/ / Keçmiş Neftçala yod-brom zavodunun çirklənmiş ərazisinin reabilitasiya layihəsinin yekunlarına dair hesabat konfransı keçirilib
Keçmiş Neftçala yod-brom zavodunun çirklənmiş ərazisinin reabilitasiya layihəsinin yekunlarına dair hesabat konfransı keçirilib
06.09.2014 [09:39]
Sentyabrın 5-də Fövqəladə Hallar Nazirliyində (FHN) “Keçmiş Neftçala yod-brom zavodunun təbii radionuklid tərkibli kömür, neft, neft məhsulları və digər tullantılarla çirklənmiş ərazisinin reabilitasiya” layihəsinin yekunlarına dair hesabat konfransı keçirilib.
AzərTAc xəbər verir ki, tədbirdə FHN-in müvafiq qurumlarının rəhbərləri, Nazirlər Kabinetinin, AMEA-nın məsul əməkdaşları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri və xarici ekspertlər iştirak ediblər.
Hesabat konfransında çıxış edən fövqəladə hallar nazirinin müavini, general-leytenant Faiq Tağızadə Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il sentyabrın 28-də imzaladığı “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks Tədbirlər Planı”nın ekoloji problemlərin həllində nazirlik üçün əsas fəaliyyət proqramı olduğunu bildirib.
Diqqətə çatdırılıb ki, Fövqəladə Hallar Nazirliyinin səyləri ilə keçmiş Bakı yod zavodunun Ramana və Suraxanı istehsalat sahələrinin ekoloji reabilitasiyası prosesi uğurla başa çatıb və rekultivasiya olunmuş ərazilərdə park və yaşıl meydançalar salınıb.
Nazir müavini deyib ki, Bakı yod zavodunda aparılmış bərpa işlərində əldə olunan təcrübəyə əsaslanaraq Fövqəladə Hallar Nazirliyi keçmiş Neftçala yod-brom zavodunun istehsalat sahəsinin reabilitasiya layihəsinin həyata keçirilməsinə dair qərar qəbul edib.
Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəhbəri Vüqar Hüseynov layihə çərçivəsində görülmüş işlər barədə məlumat verib.
Qeyd olunub ki, “ECOLAND” MMC-nin həyata keçirdiyi növbəti layihənin məqsədi keçmiş Neftçala yod-brom zavodunun ərazisində 18,9 hektarlıq sahənin təsərrüfatda məhdudiyyətsiz istifadəyə yararlı vəziyyətə gətirilməsi üçün tam reabilitasiyasından ibarətdir.
Bərpa işləri Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi və Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin nəzarəti altında həyata keçirilib. Keçmiş Neftçala yod-brom zavodunun ərazisinin reabilitasiyası işlərinə 2013-cü il sentyabrın 16-dan başlanılıb və bu il avqustun 10-dək davam edib. Bu müddətdə zavodun ərazisindən zərərli tullantılarla birlikdə 262,9 min ton çirklənmiş və deqradasiyaya uğramış torpaq Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən zərərli tullantıların basdırılması və saxlanması məntəqəsinə daşınıb. Aparılmış işlər Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) tövsiyələrinə tam uyğun şəkildə həyata keçirilib.
Bildirilib ki, təmizlənmiş sahənin təmiz torpaqla təkrar doldurulması və hamarlanması üçün layihə ərazisinə 131,8 min ton təmiz torpaq daşınıb. Bundan əlavə, zavodun təmizlənmiş sahəsinə layihə ərazisinin cənubunda yerləşən süni göldən çirkləndirici maddələrin qarışmasının qarşısını almaq məqsədilə sahilboyu zolağın uzunu boyu (590 metr) tökmə damba tikilib. Ümumiyyətlə, dambanın tikilməsi və ərazidə olan gölməçələrin qurudulması üçün layihə ərazisinə 286,2 min ton karbonat və blok daşınıb.
Rekultivasiya dövründə nəzərdə tutulan bütün müvafiq ölçmələr radioloji nəzarəti həyata keçirmək üçün dünya praktikasında istifadə edilən ən müasir cihazlarla həyata keçirilib.
Bununla yanaşı, bərpa işlərində iştirak edən işçilər üçün radiasiya təhlükəsizliyi üzrə mütəmadi treninqlər keçirilib, ərazidə onlar üçün bütün zəruri şərait yaradılıb. Burada hər bir işçi üçün fərdi mühafizə vasitələrindən istifadə olunub.
Görülmüş işlərin Beynəlxalq Atom Enerjisi Agentliyinin tələblərinə müvafiq olmasını müəyyən etmək üçün BAEA-nın Braziliya, Kuba, Fransa, ABŞ və Rusiyadan olan ekspertləri Bakıya dəvət olunub. Onlar cari il sentyabrın 2-3-də istehsalat sahələrində aparılan monitorinqlərin nəticələrinə dair yekun hesabat hazırlayıblar.
Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının şöbə müdiri İlyas Əlizadə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Adil Qəribov və digər çıxış edənlər də layihənin uğurla başa çatdığını bildirib, görülən işləri yüksək qiymətləndiriblər.
BAEA-nın ekspertləri Horst Richard Sebastian Monken Fernandes və Andrey Çupov vurğulayıblar ki, layihənin icrasının qiymətləndirilməsi zamanı orada artıq heç bir radioaktiv maddəyə rast gəlinməyib. Layihənin başa çatması və ekspertlər tərəfindən aparılmış monitorinqin nəticələrinin əks olunduğu yekun hesabat hazırlanıb. Demək olar ki, orada problem aradan qaldırılıb. Həmin ərazidə radioaktiv çirklənmə mövcud deyil. Bu yer yaşamaq üçün tam təhlükəsiz bir əraziyə çevrilib. Layihə çərçivəsində işlərin görülməsinə cəlb edilmiş azərbaycanlı mütəxəssislər yüksək fəallıq göstəriblər.
Beynəlxalq Atom Enerjisi Agentliyinin ekspertləri bildiriblər ki, onların təmsil etdiyi qurum tərəfindən Azərbaycana göndərilmiş missiya ölkədə görülən işlərin texniki ekspertizası ilə məşğul olub.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

