilir”.
Serbiya kimi, Azərbaycan da mühüm, lakin geosiyasi baxımından mürəkkəb bir regionda yerləşir. Azərbaycan hərbi bloklarda iştirak etməmək yolunu seçib və Qoşulmama Hərəkatında fəal iştirak edir.
O vurğulayıb: “Serbiya kimi, bu ölkə də müharibədən çıxıb. Müharibə zamanı onun ərazisinin 20 faizi işğal edilib. Qonşu Ermənistanla münaqişəyə və 1990-cı illərin əvvəlində baş vermiş vətəndaş müharibəsinə baxmayaraq, Azərbaycan öz ərazisinin 80 faizində iqtisadi inkişafı təmin etməyə nail olub”.
D.Vuyoviç deyib ki, qitədəki başqa dövlətlərin çoxu maliyyə böhranının nəticələrinin öhdəsindən güclə gəldiyi halda, Azərbaycan iqtisadiyyatında coşqun inkişaf müşahidə olunur. Son 10 ildə Azərbaycanda bir milyondan çox yeni iş yeri açılıb. İşsizlik göstəricisi təxminən 5 faiz, ölkənin xarici borcu isə ÜDM-in cəmi 8 faizi qədərdir. Bu göstəricilər üzrə Azərbaycan hətta bəzi inkişaf etmiş ölkələri də qabaqlayır. Son on ildə ölkəyə 190 milyard dollar sərmayə qoyulub. Təkcə keçən il rekord məbləğdə - 28 milyard dollar investisiya cəlb edilib.
D.Vuyoviç vurğulayıb ki, bu cür sanballı inkişaf Azərbaycanın enerji ehtiyatları ixracından, habelə ölkədə daxili siyasi sabitlik və gəlirlərin düşünülmüş şəkildə xərclənməsi sayəsində təmin edilir.
Qeyri-neft sektorunun inkişafı Azərbaycan hökuməti üçün prioritet məsələdir. Təkcə keçən il iqtisadiyyatın qeyri-neft sektorunda artım 10 faiz olub. Sabitlik isə onunla təmin olunur ki, Azərbaycan əhalisi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətə yüksək etimad bəsləyir. Bu siyasətin əsasını təşkil edən iqtisadi inkişaf modeli Azərbaycan cəmiyyətinin hər bir üzvünün mənafelərinin və rifahının təmin edilməsinə yönəlib.
Vuyoviç son bir neçə ildə Azərbaycanda reallaşdırılmış iri layihələrdən bir neçəsini qeyd etməyi vacib sayır. Onlardan biri “ASAN xidmət” və ya Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyidir. Vuyoviç “ASAN xidmət” adının mənasını izah edərək bildirir ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış bu xidmətin mahiyyəti “müştərilərin razı qalması” ideyasının dövlət idarəçiliyinə tətbiq edilməsi, dövlət strukturlarının məlumat bazalarının inteqrasiyası və ölkədə elektron xidmətlərin təkmilləşdirilməsi deməkdir. “ASAN xidmət” mərkəzlərində Azərbaycan vətəndaşları cəmi bir neçə dəqiqə ərzində vətəndaşlıq vəziyyəti aktlarını, hüquqi şəxslər isə vergi ödəyicilərinin sənədlərini qeydiyyatdan keçirir, şəxsiyyət vəsiqələri, müxtəlif arayışlar alırlar.
Respondentin sözlərinə görə, Gürcüstanda, Rusiyada, Estoniyada, Qazaxıstanda da oxşar qurumlar var, lakin “ASAN xidmət” kimisi heç yerdə yoxdur. Vuyoviç deyir: “Təsadüfi deyil ki, bu yaxınlarda həmin layihə Avropa Parlamentində təqdim olunarkən deputatlardan biri (Vuyoviç Kristina Oyulandı nəzərdə tutur. AzərTAc bu haqda yazmışdı - bax: http://azertag.az/ru/node/1195289) qeyd etdi ki, yaxın vaxtlara qədər Azərbaycan özünün neft-qaz sərvətləri ilə məşhur idi, bu gün isə o, rəqəmsal identifikasiyaların inkişaf səviyyəsinə görə Avropa İttifaqı ölkələrindən irəlidədir”.
İlk Azərbaycan peyki (“Azerspace-1”) orbitdədir. Draqan Vuyoviçin sözlərinə görə bu layihə informasiya təhlükəsizliyinin təmin olunmasına, iqtisadiyyatın telekommunikasiya tələbatının ödənilməsinə, telekommunikasiya strukturunun inkişafına, elm tutumlu yeni layihələrin həyata keçirilməsinə xidmət edəcəkdir.
Onun fikrincə, “ADA” Universiteti (Azerbaijan Diplomatic Academy) öz təhsil imkanlarına görə bütün Cənubi Qafqazda biliklər adası hesab edilir.
