/ / Əli Həsənov: Azərbaycanın və Həştərxan vilayətinin çoxşaxəli əməkdaşlığı Rusiyanın başqa regionları üçün örnək ola bilər
Əli Həsənov: Azərbaycanın və Həştərxan vilayətinin çoxşaxəli əməkdaşlığı Rusiyanın başqa regionları üçün örnək ola bilər
13.05.2014 [09:29]
Mayın 12-də Həştərxanda Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun və Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin görüşü olub.
Qubernator A.Jilkin Heydər Əliyev Fondunun Həştərxanda gördüyü işlərə görə minnətdarlığını bildirərək deyib: “Biz Heydər Əliyev Fondunun 10 illiyini məmnuniyyətlə qeyd edirik. Bütün həştərxanlılar adından Azərbaycana və Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm”.
Heydər Əliyev Fondunun xətti ilə Həştərxanda böyük işlər görüldüyünü vurğulayan qubernator Heydər Əliyev adına Parkın, uşaq şəhərciyinin, Rusiya-Azərbaycan dostluq körpüsünün salınmasını, Knyaz Vladimirin abidəsinin ucaldılmasını, regionda ən yaxşı orta təhsil müəssisəsi olan Heydər Əliyev adına məktəbin yenidən qurulmasını qeyd edib. O deyib: “Bütün bunlar Azərbaycanın bugünkü inkişaf dinamikasının təməlini qoymuş böyük şəxsiyyət Heydər Əliyevin xatirəsinə ehtiramın əlamətidir”.
Azərbaycan ilə Həştərxan vilayəti arasında humanitar əlaqələrdən söz açan A.Jilkin bu il Həştərxanda Azərbaycan Mədəniyyəti Günləri keçirməyi təklif edib. O bildirib ki, bu il Bakı Slavyan Universitetinin köməyi ilə Həştərxan Dövlət Universitetində Azərbaycan Dilinin Öyrənilməsi Mərkəzi açılacaq. Bundan əlavə, Həştərxanda regional telekanal fəaliyyətə başlayıb. Bu telekanal “Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti ilə informasiya mübadiləsi sahəsində əməkdaşlıq edə bilər.
A.Jilkin vurğulayıb ki, iqtisadi əlaqələr dinamik inkişaf edir, birgə layihələr həyata keçirmək planlaşdırılır.
Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Prezident İlham Əliyevin salamlarını qubernatora çatdıraraq vurğulayıb ki, Azərbaycan təkcə Rusiya Federasiyası ilə deyil, həm də onun subyektlərinin əksəriyyəti ilə birbaşa əlaqələr saxlayır. Əli Həsənov deyib: “Biz Prezident İlham Əliyevin və Prezident Vladimir Putinin iradəsindən çıxış edərək, regionlar səviyyəsində ikitərəfli münasibətləri möhkəmləndiririk. Həştərxan bu sırada xüsusi yer tutur. Zənnimcə, bizim ticarət-iqtisadi və humanitar sahələrdə çoxşaxəli əməkdaşlığımız Rusiyanın digər regionları üçün örnək ola bilər. Azərbaycan Prezidenti cənab İlham Əliyevin ötən ilin noyabr ayında öz Sərəncamı ilə Sizi “Dostluq” ordeni ilə təltif etməsi qanunauyğun haldır”.
Azərbaycanda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünün geniş şəkildə qeyd edildiyini bildirən Əli Həsənov deyib: “Bu il Heydər Əliyev Fondunun yaranmasının 10-cu ildönümü də qeyd olunur. Fond təkcə Azərbaycanda deyil, həm də onun hüdudlarından uzaqlarda, o cümlədən Həştərxanda irimiqyaslı layihələr həyata keçirir. Sevindirici haldır ki, təsdiq edilmiş plana uyğun olaraq, bu əlamətdar gün münasibətilə Həştərxanda təntənəli tədbirlər keçirilir”.
Görüşdə parlamentin üzvləri, icra hakimiyyəti orqanlarının rəhbər işçiləri və əməkdaşları, habelə yaradıcı kollektivin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Xəbər lenti
Hamısına baxİdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32

