Diaspor təşkilatlarımızın fəaliyyətinin əhatə dairəsi genişlənir
08.03.2014 [09:54]
Rasim Məmmədov: Bu isə nəticə etibarilə, Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin gücləndirilməsi işinə önəmli töhfələr verir
Bu bir həqiqətdir ki, xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları Azərbaycanın haqq səsinin dünyaya çatdırılması istiqamətində məqsədyönlü iş aparırlar. Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin Ukrayna nümayəndəliyi də bu istiqamətdə çoxşaxəli fəaliyyəti ilə seçilən diaspor qurumlarımızdan biridir. Bunun təsdiqi üçün isə sadəcə, nümayəndəliyin həyata keçirdiyi tədbirlərin xronologiyasına nəzər yetirmək kifayətdir.
Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin vitse-prezidenti Rasim Məmmədovun qəzetimizə açıqlamasında da qeyd etdiyi kimi, Mərkəzin Ukrayna nümayəndəliyi diaspor quruculuğu prosesində yaxından iştirak etməklə yanaşı, eyni zamanda, ölkəmiz haqqında həqiqətlərin beynəlxalq aləmə çatdırılması istiqamətində də məqsədyönlü fəaliyyət göstərir.
Rasim Məmmədov onu da bidirib ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlər öz səmərəli nəticələrini verir: “Məlum olduğu kimi, ölkəmizdə diaspor siyasətinin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Belə ki, Ümummilli liderimizin rəhbərliyi ilə milli maraqlara və dəyərlərə müvafiq surətdə həyata keçirilən xarici siyasət strategiyasının mühüm istiqamətlərindən biri olan diaspor siyasəti özünəməxsus önəm kəsb edərək bütün dünya azərbaycanlılarının vahid amal ətrafında birləşməsini təmin edib. Bu gün isə diaspor siyasəti Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə, qanunauyğunluqlarına və reallıqlarına müvafiq surətdə uğurla həyata keçirilir. Milli ideologiya əsasında davam etdirilən diaspor siyasətinin uğurlu nəticələri kimi ölkəmizi təmsil edən diaspor təşkilatlarının fəaliyyətinin əhatə dairəsi genişlənir, səmərəlilik səviyyəsi isə daha da artır. Bunlar isə, nəticə etibarilə, Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin gücləndirilməsi işinə önəmli töhfələr verir”.
Səmərəli diaspor siyasəti çərçivəsində qarşıya qoyulan başlıca məsələlərdən birinin də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlərin dünyaya çatdırılması olduğunu deyən Rasim Məmmədov əlavə edib ki, bu məqsədlə Azərbaycan beynəlxalq təşkilatlardakı mövqeyindən və ikitərəfli əlaqələrindən uğurla istifadə edir: “Həmçinin, yüksək beynəlxalq nüfuza malik olan Azərbaycanın beynəlxalq miqyasda Xocalı soyqırımı həqiqətlərinin tanınması istiqamətindəki fəaliyyətini xeyli intensivləşdirməsi də mühüm nəticələrin əldə olunmasını şərtləndirib. Bu işdə müxtəlif ölkələrdəki səfirliklərimiz, Diasporla İş üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu, ölkə daxilindəki ictimai qurumlar, dünyanın dörd bir yanındakı diaspor təşkilatlarımız, ölkədə və xaricdə yaşayan soydaşlarımız səmərəli fəaliyyət göstərirlər. Xüsusi olaraq qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə uğurla davam etdirilən “Xocalıya ədalət!” kampaniyası bu baxımdan olduqca səmərəli nəticələr verib. Təsadüfi deyil ki, artıq beynəlxalq ictimaiyyət Xocalı faciəsinə dair münasibətini aşkar surətdə ortaya qoyur. Yeri gəlmişkən, martın 3-də ABŞ-ın İndiana ştatının Senatında Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş müzakirələr aparılıb və bu qətliamın soyqırımı kimi tanınması haqqında qətnamə qəbul edilib. Qətnamənin surətinin ABŞ Prezidentinə, Senatına, Nümayəndələr Palatasına, Dövlət Departamentinə və ölkənin Bakıdakı səfirliyinə göndəriləcəyi qeyd olunub. Beləliklə, İndiana ABŞ-ın Xocalı qətliamını soyqırımı kimi tanıyan 15-ci ştatı olub. O da qeyd edilməlidir ki, Xocalı soyqırımı ayrı-ayrı dövlətlər səviyyəsində də tanınır. 2011-ci ilin dekabr ayında Meksika, 2012-ci ilin fevral ayında Pakistan, aprelində isə Kolumbiya Xocalı soyqırımını rəsmən tanıyıb. Bundan başqa, Çexiya Respublikası Avropa İttifaqının üzvləri arasında Ermənistanı dinc Xocalı sakinlərinin qətliamına görə rəsmən pisləyən və bu hərəkətləri insanlığa qarşı cinayət kimi tanıyan ilk dövlətə çevrilib. Həmçinin, Bosniya və Hersoqovina parlamenti Xocalı faciəsini tanıyan qətnamə qəbul edib. Peru, Honduras kimi dövlətlər də Xocalı faciəsini tanıyanlar sırasındadır. Nəticə etibarilə, səmərəli diaspor siyasəti nəticəsində hazırda milli həmrəyliyin təmin və mühafizə olunması, xaricdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının qorunması, onların təşkilatlandırılması və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində əhəmiyyətli nailiyyətlər əldə edilib”.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Siyasət
11 İyun 21:48
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 18:00
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59
YAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51

