/ / Dövlət Sosial Müdafiə Fondunun sədri Beynəlxalq Sosial Təminat Assosiasiyasının 110-cu büro iclasında iştirak edib
Dövlət Sosial Müdafiə Fondunun sədri Beynəlxalq Sosial Təminat Assosiasiyasının 110-cu büro iclasında iştirak edib
05.09.2014 [09:40]
İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) 110-cu Büro iclası keçirilib. İclasda Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Fonddan AzərTAc-a bildirdilər ki, iclasda büro üzvləri və Texniki Komissiyalarla bağlı məsələlər, maliyyə hesabatları, BSTA-nın 2014-2016-cı illər üzrə tərəqqi hesabatı müzakirə olunub və Assosiasiyanın vitse-prezidentinin seçkisi aparılıb. Bundan əlavə büro iclasında Assosiasiyanın Təlimatlarının hazırlanması üzrə Komitəsi və Təkmilləşdirmə Mərkəzi ilə bağlı fəaliyyət istiqamətləri, idarəetmə, xidmətin təşkili, İKT-nin tətbiqi və s. üzrə BSTA standartlarının tətbiqi məsələləri müzakirə edilib.
Tədbir çərçivəsində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədrinin də üzvü olduğu BSTA Avropa Şəbəkəsi Rəhbər Komitəsinin iclası keçirilib. Avropa Şəbəkəsi Rəhbər Komitəsinin iclasında Rəhbər Komitənin 2014-2016-cı illər üzrə yenilənmiş fəaliyyət planı, 2014-2015-ci illər ərzində təşkil ediləcək tədbirlərlə, o cümlədən “Sosial müdafiə sahəsində elektron xidmətlər: keyfiyyət və miqyasın genişləndirilməsi” mövzusunda cari ilin 22-23 oktyabr tarixlərində Bakı şəhərində keçiriləcək beynəlxalq tədbirlə bağlı məsələlər müzakirə edilib.
DSMF-nin sədri BSTA-nın prezidenti Erol Struve, baş katibi Hans-Horst Konkolevski, Avropa Şəbəkəsi Rəhbər Komitəsinin sədri, Polşa Sosial Sığorta İnstitutunun rəhbəri Zbigniev Derdziuk, Almaniya Federativ Respublikasının Bədbəxt Hadisələrdən Sosial Sığorta Təşkilatının icraçı direktoru İoakim Bröyer, habelə BSTA-nın üzvü olan bir sıra ölkələrin pensiya və sosial sığorta təşkilatlarının rəhbərləri ilə ikitərəfli görüşlər keçirərək qarşılıqlı və regional əməkdaşlıq perspektivlərini müzakirə edib.
Qeyd edək ki, Azərbaycan 2007-ci ildən Assosiasiyanın Avropa Şəbəkəsi Rəhbər Komitəsinin üzvüdür və 2013-cü ildə təkrarən Rəhbər Komitəyə üzv seçilib. 2011-ci ilin iyun ayında Bakı şəhərində BSTA-nın Avrasiya regionu üzrə Əlaqələndirmə Mərkəzi açılıb. Azərbaycan Assosiasiya çərçivəsində yüksək səviyyəli qərarların qəbul edilməsində xüsusi rola malikdir. Ölkəmiz BSTA-nın bır cox beynəlxalq tədbirlərinə ev sahibliyi edib. DSMF-nin əhaliyə elektron xidmətlər göstərilməsi sahəsində təcrübəsi nəzərə alınaraq cari ilin 22-23 oktyabr tarixlərində BSTA-nın “Sosial müdafiə sahəsində elektron xidmətlər: keyfiyyət və miqyasın genişləndirilməsi” mövzusunda beynəlxalq tədbirinin Bakı şəhərində keçirilməsi qərara alınıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57

