/ / Beynəlxalq Avrasiya Mətbuat Fondu BMT-nin İqtisadi və Sosial Şurasının QHT bölməsinin ən yüksək statuslu üzvü olub
Beynəlxalq Avrasiya Mətbuat Fondu BMT-nin İqtisadi və Sosial Şurasının QHT bölməsinin ən yüksək statuslu üzvü olub
31.01.2014 [10:34]
Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) QHT bölməsinin ən yüksək statuslu üzvü olub.
Bu barədə AzərTAc-a BMT-nin Nyu-Yorkdakı mənzil qərargahında keçirilən QHT komitəsinin toplantısında iştirak edən BAMF-ın sədri Umud Rəhimoğlu məlumat verib.
U.Rəhimoğlu deyib ki, toplantı çərçivəsində keçirilmiş sessiyalarda qeyri-hökumət təşkilatlarının ECOSOC-da məşvərətçi statusla qeydiyyatı, QHT-lərin təxirə salınmış müraciətlərinə yenidən baxılması, dörd illik hesabatların təsdiqi, ən yüksək statuslu QHT-lərin müraciətlərinin müzakirəsi və sair məsələlər diqqət mərkəzində olub.
Toplantıda U.Rəhimoğlu ilə yanaşı, BAMF-ın departament rəhbəri Ramil Əziz, qurumun Nyu-Yorkdakı təmsilçisi Sergey Matsko da iştirak ediblər. Sessiyalar 19 dövlətin BMT-dəki daimi nümayəndəliklərindən ibarət QHT komitəsinin rəylərinin və tövsiyələrinin müzakirəsi ilə davam etdirilib.
Qeyd edilib ki, ECOSOC ilk dəfə BMT Nizamnaməsinin 71-ci bəndinə əsasən 1945-ci ildə 41 QHT-nin xüsusi məşvərətçi statusla quruma üzvlüyə qəbul edilməsi ilə qeyri-hökumət təşkilatlarına müxtəlif məsələlər ətrafında müzakirələrə və məsləhətləşmələrə qoşulmaq hüququ tanınıb. Artıq 1992-ci ildə 700-dən artıq qeyri-hökumət təşkilatı bu quruma üzv olub. Bu gün dünya üzrə 3 min 400 təşkilat ECOSOC-un məşvərətçi statuslu üzvüdür. ECOSOC-un məşvərətçi statusu dörd ildən bir seçilən, BMT-nin Təhlükəsizlik Şurasının üç daimi üzvü - ABŞ, Çin, Rusiya da daxil olmaqla 19 dövlətin nümayəndələrindən ibarət QHT komitəsinin zəmanət və tövsiyəsi əsasında verilir. Çin, Sudan, İsrail, Mərakeş və başqa ölkələrin nümayəndələri də BAMF-ın yüksək statuslu üzvlüyünü dəstəklədiklərini və bu təşkilatın çox vacib işlər gördüyünü bildiriblər. İclasda BAMF ilə yanaşı, İdarəetmə və Əhali Proqramları üzrə Beynəlxalq Şura da BMT-nin bu yüksək statusuna layiq görülüb.
Bildirilib ki, BAMF 2007-ci ildən ECOSOC-un xüsusi məşvərətçi statuslu üzvüdür. ECOSOC-un QHT bölməsinə üzv olduqdan sonra BAMF fəaliyyətini daha da genişləndirib, iqtisadi-sosial inkişaf məsələlərinə, davamlı inkişafa, Minilliyin İnkişaf Məqsədlərinə nail olunmasına dəstək verib. Bu yüksək status dünyanın hər hansı bir regionunda, xüsusilə də Şərqi Avropada və Asiyada BMT agentliklərinin prioritet hesab etdikləri sahələrin, davamlı inkişaf məsələlərinin təbliği üçün BAMF-a imkanlar yaradacaq.
U.Rəhimoğlu deyib ki, BAMF ECOSOC-un prioritetlərini Azərbaycan ilə yanaşı, postsovet məkanında da həyata keçirmək, davamlı inkişaf istiqamətində platformanı gücləndirmək niyyətindədir. Bu status həm də BMT-də Azərbaycanla, eləcə də ölkəmizin maraq dairəsində olan məsələlərlə bağlı müzakirələr zamanı BAMF-ın vətəndaş cəmiyyəti təşkilatı olaraq münasibət bildirməsi, müvafiq səviyyədə iş aparması üçün geniş imkanlar açır. Ümumiyyətlə, BAMF-a belə bir yüksək statusun verilməsi Azərbaycanda vətəndaş cəmiyyətinin, bütövlükdə ölkəmizin uğurudur.
Bildirilib ki, BAMF bu statusun əldə olunması üçün 2012-ci ildən ECOSOC-un QHT bölməsinə ərizə ilə müraciət etmişdi. 2013-cü ilin mayında keçirilən səsvermədə 18 ölkənin lehinə, bir ölkənin isə əleyhinə olması səbəbindən statusun verilməsi məsələsi təxirə salınıb. Əleyhinə olan ölkə nümayəndəsinin suallarının cavablandırılması və gərgin müzakirələrdən sonra BAMF BMT-nin qeyri-hökumət təşkilatları üçün nəzərdə tutulan ən yüksək statusuna layiq görülüb. Statusun əldə olunmasında BAMF-ın BMT agentlikləri, Beynəlxalq Mətbuat İnstitutu, Beynəlxalq Sülh Bürosu, ABŞ Dövlət Departamenti və digər təşkilatlar ilə davamlı əməkdaşlığının da rolu olub. Həmçinin Azərbaycanın BMT-dəki nümayəndəliyi bu uğurun qazanılmasına yaxından dəstək verib.
Xatırladaq ki, Ermənistan QHT-ləri dəfələrlə ECOSOC-un QHT bölməsinin məşvərətçi statusunu almaq üçün çalışsalar da buna nail ola bilməyiblər.
Xəbər lenti
Hamısına baxDünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52