Vuyoviç deyir: “Diplomatik Akademiya 2006-cı ildə Azərbaycan Prezidentinin imzaladığı Sərəncama əsasən Xarici İşlər Nazirliyinin nəzdində azərbaycanlı diplomatların hazırlanması üçün ixtisaslaşdırılmış müəssisə kimi yaradılıb. Lakin “Azərbaycan-2020” İnkişaf Konsepsiyasında qarşıya qoyulmuş məqsədlər baxımından Azərbaycan iqtisadiyyatının bütün sahələrində yüksək ixtisaslı kadr potensialının artırılması zərurəti yarandı və artıq 2013-cü ildən ADA-da dövlət idarəçiliyi və beynəlxalq münasibətlər, biznes, informasiya texnologiyaları, habelə humanitar və dəqiq elmlər üzrə məktəblər fəaliyyət göstərir”.
Serbiya Prezidenti Tomislav Nikoliç 2013-cü ildə Azərbaycana səfəri çərçivəsində bu müəssisədə, habelə İvo Andriçə həsr olunmuş sərgidə olub. Bu ali məktəbin yaşının nisbətən az olmasına baxmayaraq, burada artıq 27 ölkədən tələbələr oxuyur.
D.Vuyoviç xatırladır: “Avropa komissarı Ştefan Fyulenin Bakıya səfəri zamanı “prestijli akademiya” adlandırdığı bu tədris müəssisəsinin “green and smart” kampusu diqqəti cəlb edir”.
Draqan Vuyoviçin sözlərinə görə, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum layihələri 1990-cı illərdə Azərbaycan neftinin və qazının Avropaya nəql edilməsi üçün başlanıb. Bu gün həmin layihələr Azərbaycan üçün “success story” sayılır.
Bir neçə il bundan əvvəl Azərbaycan özünün əlverişli coğrafi mövqeyini və tranzit imkanlarını bir daha qiymətləndirərək öz qonşuları Türkiyə və Gürcüstanla əməkdaşlıqda daha bir beynəlxalq layihə həyata keçirməyi - Böyük İpək Yolunun dirçəldilməsi proqramının tərkib hissəsi kimi Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilməsini qərara alıb.
O vurğulayır: “Hesab edilir ki, Avropanın və Asiyanın dəmir yollarını birləşdirəcək bu layihə Çindən Avropaya və əks istiqamətdə sərnişin və yük daşımağa imkan verəcəkdir. Layihə o qədər ambisiyalı və maraqlıdır ki, Qazaxıstan artıq indidən həmin dəmir yolu vasitəsilə hər il böyük həcmdə yük daşımaq arzusunu bildirib”.
D.Vuyoviç qeyd edib ki, müxtəlif dinlərin və etnik qrupların nümayəndələrinin yığcam halda yaşadığı polietnik ölkə olan Azərbaycan həmişə konfessional və irqi dözümlülük ənənələri ilə fərqlənib.
Azərbaycan rəhbərliyi multikulturalizm ənənələrini dövlət siyasəti dərəcəsinə çatdırıb. Bu gün ölkədəki bütün dini və etnik qrupların nümayəndələri sülh, dostluq və qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Azərbaycan multikulturalizm modeli ölkə hüdudlarından kənarda da geniş qəbul edilib. Elə buna görə artıq bir neçə ildir ki, yüksək vəzifəli şəxslərin də iştirak etdikləri Mədəniyyətlərarası Dialoq üzrə Dünya Forumu və Bakı Humanitar Forumu Bakıda keçirilir.
Belqradda Bayraqlı-cami məscidinin bərpası və Novi Sad şəhərində müqəddəs Petka Kilsəsinin inşa edilməsi Azərbaycan multikulturalizminin praktiki təcəssümüdür.
Vuyoviç Azərbaycanın dəstəyi ilə BMT çərçivəsində Bosniya və Herseqovinanın Doboy şəhərində azərbaycanlıların şəxsi sərmayələri hesabına həyata keçirilən “Etimad” layihəsini xatırladıb. Dəyəri 40 milyon avrodan artıq olan bu layihəyə əsasən, “Bosanka” brendli kənd təsərrüfatı məhsullarının emalı üzrə zavod tikilməsi nəzərdə tutulur. Bu müəssisədə üç etnik qrupun nümayəndələri - serblər, xorvatlar və bosniyalılar işləyəcəklər.
Draqan Vuyoviç sonda əmin olduğunu bildirib ki, həm Azərbaycanın, həm də Serbiyanın imkanlarının hərtərəfli təhlili Serbiya ilə Azərbaycan arasında strateji tərəfdaşlığın reallaşdırılması üçün geniş perspektivlər olduğunu göstərir. O deyib: “Qəti əminəm ki, tərəflər özləri də bunu yaxşı başa düşür və qarşıdakı illərdə biz Serbiya-Azərbaycan əməkdaşlığında yeni səhifələrin şahidləri olacağıq”.
Xəbər lenti
Hamısına baxDünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53

