Almaniya nümayəndə heyəti Milli Məclisdə olub
03.09.2014 [10:08]
Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov sentyabrın 2-də Alman-Azərbaycan Forumunun idarə heyətinin sədri, Alman Mərkəzi Sənətkarlar Birliyinin keçmiş baş katibi, sabiq dövlət katibi Hans-Eberhard Şlayerin, Bundestaqın deputatı, Almaniya-Cənubi Qafqaz parlament qrupunun rəhbəri Karin Ştrentsin, “Almaniya-İsrail Cəmiyyəti”nin sədri, Raynold Robbenin, Alman-Azərbaycan Forumunun baş katibi, sabiq dövlət katibi Mixael Andreas Butsun və “Almaniya İqtisadiyyatının Şərq Komitəsi”nin icraçı direktoru Rayner Lintnerin daxil olduğu Almaniya nümayəndə heyəti ilə görüşüb.
AzərTAc xəbər verir ki, görüşdə Milli Məclisin sədri Almaniya-Azərbaycan Forumunun işini yüksək qiymətləndirdiyini deyib. Əminliklə bildirilib ki, görülən işlər ölkələrimiz arasındakı əlaqələrin inkişafına öz töhfəsini verəcək.
Azərbaycan-Almaniya əlaqələrinə toxunan Oqtay Əsədov deyib ki, ölkələrimiz arasındakı münasibətlər sürətlə inkişaf edir. Vurğulanıb ki, Almaniya Azərbaycanın Avropa İttifaqındakı önəmli tərəfdaşlarından biridir. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 2 milyard 200 milyon dollardan çox olub. Bu ilin altı ayında isə bu rəqəm 1 milyard 300 min dollar təşkil edib. Bildirilib ki, ölkələrimiz arasında ticarət əlaqələrini daha da inkişaf etdirmək üçün kifayət qədər imkanlar var.
Oqtay Əsədov ölkələrimizin parlamentləri arasında əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini bildirib. Milli Məclisdə Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyət göstərdiyini xatırladan sədr Almaniya parlamentində də Cənubi Qafqaz üzrə dostluq qrupunun olduğunu diqqətə çatdırıb. Sədr dostluq qrupları arasında əməkdaşlığın önəmli olduğunu deyib.
Oqtay Əsədov üç il əvvəl Azərbaycanın Göygöl rayonundan bir qrup şagirdin Almaniyanın Ştutqart şəhərinə səfər etdiyini xatırladaraq deyib ki, bu günlərdə Ştutqartdan da Göygöl rayonuna bir qrup şagird gələcək. Bu, yetişməkdə olan nəsillər arasında gələcək əlaqələrin yüksək səviyyədə olacağından xəbər verir.
Hans-Eberhard Şlayer Almaniya-Azərbaycan Forumunun ölkələrimiz arasındakı əlaqələrin inkişafına xidmət etdiyini deyib. Qeyd edilib ki, hər iki tərəf Forumun işinin səmərəliyini artırılması üçün öz töhfələrini verir. O, Forumun Azərbaycan parlamenti ilə də əməkdaşlığının sevindirici hal olduğunu bildirib.
Azərbaycan-Almaniya münasibətlərinə toxunan qonaq qeyd edib ki, xalqlarımız arasında böyük tarixə malik əlaqələr var.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59

