Azərbaycan nümayəndə heyəti AŞPA-nın yaz sessiyasında fəal iştirak edib
15.04.2014 [09:16]
Qurumun son sessiyasında millət vəkili Sevinc Fətəliyevanın hazırladığı məruzə geniş müzakirə olunub
Məlum olduğu kimi, Azərbaycan beynəlxalq təşkilatların işində fəal iştirak edir. Bu reallıq Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bu günlərdə başa çatan yaz sessiyasında da bir daha təsdiqlənib. Belə ki, yaz sessiyasında Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva “Avropada uşaq yoxsulluğuna son qoymaq” mövzusunda məruzə ilə çıxış edib. S.Fətəliyeva bildirib ki, Avropada xeyli uşağın üzləşdiyi yoxsulluq problemi insan hüquqlarının müxtəlif şəkildə pozulmasının əsas səbəbləri kimi göstərilməlidir: “Bir çox uşaq qida çatışmazlığından, təmiz suyun, sağlamlığın, sığınacaq və təhsilin məhrumiyyətindən əziyyət çəkir. Uşaq yoxsulluğu insanların birdəfəlik gəlirinin bölgüsü, uşağın yaşadığı ev şəraiti və çox aşağı iş gərginliyi olan ailələrdəki vəziyyətlə ölçülür”.
Məruzədə qeyd olunub ki, yoxsulluq və ya sosial təcridolunma ilə bağlı risk qrupuna daxil olan əsas uşaq qrupları bunlardır: Tək valideynli və böyük ailələrdəki uşaqlar, işsiz və az gəlirli valideynlərin uşaqları, immiqrant və milli azlıq ailələrindəki uşaqlar və qüsurlu uşaqlar. S.Fətəliyeva bildirib ki, uşaqlar arasında yoxsulluq məsələsi müxtəlif Avropa ölkələrində dərindən araşdırılıb və bir çox ölkələrdən davamlı olaraq çətin və əlverişsiz şəraitdə yaşayan uşaqlara dair hesabatlar alınmaqdadır: “Bütün Avropadan əldə edilmiş azsaylı misallar onu göstərir ki, ailələrin gəlirlərinin təhlükə altına düşdüyü, imtiyazlarının ixtisara salındığı indiki iqtisadi və maliyyə fonunda yoxsulluq içərisində yaşayan uşaqlar üçün təcili yardıma ehtiyac var. Eyni zamanda, inkişaf etmiş Avropa ölkələrində də yoxsul uşaqlara rast gəlindiyini nəzərə alsaq, heç bir Avropa ölkəsi bu məsələdə istisna ola bilməz. Yoxsulluq uşaqların özünəinamına və özünüqiymətləndirməsinə, onların digər uşaqlarla münasibətlərinə mənfi təsir göstərir. Yoxsul olan uşaqların sağlamlığı zəif olur, onlar daha aşağı səviyyəli təhsil alır, buna görə də, işlə təmin olunma qabiliyyətləri məhdud olur və sosial həyata daha zəif inteqrasiya olunurlar. Yoxsulluğun uşaqların rifahına təsir etməsinin beş əsas səbəbi var: Sağlamlıq və qidalanma, valideynlərin psixi sağlamlığı, valideynin uşaqla qarşılıqlı münasibəti, evdə və ətraf aləmdəki mühit”.
Məruzədə o da qeyd olunub ki, yoxsulluq içərisində yaşayan uşaqların əksəriyyəti orta təhsil almadan məktəbi tərk edirlər.
Bildirilib ki, bütün Avropada uşaqların qida, təhsil və səhiyyə imkanlarına dair təməl ehtiyaclarının ödənilməsi təmin edilməlidir. Buna görə də, Assambleya bütün üzv ölkələri uşaq yoxsulluğu məsələsinə və hədəfdə olan milli strategiyalara qətiyyətlə yanaşaraq uşaq yoxsulluğuna qarşı mübarizəyə başlamağa çağırmalıdır. Bu cür strategiyaların həyata keçirilməsi hökumətin bütün səviyyələrinin, xüsusən də yerli administrasiyaların iştirakı ilə icra edilməlidir: “Üzv ölkələr uşaqların ən fövqəladə ehtiyaclarını nəzərə alan milli siyasət işləyib hazırlamalı və həyata keçirməli, uşaq yoxsulluğuna həsr edilmiş resursların ən çox ehtiyacı olanlara çatmasını təmin edən mexanizmləri işə salmalıdır”.
Yeri gəlmişkən, sözügedən məsələyə dair ən son hesabatda Avropa Şurasının insan haqları üzrə komissarı sosial və iqtisadi siyasətin, həmçinin, büdcələrin insan haqları və bərabərliyin təsiri baxımından sistematik olmasına çağırır. Parlament Assambleyası bu təklifi dəstəkləməli və istənilən sosial xərc ixtisarına cəmiyyətin ən həssas qruplarının, xüsusən də uşaqların rifahına təsiri baxımından yaxından nəzarət edilməlidir. Yoxsul uşaqlara indi dəstək göstərmək, onlara inkişafları üçün bərabər imkanlar yaratmaq ailə, uşaq yoxsulluğunun gələcəkdə genişlənməyəcəyinə və artmayacağına, bununla da cəmiyyətlərimizin bütövlükdə yoxsullaşması təhlükəsi yaratmayacağına təminat verir. Azərbaycanlı deputatın məruzəsi böyük maraq doğurub. Bunu məruzə ətrafında gedən geniş müzakirələr də sübut edib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35

