/ / “Freedom House” və “Human Rights Watch” təşkilatları müəyyən dairələrin sifarişlərini yerinə yetirir
“Freedom House” və “Human Rights Watch” təşkilatları müəyyən dairələrin sifarişlərini yerinə yetirir
28.01.2014 [09:14]
Əli Həsənov: Biz hər iki təşkilatın sözügedən subyektiv mülahizələrini qərəzli yanaşma və müxtəlif məqsədlər üçün Azərbaycan hakimiyyətinə və dövlətinə olan təzyiq kimi dəyərləndiririk
Bu gün dünyanın müxtəlif ölkələrində ictimai-siyasi institutların mövcud durumu, insan və vətəndaşların hüquq və azadlıqları, demokratik dəyər və prinsiplərin qorunması səviyyəsi kimi fundamental məsələləri araşdırdıqlarını iddia edən bir sıra təşkilatlar faktiki olaraq beynəlxalq münasibətlər sistemində milli dövlətlərə qarşı təzyiq qrupu qismində çıxış edirlər. Müəyyən imperialist mərkəzlərin sifariş və göstərişləri əsasında fəaliyyət göstərən bu təsisatlar özlərinin təzyiq kampaniyasını daha çox müstəqil siyasət yürüdən ölkələrə qarşı yönəltməkdədirlər. Bu sırada “Freedom House” və “Human Rights Watch” təşkilatları xüsusilə fərqlənir. Bəhs edilən təşkilatlar vaxtaşırı olaraq tərtib etdikləri hesabatlarda subyektiv və qərəzli çalarları önə çəkməklə Azərbaycanın da pozitiv beynəlxalq imicinə kölgə salmaq istəyirlər. Təbii ki, bu təsadüfi xarakter daşımır. Ümumiyyətlə, Azərbaycanın dinamik iqtisadi inkişafı, müasir beynəlxalq münasibətlər sistemində öz mövqeyini davamlı surətdə möhkəmləndirməsi ölkəmizlə tərəfdaşlıq və əməkdaşlıq münasibətlərinə malik olan ölkələrdə pozitiv təəssürat yaratsa da, bəzi dairələrdə narahatlıq hissi meydana gətirir. Məhz buna görə də həmin anti-Azərbaycan dairələri, o cümlədən “Freedom House” və “Human Rights Watch” kimi qərəzli təşkilatlar ölkəmizdəki ictimai-siyasi sabitliyi pozmaq, dövlətimizə təzyiq etmək üçün “qara-piar” kampaniyası aparırlar.
Qeyd edək ki, “Freedom House” və “Human Rights Watch” son hesabatlarında da Azərbaycana qarşı subyektiv və ədalətsiz mövqe sərgiləyiblər. Bu fakt növbəti dəfə onu göstərir ki, bəhs olunan təşkilatlar qeyri-obyektiv mövqe sərgiləməklə öz imiclərini ayaqlar altına alır və bəyan etdikləri prinsipləri kobud surətdə pozurlar. Yeri gəlmişkən, Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu təşkilatların hesabatları ilə bağlı mətbuata açıqlamasında qeyd edib ki, son 6-7 ildir ki, “Freedom House” və “Human Rights Watch” təşkilatları subyektiv mülahizələrini Azərbaycanın daxili inkişafı, vətəndaş cəmiyyəti quruculuğu və ictimai-siyasi münasibətləri ilə bağlı real həqiqət kimi təqdim etməyə çalışırlar: “Dəfələrlə bu təşkilatların rəhbərlərinə Azərbaycanın rəsmi dairələri, qeyri-hökumət təşkilatları, siyasi partiya və mətbuat nümayəndələri öz etirazlarını bildiriblər və onları bu qərəzli yanaşmadan əl çəkməyə çağırıblar. Ancaq çox təəssüf edirik ki, həmin təşkilatlar bu siyasətlərini yenə də davam etdirirlər”.
Əli Həsənov əlavə edib ki, bu siyasət təkcə Azərbaycanın imicinə deyil, eyni zamanda, həmin təşkilatların öz imiclərinə də ciddi xələl gətirir: “Çünki insanlar real Azərbaycanla həmin təşkilatların təqdim etmək istədiyi “Azərbaycan” arasındakı uyğunsuzluğu görəndən sonra onlara olmayan inam daha da itir. Odur ki, biz hər iki təşkilatın sözügedən subyektiv mülahizələrini qərəzli yanaşma və müxtəlif məqsədlər üçün Azərbaycan hakimiyyətinə və dövlətinə olan təzyiq kimi dəyərləndiririk. Biz indiyədək həmin təşkilatlara rəsmi müraciət ünvanladığımız kimi, yenə də müraciət edib, onları doğru yola dəvət edəcəyik”.
Beləliklə, sadalananlar deməyə əsas verir ki, beynəlxalq miqyasda “demokratiya”, “insan hüquqlarının müdafiəsi” pərdəsi altında çıxış edən “Freedom House” və “Human Rights Watch” kimi təşkilatlar, əslində, müxtəlif ölkələrə qarşı təzyiq vasitəsi rolunu oynayırlar. Bu təşkilatların fəaliyyətinin əsasında duran məqsəd isə ideoloji təzyiq və təsir vasitəsilə konkret hədəflərin yerinə yetirilməsidir. Yəni qlobal güclərin maraqları əsasında çıxış edən bu təşkilatlar nəinki beynəlxalq hüquq normalarını ayaqlar altına atır, eləcə də, milli dövlətlərin beynəlxalq müstəvidəki fəaliyyətinə kobudcasına müdaxilə edir.
NURLAN
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

