/ / Dövlət ailə, qadın və uşaq siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyət göstərmiş ziyalılar mükafatlandırılıblar
Dövlət ailə, qadın və uşaq siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyət göstərmiş ziyalılar mükafatlandırılıblar
08.03.2014 [09:56]
Martın 7-də Bakıda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı ilə 8 mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş bayram tədbiri keçirilib.
AzərTAc xəbər verir ki, dövlət və hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirak etdiyi tədbirdə Azərbaycanda dövlət qadın siyasətinə dair film göstərilib.
AQUPDK-nın sədri Hicran Hüseynova Prezident İlham Əliyevin ölkə qadınlarına ünvanlanan təbrik məktubunu oxuyub.
Mərasimdə Azərbaycan qadınlarının bir qrupunun təltif edilməsi və fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 6 mart tarixli sərəncamları bir daha diqqətə çatdırılıb.
Hicran Hüseynova Prezident İlham Əliyevin ölkəmizdə ailə, qadın və uşaq problemlərinin həllinə xüsusi diqqət yetirdiyini vurğulayıb, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu istiqamətdə fəaliyyətini diqqətə çatdırıb.
Bildirilib ki, ölkə rəhbərliyinin güclü dövlət idarəçiliyi, bölgələrin inkişafına yönəldilən sosial-iqtisadi proqramlar, dünya iqtisadi sisteminə sürətli inteqrasiya Azərbaycanı regionda lider dövlətə çevirib. Bu inkişaf Azərbaycan qadınlarının da ictimai həyatın bütün sahələrində fəal iştirakı üçün imkanlar yaradır. Hazırda elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasın.
Bu il Leninqrad şəhərinin blokadasının 70 illiyinin tamam olduğunu qeyd edən komitə sədri həmin ağrı-acılı günləri xatırladıb, blokada iştirakçısı olan qadınları təbrik edib. Qeyd olunub ki, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı nəticəsində qadınlarımız müasir dövrdə də yenidən müharibə şəraitində yaşayır və mübarizə aparırlar. Azərbaycan hökuməti onların ictimai-siyasi həyata inteqrasiyası üçün bütün zəruri tədbirləri görür.
Tədbirdə dövlət ailə, qadın və uşaq siyasətinin həyata keçirilməsi sahəsində səmərəli fəaliyyət göstərmiş ziyalılar mükafatlandırılıb.
Təltif olunanlar onların fəaliyyətinə verilən yüksək qiymətə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
“Tərəqqi” medalı ilə təltif olunanlar sırasında AzərTAc-ın müxbiri Xatirə Cəfərova da var.
Daha sonra tanınmış müğənnilərin və şagirdlərin iştirakı ilə konsert proqramı təqdim edilib.
Tədbir çərçivəsində xeyriyyəçilik məqsədi ilə əlil qadınların əl işlərindən ibarət satış sərgisi təşkil olunub.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Siyasət
11 İyun 21:48
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59
YAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51
İqtisadiyyat
11 İyun 10:45
Gündəm
11 İyun 10:36

