Eldar İbrahimov: Türkiyədə prezident seçkiləri yüksək səviyyədə təşkil olunmuşdu
15.08.2014 [10:29]
Avqustun 10-da Türkiyədə keçirilən prezident seçkilərini izləmiş müşahidə missiyasının üzvü, Azərbaycan Milli Məclisinin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov AzərTAc-a müsahibə verib. Müsahibəni təqdim edirik.
- Eldar müəllim, Türkiyədə prezident seçkiləri ilk dəfə olaraq ümumxalq səsverməsi yolu ilə keçirildi. Bir müşahidəçi kimi qardaş ölkədə keçirilən bu seçkiləri necə dəyərləndirərdiniz?
-Bildiyiniz kimi, Türkiyədə keçirilən prezident seçkilərini TürkPA xətti ilə mən, Milli Məclisin deputatları Nizami Cəfərov və Sədaqət Vəliyeva müşahidə edirdik. Düşünürəm ki, Türkiyədə prezident seçkilərinin ümumxalq səsverməsi yolu ilə keçirilməsi çox müsbət və mütərəqqi haldır. Prezident xalqın adından danışan yeganə şəxs olduğundan, gərək onu xalq özü seçsin. İndiyədək Türkiyədə prezidenti parlament seçirdi. Bu dəfə isə prezident seçkiləri ümumi səsvermə yolu ilə keçirildi və xalq öz seçimini etdi.
Qeyd etmək istəyirəm ki, seçkilər yüksək səviyyədə təşkil olunmuşdu və hüquqi baxımdan Türkiyənin seçki məcəlləsinə tam uyğun keçirildi. Müşahidə qrupunun üzvü olaraq heç bir qanun pozuntusuna rast gəlmədim.
TürkPA təmsilçiləri - Azərbaycan, Qırğızıstan və Qazaxıstandan olan nümayəndə heyətlərinin üzvləri ilə Türkiyənin Konstitusiya Məhkəməsinin sədri Haşim Kılıç, Ali Seçki Komissiyasının sədri Sadi Güven, xarici işlər nazirinin müavini, səfir Naci Koru arasında görüşlər oldu. Seçki prosesi və səsvermə ilə bağlı nümayəndə heyətlərinə ətraflı məlumat verildi.
-İnsanların prezident seçkilərinə münasibəti necə idi? Seçicilərin fəallığı ilə bağlı nə deyə bilərsiniz?
-Mən İstanbuldakı Camlıca bölgəsində 24-dən artıq seçki məntəqəsində səsvermənin gedişini izlədim. Həmin məntəqələrdə seçicilərin yüksək fəallığı müşahidə olunurdu. Bu da insanların məsuliyyətindən, seçkiyə olan marağından xəbər verirdi. Türkiyədə 76 milyon əhalinin 53 milyonunun səs vermək hüququ var. Onların 40 milyona qədəri seçkilərdə iştirak etdi. Bu, yaxşı göstəricidir.
-Seçkilər prosesində hansı yeniliklər tətbiq olunurdu?
-Müşahidə etdiyim mütərəqqi yeniliklərdən biri səsvermə zamanı seçki bülletenində vətəndaşların seçdiyi namizədi ona verilən xüsusi möhürlə işarələməsi idi. Belə ki, seçici bülletendə istədiyi namizədin adının üzərinə möhür vururdu. Digər bir yenilik isə seçki bülletenlərində namizədlərin fotoşəkillərinin olması idi.
Bir daha demək istəyirəm ki, seçkilər Türkiyənin Ali Seçki Komissiyasının tələblərinə uyğun olaraq, tam şəffaf və demokratik keçirildi.
Xəbər lenti
Hamısına baxHadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45

