/ / Kaliforniya ştatı Senatının Dağlıq Qarabağla bağlı qətnaməsi erməni lobbisinin növbəti məkrli addımıdır
Kaliforniya ştatı Senatının Dağlıq Qarabağla bağlı qətnaməsi erməni lobbisinin növbəti məkrli addımıdır
29.08.2014 [09:23]
Bu qərar həm də ABŞ siyasi sisteminin korrupsiyalaşmasının, ayrı-ayrı şəxslərin maddi maraqlarını qanunlardan, haqq-ədalətdən və milli dövlət maraqlarından üstün tutduğunun göstəricisidir
Məlum olduğu kimi, ABŞ-ın Kaliforniya ştatının Senatı Azərbaycanın işğal olunmuş ərazilərindəki qondarma rejimin “müstəqilliyinin” tanınması haqqında AJR 32 saylı qətnamə qəbul edib. Qətnamədə, həmçinin, ABŞ Prezidentinə və Konqresə də eyni addımı atmaq və qondarma rejimi dəstəkləmək çağırışı da öz əksini tapıb.
Beləliklə, bu hadisə Birləşmiş Ştatlardakı bəzi siyasi dairələrin erməni lobbisinin təsiri altında beynəlxalq hüquqa, mənəvi dəyərlərə zidd olan və ABŞ-ın imicinə zərbə vuran addımlar atmasına dair daha bir nümunədir. Məlumdur ki, Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ və 7 ətraf rayon dünya ictimaiyyəti tərəfindən və beynəlxalq hüquqda Azərbaycanın əraziləri kimi tanınır, qəbul edilir. Belə olan halda, Kaliforniya ştatı Senatının işğalçı ölkənin patronajlığı altında yaradılan qondarma rejimi tanıması beynəlxalq hüquqa zidd qərar olmaqla yanaşı, həm də təcavüzkarın, cinayətkar və qanunsuz rejimin mənəvi cəhətdən dəstəklənməsi deməkdir. Bu isə şəxsi maraqlarının əsirinə çevrilən bir qrup Kaliforniya senatorunun hüquqa, mənəvi dəyərlərə, eləcə də, öz ölkələrinin nüfuzuna hörmətsizliyini göstərir. Əslində, bu qətnamə heç də Ermənistanın işğalı altında olan Dağlıq Qarabağla bağlı həqiqətləri ört-basdır etmək, dünyanı aldatmaq, getdikcə daha geniş yayılan Azərbaycan həqiqətlərinin qarşısını almaq gücündə deyil. Bu qərar ABŞ siyasi sisteminin korrupsiyalaşmasının, ayrı-ayrı şəxslərin maddi maraqlarını qanunlardan, haqq-ədalətdən və milli dövlət maraqlarından üstün tutduğunun göstəricisidir.
Yeri gəlmişkən, Kaliforniya ştatı Senatının Dağlıq Qarabağa dair qərəzli qətnaməsi ictimai etirazlar doğurmaqdadır. Belə ki, bununla bağlı Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu bəyanat yayıb. Bəyanatda deyilir ki, ABŞ-ın Kaliforniya ştatındakı erməni lobbisinin güclü təzyiqləri altında anti-Azərbaycan xarakterli AJR 32 saylı qətnamə artıq bir neçə müddətdir ki, Kaliforniya Senatının gündəliyində idi. Qətnamə gündəliyə gətirilən andan Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu tərəfindən bütün senatorlara dəfələrlə məktub göndərilib, onlarla çoxsaylı görüşlər keçirilib, qətnamənin tam qərəzli və ABŞ-ın xarici siyasətinə zidd olduğu, o cümlədən, etnik təmizləməyə, işğala haqq qazandırdığı diqqətə çatdırılıb. Bundan başqa, Kaliforniyadakı Azərbaycan icması səfərbər olub, Senata müxtəlif vasitələrlə öz etirazlarını çatdırıblar. Nəticədə, 1 milyon erməninin yaşadığı Kaliforniyada erməni lobbisinin dəridən-qabıqdan çıxmasına, ştatın qanunverici orqanının iki erməni deputatının bütün səylərinə, ermənilər tərəfindən hədə-qorxu, şantaj və digər vasitələrlə senatorlara göstərilən təzyiqlərə baxmayaraq, avqustun 27-də keçirilən səsvermədə 40 senatordan 17-si qətnamənin lehinə səs verməkdən imtina edib.
Bəyanatda deyilir ki, erməni lobbisindən öz seçki kampaniyaları üçün daim külli miqdarda maliyyə dəstəyi alan, beləliklə, onlardan tam asılı vəziyyətdə olan senatorlar lobbini razı salmaq üçün bu qətnaməyə səs veriblər. Bu isə əsl siyasi korrupsiyadır. Bu, həmçinin, ABŞ demokratiyasının və siyasi sisteminin qüsurlu olmasının bariz göstəricisidir. Hansısa etnik lobbi razı qalsın deyə, ABŞ-ın rəsmi mövqeyinə və milli maraqlarına zidd olan belə qətnamənin qəbul olunması göstərir ki, Birləşmiş Ştatların siyasi sisteminin təcili şəkildə ciddi islahatlara ehtiyacı var.
Bəyanatda da qeyd olunduğu kimi, bu qətnamə Kaliforniya qanunvericilik orqanında Dağlıq Qarabağla bağlı qəbul edilmiş ilk qətnamə deyil. 1993-cü, 1997-ci və 1999-cu illərdə də oxşar məzmunlu qətnamələr qəbul edilib. Ancaq nə o qətnamələrin, nə də bu qətnamənin hər hansı hüquqi-siyasi önəmi yoxdur. Bunlar yalnız deklarativ xarakterli kağız parçalarıdır. Bütün dünya, eləcə də, ABŞ Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır və belə kağız parçaları bu mövqeyi dəyişmək iqtidarında deyil.
Hülya
Xəbər lenti
Hamısına baxSosial
11 İyun 08:54
Mədəniyyət
11 İyun 08:30
Daxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30

