Küveyt Xəbərlər Agentliyinin əməkdaşları Qubada
22.08.2014 [09:42]
Azərbaycanda səfərdə olan Küveyt Xəbərlər Agentliyinin (KUNA) beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları Suha əl-Zənki və Dana əl-Əbdülcəlil avqustun 21-də Quba rayonuna gəliblər.
AzərTAc xəbər verir ki, qonaqları səmimiyyətlə qarşılayan rayon İcra Hakimiyyəti başçısının müavini Afət Həsənova Qubanın təbiəti, əhalisi, burada aparılan quruculuq işləri barədə ətraflı məlumat verib.
Sonra qonaqlar şəhərdəki Heydər Əliyev Mərkəzi ilə yaxından tanış olublar. Burada Ulu öndərin zəngin siyasi fəaliyyəti, müasir Azərbaycan dövlətinin qurulmasındakı xidmətləri haqqında zəngin məlumatlar Küveyt Xəbərlər Agentliyinin əməkdaşlarının diqqətinə çatdırılıb.
Qonaqlar Mərkəz ilə tanışlıqdan sonra xatirə kitabına ürək sözlərini yazıblar.
Qonaqlar Cümə məscidini ziyarət etdikdən sonra “Qədim Quba” xalçaçılıq müəssisəsinə baş çəkiblər. Xalça toxunması prosesini izləyən qonaqlar Quba xalçaçılıq məktəbi haqqında ətraflı məlumatlandırılıblar. Müəssisədə xalça toxuyan 9 yaşlı qızın peşəkarlığı Küveyt Xəbərlər Agentliyinin əməkdaşlarını təəccübləndirib. Onlar “balaca xalçaçı” ilə xatirə şəkli çəkdiriblər. Küveytli qonaqlara məlumat verilib ki, bir çox Azərbaycan ailələrində xalça toxumaq ənənəsi var. Belə ailələrdə qızlar kiçik yaşlarından bu sənətin sirlərini öyrənirlər.
Daha sonra KUNA-nın əməkdaşları Quba Soyqırımı Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığı ziyarət ediblər.
Qonaqların diqqətinə çatdırılıb ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilib. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.
Ziyarətçilərə məlumat verilib ki, Quba Soyqırımı Memorial Kompleksi Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılıb və 2013-cü il sentyabrın 18-də açılışı olub.
Diqqətə çatdırılıb ki, kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Kompleksdə quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.
KUNA-nın əməkdaşları Quba Soyqırımı Memorial Kompleksi ilə tanışlıqdan sonra xatirə kitabına ürək sözlərini yazıblar.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25

