“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanuna əlavə və dəyişikliklər edilib
31.05.2014 [09:42]
Mübariz Qurbanlı: Biz bu dəyişikliklərlə vətəndaşlığımızın əhəmiyyətini artırırıq
Milli Məclisin dünən keçirilən iclasında “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanuna əlavə və dəyişikliklər müzakirəyə çıxarılıb. Qanun layihəsi barədə məlumat verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin sözlərinə görə, qanunun 10-cu maddəsinə əlavə olunacaq ikinci hissədə bildirilir ki, xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı 1 ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir. Belə məlumatı verməyən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Eyni zamanda, Qanunun 12-ci maddəsinin adı və məzmunu dəyişdirilib. Maddənin hazırkı variantına görə, vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində doğulmuş uşağı Azərbaycan Respublikasının vətəndaşıdır. Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki valideyni əcnəbi olan uşaq Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir. Azərbaycan Respublikasının ərazisində doğulmuş və valideynlərindən biri əcnəbi, digəri isə vətəndaşlığı olmayan şəxs olan uşaq Azərbaycan Respublikasının vətəndaşı sayılmır.
Bundan başqa qanunun 18-ci maddəsinin (Azərbaycan Respublikasının vətəndaşlığının itirilməsi) mətni dəyişdirilir. Beləliklə, “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi, Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi, Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı, Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi Azərbaycan Respublikasının vətəndaşlığının itirilməsi üçün əsas hesab edilə bilər.
Ə.Hüseynli qanun layihəsinin komitədə diskussiyalara səbəb olduğunu bildirib: “Əminəm ki, Azərbaycan hüdudlarından kənarda olan vətəndaşlarımız bundan sonra vətəndaşlıq məsələsində Azərbaycan hakimiyyət orqanlarını xəbərdar edəcəklər. Bu insanlarımızın həmin ölkələrdə bizneslə, diaspor fəaliyyəti ilə məşğul olması təqdirediləndir. Məqsəd yalnız həmin ölkənin vətəndaşlığını qəbul edərkən bu barədə Azərbaycan hakimiyyət orqanlarını məlumatlandırmaları sahəsində məsuliyyəti artırmaqdır”.
Komitə sədri qeyd edib ki, ölkənin sosial-iqtisadi inkişafı miqrasiya və vətəndaşlıq məsələlərinin hüquqi mexanizminin yaradılması zərurətini ortaya çıxarıb. Onun sözlərinə görə, hazırkı qanunvericilik bazası bu məsələləri tənzimləyə bilmir: “Konstitusiyada aydın şəkildə yazılıb ki, heç kəs vətəndaşlıqdan məhrum edilə bilməz. Bu, inkişaf etmiş ölkələrdə də var. Amma həmin ölkələrin qanunvericiliyində vətəndaşlığın itirilməsinin hüquqi mexanizmi də aydın şəkildə göstərilib, müəyyən hallarda vətəndaşlığın itirilməsi qanunla tənzimlənir. Azərbaycan qanunvericiliyində isə bu, yoxdur. Ona görə də, söhbət vətəndaşlıqdan məhrum etməkdən deyil, şəxsin öz seçimi əsasında Azərbaycan vətəndaşlığının itirilməsindən gedir. Əlavə və dəyişikliklər vətəndaşlığın itirilməsi mexanizmini tənzimləyir”.
Bəzi millət vəkilləri bu dəyişikliklərlə bağlı fikirlərinə münasibət bildirən spiker Oqtay Əsədov isə deyib ki, heç kim vətəndaşlıqdan məhrum edilmir, söhbət başqa ölkənin vətəndaşlığını qəbul etmiş şəxslərdən gedir: “Söhbət yalnız hər hansı xarici ölkədə üzərinə öhdəlik götürülməsindən gedir. Əgər o şəxs başqa ölkənin ordusunda, bələdiyyəsində iştirak edirsə, üzərinə öhdəlik götürür”.
Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı da məsələyə etiraz edənlərin yanaşmasının doğru olmadığını söyləyib: “Bu insanlar başqa ölkələrin ordusunda, dövlət qurumlarında çalışırsa, üzərinə öhdəliklər götürür. Deməli, sabah bizim üzərimizə də gələ bilərlər. Məgər bu qanunun niyə qəbul edildiyini bilmirsiz? Biz vətənimizin qiymətini bildiyimiz kimi, vətəndaşlığımızın da qiymətini bilməliyik. Bizim ölkədə də vətəndaşlığı qəbul etmək istəyən əcnəbilər var. Azərbaycan gücləndikcə bizim pasportumuzun, vətəndaşlığımızın da əhəmiyyəti artır. Vətəndaşımız da bilməlidir ki, Azərbaycan vətəndaşlığını kənara qoyub, başqa ölkənin vətəndaşlığını qəbul edəndə çox şey itirə bilər. Bəzi adamlar istəyirlər ki, həm Azərbaycanda, həm kənarda otursunlar. Şəxs başqa ölkənin vətəndaşlığını qəbul edirsə, avtomatik Azərbaycan vətəndaşlığını itirir. Biz sadəcə, bu qanunla özümüzü qorumağa çalışırıq. Dövlət özünü qorumayıb, nə etməlidir? Gözləməliyik ki, Azərbaycan vətəndaşlarının bir qismi başqa ölkənin vətəndaşlığını qəbul etsin, sonra da bu, bizə problem yaratsın? Bu qanun diaspora fəaliyyətinə mane olmayacaq. Elm sahəsində mütəxəssis kimi xarici ölkələrə gedənlər müqavilə əsasında Azərbaycan vətəndaşı kimi çalışacaq. Bu, biznes fəaliyyətinə də təsir göstərməyəcək. Biz bu dəyişikliklərlə vətəndaşlığımızın əhəmiyyətini artırırıq”.
Ə.Hüseynli deputatların suallarına cavab olaraq bir daha nəzərə çatdırıb ki, Azərbaycan qanunvericiliyində vətəndaşlığın itirilməsi mexanizmi olmayıb: “Buna görə Konstitusiya Məhkəməsinə müraciət etməyə də ehtiyac yoxdur. Çünki söhbət vətəndaşlıqdan məhrum edilməkdən yox, könüllü vətəndaşlığın itirilməsindən gedir. Şəxs könüllü başqa ölkənin ordusunda, seçkili orqanlarda iştirak edirsə, bu, könüllü vətəndaşlıqdan imtinadır. İtaliya, İspaniya və digər ölkələrdə də bu mexanizm var”.
Ə.Hüseynli qeyd edib ki, qanuna əlavə və dəyişikliklərdə məqsəd vətəndaşı dövlətlə münasibətdə məsuliyyətli olmağa dəvət etməkdir: “Atılan bu addımlar Konstitusiyaya uyğundur”.
Sonda qanun layihəsi qəbul edilib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

