“Human Rights Watch”un hesabatı subyektiv və ədalətsizdir
21.05.2014 [09:11]
Azərbaycan ictimaiyyətinin nümayəndələri bu təşkilatın qərəzli hesabatını narazılıqla qarşılayırlar
Dünyanın müxtəlif ölkələrində ictimai-siyasi institutların mövcud durumu, insan və vətəndaşların hüquq və azadlıqları, demokratik dəyər və prinsiplərin qorunması səviyyəsi kimi fundamental məsələləri araşdırdığını iddia edən “Human Rights Watch” təşkilatı növbəti dəfə öz hesabatı ilə müxtəlif ölkələrə, o cümlədən Azərbaycana qarşı qərəzli mövqe sərgiləyib. Təşkilatın hazırladığı hesabatda əks etdirilən bir sıra subyektiv və ədalətsiz çalarlarla demokratik prinsiplər kobudcasına heçə sayılıb və ənənəvi hesabatlar kimi burada da Azərbaycanda demokratik təsisatların, insan və vətəndaş hüquq və azadlıqlarının real durumu qeyri-obyektiv surətdə əks olunub.
Öz növbəsində, Azərbaycan ictimaiyyətinin nümayəndələri təşkilatın hesabatındakı bu məqamları narazılıqla qarşılayırlar. Məsələn, Milli QHT Forumunun prezidenti Rauf Zeyni qeyd edib ki, “Human Rights Watch” ayrı-ayrı ölkələrdə insan hüquqlarının dəyərləndirilməsini apararkən obyektivlik prinsipinə riayət etmir: “Təəssüflər olsun ki, bu təşkilat artıq müəyyən müddətdir ki, Azərbaycana qarşı qərəzli münasibət sərgiləyir. Ümumiyyətlə, “Human Rights Watch” ayrı-ayrı ölkələrdə insan hüquqlarının vəziyyətini eyni meyarlar əsasında dəyərləndirmir ki, bu da sözügedən təşkilatın qeyri-obyektivliyindən irəli gəlir”.
Rauf Zeyni əlavə edib ki, guya insan hüquqlarını diqqət mərkəzində saxladığını iddia edən “Human Rights Watch” təşkilatı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş 1 milyondan çox soydaşımızın hüquqlarının pozulmasına etinasızdır. Belə olan halda, Azərbaycan ictimaiyyəti bu cür təşkilatların qərəzli mövqeyinə qəti şəkildə etiraz edir.
Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov isə deyib ki, Azərbaycan insan hüquqlarının təmin olunduğu demokratik ölkələr sırasında yer alır: “Vətəndaşlar özlərinin hüquq və azadlıqlarından sərbəst surətdə istifadə edə bilirlər. Bundan başqa, Azərbaycanda demokratik institutlar sərbəst fəaliyyət imkanlarına malikdirlər. Belə olan halda, “Human Rights Watch” kimi təşkilatların ölkəmizdə insan hüquqlarının vəziyyətini qənaətbəxş qiymətləndirməməsi qərəzli və ədalətsiz yanaşmanın göstəricisidir”.
Aydın Hüseynov vurğulayıb ki, “Human Rights Watch”un obyektivlikdən uzaq mövqe sərgiləməsi bu təşkilatın müəyyən qüvvələrin maraqlarına xidmət etməsi ilə bağlıdır. “Təşkilat bu cür fəaliyyət göstərməklə öz imicini çoxdan sarsıdıb. Hesab edirəm ki, dünya ictimaiyyəti bu təşkilatın mövqeyini ciddiyə almır”.
“Human Rights Watch” hər zaman ikili standartlar əsasında çıxış edib. Təşkilatın son hesabatı da ikili standart nümunəsi kimi səciyyələndirilə bilər. Çünki Ermənistanda insan hüquqları kütləvi şəkildə pozulduğu halda, “Human Rights Watch” bu ölkəyə qarşı ciddi neqativ tonda fikirlər səsləndirmir. Amma Azərbaycanda demokratik dəyərlər təşəkkül tapdığı, insan hüquqları təmin olunduğu halda, ölkəmiz təşkilat tərəfindən tənqidə məruz qalır. Görünən odur ki, təşkilatın gerçək məqsədi ayrı-ayrı ölkələrdə insan hüquqlarının durumunu obyektiv şəkildə araşdırmaq, dəyərləndirmək deyil. Bütövlükdə, “Human Rights Watch”un son hesabatı həm qərəzli, həm də qeyri-ciddidir”. Bunu isə QHT Əməkdaşlıq Alyansının həmsədri Rufiz Qonaqov deyib.
NURLAN
Xəbər lenti
Hamısına baxDünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09

