/ / Bahar Muradova: Kəlbəcərdə azərbaycanlıların girov götürülməsi faktı aşkar şəkildə Helsinki Yekun Aktının prinsiplərinin pozulmasıdır
Bahar Muradova: Kəlbəcərdə azərbaycanlıların girov götürülməsi faktı aşkar şəkildə Helsinki Yekun Aktının prinsiplərinin pozulmasıdır
19.07.2014 [11:11]
“Beynəlxalq ictimaiyyət, xüsusilə ATƏT rəsmiləri, ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi, ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ermənistan hərbçilərinin Azərbaycan ərazisində azərbaycanlıları girov götürməsi hadisəsi ilə bağlı öz münasibətini bildirməlidir. Mən bununla bağlı artıq həm şifahi, həm də yazılı şəkildə adıçəkilən instansiyalara müraciət etmişəm. Bir daha müraciət edirəm ki, onlar bu məsələyə öz qiymətlərini versinlər”. Bunu Trend-ə açıqlamasında Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.
Vitse-spiker bildirib ki, Ermənistan hərbçiləri tərəfindən Azərbaycanın Kəlbəcər rayonunda azərbaycanlıların girov götürülməsi və onların işğal edilmiş ərazilərdəki separatçı erməni rejiminin qanunları əsasında mühakimə olunacağının bəyan edilməsi, özü də bunun Ermənistan rəsmiləri tərəfindən edilməsi heç bir əndazəyə sığmır: “Bu, nə beynəlxalq hüququn prinsiplərinə, nə Ermənistan qanunlarına, nə də insanlıq qanunlarına uyğundur”.
Vitse-spiker girov götürülən azərbaycanlılardan birinin Rusiya vətəndaşı olmasına baxmayaraq, bu ölkənin hadisə ilə bağlı heç bir reaksiya verməməsinə də münasibət bildirib: “Ermənistan hərbçiləri tərəfindən girov götürülən şəxslərdən biri etnik cəhətdən azərbaycanlı olmasına baxmayaraq, Rusiyanın vətəndaşıdır. Hesab edirəm ki, Rusiyanın buna münasibət bildirməməsi heç bir qonşuluq münasibətlərinə sığmır. Minsk qrupunun həmsədri kimi Rusiya bu faktın özünə, üstəlik öz vətəndaşının girov götürülənlərin arasında olmasına münasibətini bildirməli və lazımi hüquqi addımlar atmalıdır.
B.Muradovanın fikrincə, bu hadisə baş verdiyi andan bu günə qədər tam qanunsuzluqla müşayiət olunub: “Ona görə də, Azərbaycan tərəfi də öz imkanlarından istifadə edərək müəyyən addımlar atır və atmalıdır ki, bu şəxslər azad olunsunlar. İkincisi, bu, bir daha sübut edir ki, Ermənistan təcavüzkar dövlətdir və təcavüzkarlıq siyasətini hər addımda davam etdirir. Bu faktın özü də açıq-aşkar və kobud şəkildə Helsinki Yekun Aktının 10 prinsipinin pozulmasıdır. ATƏT-in üzvü olan bir ölkənin digər ölkənin ərazisində həmin ölkənin vətəndaşlarını “diversiya-kəşfiyyat qrupunun üzvləri” kimi həbs etməsi nə beynəlxalq hüququn, nə də Helsinki Yekun Aktının prinsiplərinə uyğun gəlir”.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

