Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib
26.02.2014 [09:54]
Azərbaycan Respublikası Milli Məclisinin yaz sessiyasının növbəti plenar iclası keçirilib.
AzərTAc xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov iclası açaraq gündəliyə dörd məsələnin daxil edildiyini bildirib.
İclasda Xocalı soyqırımı qurbanlarının və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Oqtay Əsədov bildirib ki, Azərbaycan dövləti Xocalı faciəsini soyqırımı kimi qiymətləndirib. Milli Məclisin müvafiq qərarına əsasən fevralın 26-sı Xocalı soyqırımı günü kimi qeyd edilir. Bununla bağlı bütün beynəlxalq təşkilatlara müraciət olunub. Vurğulanıb ki, Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Xocalı faciəsinin dünya miqyasında tanıdılması üçün görülən tədbirlər mütəşəkkil xarakter alıb. Bu məsələdə Azərbaycana verilən beynəlxalq dəstək ildən-ilə daha da güclənir.
Diqqətə çatdırılıb ki, Ermənistan silahlı birləşmələrinin dinc azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər barədə məlumatlar dünya ictimaiyyətinə çatdırılır. Artıq bir çox ölkələrdə, o cümlədən ABŞ-ın bəzi ştatlarında Xocalı soyqırımının tanınması ilə bağlı qətnamələr qəbul olunub. Bu da təbii ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin, digər dövlət orqanlarının, eləcə də Milli Məclisin, QHT-lərin fəaliyyətinin nəticəsidir. Onu da xüsusi vurğulamaq lazımdır ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası konkret nəticələr verməkdədir. Əminik ki, heç bir cinayət cəzasız qalmayacaq.
Sonra Milli Məclisin deputatları cari məsələlər ətrafında müzakirələr aparıblar.
Deputatlar Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində görülən işlərdən, beynəlxalq təşkilatların bu məsələdə hələ də Azərbaycana qarşı ikili standartlar prinsipi ilə yanaşmasından və digər məsələlərdən söhbət açıblar.
Çıxışlardan sonra gündəlikdə duran məsələlərin müzakirəsi başlanıb.
İclasda “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasının Xəzər dənizinin quruda yerləşən mənbələrdən və quruda həyata keçirilən fəaliyyət nəticəsində çirklənmədən mühafizəsi haqqında” Protokolunun təsdiq edilməsi barədə qanun layihəsi qəbul olunub.
Bildirilib ki, Protokolun məqsədi Xəzər dənizində ekoloji cəhətdən sağlam dəniz mühitinə nail olmaq və həmin mühiti qoruyub saxlamaq üçün dəniz mühitinin quruda yerləşən mənbələrdən və quruda həyata keçirilən fəaliyyətlər nəticəsində çirklənməsinin qarşısını almaq, belə çirklənməyə nəzarət etmək, onu azaltmaq və mümkün olan maksimal dərəcədə aradan qaldırmaqdır.
Milli Məclis, həmçinin “Azərbaycan Respublikası Hökuməti və Almaniya Federativ Respublikası Hökuməti arasında maliyyə əməkdaşlığı haqqında” Sazişi (2008-2012-ci illərdə razılaşdırılmış layihələr üzrə) təsdiq edib. Vurğulanıb ki, bu Saziş iki ölkə arasında əlaqələrin maliyyə əməkdaşlığı vasitəsilə daha da dərinləşməsinə və möhkəmlənməsinə xidmət edəcək.
Sonra deputatlar “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsini təsdiqləyiblər. Bildirilib ki, bu dəyişiklik Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Diplomatik Nümayəndəliklərinin Mühafizə İdarəsinin zabit heyətinə diplomatik pasportların verilməsini nəzərdə tutur.
Həmçinin Milli Məclisin deputatları “Dəniz limanları haqqında” yeni qanun layihəsini birinci oxunuşda qəbul ediblər. Qeyd olunub ki, yeddi fəsil, 29 maddədən ibarət qanun layihəsi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndinə uyğun olaraq, Azərbaycanın dəniz limanlarında ticarət gəmiçiliyindən yaranan münasibətləri tənzimləyir, limanların inşası, açılması, bağlanması, onlarda fəaliyyətin həyata keçirilməsi qaydalarını, habelə limanlarda fəaliyyətin dövlət tənzimlənməsinin əsaslarını müəyyən edir.
Qeyd edək ki, müzakirələr zamanı iclasda ölkəmizdə səfərdə olan Latviya Seyminin nümayəndə heyəti də iştirak edib.
Xəbər lenti
Hamısına baxDünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46

