Naxçıvanda Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşü keçirilib
20.08.2014 [09:49]
Avqustun 19-da Naxçıvan şəhərində yerləşən Əlahiddə Ümumqoşun Ordusunun Qərargahında Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Gürcüstanın müdafiə naziri İrakli Alasaniya və Türkiyə Respublikasının milli müdafiə naziri İsmət Yılmaz arasında üçtərəfli görüş olub.
Sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov müzakirə olunan məsələlər barədə məlumat verərək bildirib ki, üçtərəfli görüş zamanı regionda cərəyan edən hərbi-siyasi vəziyyət və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb, hərbi sahədə əməkdaşlıq üzrə bir sıra qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib. Bu formatda danışıqların genişləndirilməsi və müdafiə nazirlərinin üçtərəfli görüşlərinin altı aydan bir növbə ilə Azərbaycan, Gürcüstan və Türkiyədə keçirilməsi barədə qərar qəbul edilib.
Azərbaycanın müdafiə naziri hər üç ölkənin Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılması və qarşılıqlı əməliyyat uyğunluğunun əldə olunması məqsədilə üçtərəfli birgə təlimlərin keçirilməsinin əhəmiyyətli hesab edildiyini bildirərək deyib ki, həmçinin birgə seminar və konfransların, hərbi təhsil və hərbi-texniki sahələrdə əməkdaşlığın üçtərəfli formatının yaradılması, neft və qaz boru kəmərlərinin mühafizəsi üzrə üçtərəfli təlimlərin keçirilməsi də məqsədəuyğun hesab olunub. Bununla əlaqədar üç ölkə mütəxəssislərinin ekspert qruplarının mütəmadi görüşləri təşkil ediləcək.
Mətbuat konfransında Türkiyə Respublikasının milli müdafiə naziri İsmət Yılmaz bildirib ki, görüşdə Cənubi Qafqazla bağlı bütün məsələlərə dair mövqeləri üst-üstə düşən dövlətlərin müdafiə nazirləri olaraq əməkdaşlığımızın gələcək inkişafını nəzərdən keçirdik, bölgədə gedən prosesləri müzakirə etdik. Xüsusən Cənubi Qafqazda sülhün, sabitliyin və davamlı inkişafın təmin edilməsi üçün lazımi addımların atılması məsələsində razılığa gəldik.
Türkiyənin Azərbaycanın və Gürcüstanın müstəqilliyinə, ərazi bütövlüyünə tam dəstək verdiyini bəyan edən İsmət Yılmaz deyib ki, görüş zamanı bir daha bölgədəki münaqişələrin sülh yolu ilə, ölkələrin ərazi bütövlüyü çərçivəsində həllinin vacib olduğu vurğulanıb.
Türkiyə Respublikasının milli müdafiə naziri qeyd edib ki, üç ölkənin birgə əməkdaşlığı bölgəni cazibə mərkəzinə çevirib, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Qars kimi nəhəng qlobal layihələr bütün dünyanın diqqətini cəlb edib. Bu mənada hər sahədə qarşılıqlı əməkdaşlığımızın inkişafı mühüm əhəmiyyət kəsb edir.
İsmət Yılmaz yüksək qonaqpərvərliyə və müdafiə nazirlərinin üçtərəfli görüşünü təşkil etdiyinə görə Azərbaycan rəhbərliyinə təşəkkürünü bildirib.
Gürcüstanın müdafiə naziri İrakli Alasaniya Azərbaycana səfərindən və qədim Naxçıvana gəlməsindən məmnun olduğunu bildirərək deyib ki, Azərbaycan və Türkiyə ölkəsinin çox əhəmiyyətli strateji tərəfdaşlarıdır. Bu mənada müdafiə nazirlərinin üçtərəfli görüşü Gürcüstan üçün mühüm əhəmiyyət kəsb edir.
İrakli Alasaniya vurğulayıb ki, görüş zamanı ölkələrimiz, həmçinin region üçün çox əhəmiyyətli iqtisadi layihələrin təhlükəsizliyinin qorunması məsələsi diqqət mərkəzində olub. Qeyd olunub ki, biz birgə əməkdaşlığımızla regionda mövcud olan münaqişələrin sülh yolu ilə, ölkələrin ərazi bütövlüyü çərçivəsində həllinə nail olmağa, bölgədə sülh və sabitliyi təmin etməyə çalışırıq.
Xəbər lenti
Hamısına baxMaraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59

