Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə bağlı dünyanın bir sıra ölkələrində tədbirlər keçiriləcək

20 Yanvar faciəsinin 24-cü ildönümü ilə bağlı dünyanın bir sıra ölkələrində tədbirlər keçiriləcək

14.01.2014 [09:03]

Hər il olduğu kimi, bu il də 20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar dünyanın bir sıra ölkələrində Azərbaycan diaspor təşkilatları tərəfindən müxtəlif formatlı tədbirlər keçiriləcək. Bu barədə qəzetimizə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata əsasən, ABŞ, Kanada, Latın Amerikası ölkələri, Avstraliya və Yeni Zelandiya da daxil olmaqla dünyanın bir çox ölkələrində 20 Yanvar faciəsinin qurbanları yad edilir. Belə ki, yanvarın 19-dan başlayaraq ABŞ-ın paytaxtı Vaşinqtonda, həmçinin, Hyuston, Nyu-York, San Fransisko və azərbaycanlıların kompakt yaşadığı digər şəhərlərdə 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunan anım mərasimlərinin, “dəyirmi masa”ların keçirilməsi, faciəni əks etdirən video çarxların və sənədli filmlərin nümayişi nəzərdə tutulur.
Almaniyanın müxtəlif subyektlərində də 20 Yanvar faciəsi ilə bağlı müxtəlif formatlı tədbirlər təşkil olunur. Almaniyanın Maqdeburq, Berlin və digər şəhərlərində silsilə tədbirlərin keçirilməsi davam etdirilir.
18-23 yanvar tarixlərində Niderland Krallığının Haaqa, Amsterdam və Rotterdam şəhərlərində digər xalqların diaspor nümayəndələrinin də iştirakı ilə 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunan anım tədbirlərinin keçirilməsi, həmçinin, Niderland Krallığının, Belçika Krallığının və Lüksemburqun siyasi partiyalarına faciə ilə bağlı bəyannamələrin göndərilməsi planlaşdırılır.
Yanvarın 19-da 20 Yanvar faciəsi ilə əlaqədar Türkiyə Respublikasının Kocaeli şəhərində də regional televiziya kanalı olan 41 TV kanalında 20 Yanvar faciəsi ilə bağlı Federasiyasının sədri Bilal Dündarın iştirakıyla brifinq keçiriləcək. Brifinqdə milli azadlığı və ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı Sovet rejiminin törətdiyi kütləvi terror haqqında ictimaiyyətə ətraflı məlumat veriləcək.Yanvarın 20-də isə Türkiyə Respublikasının Kocaeli şəhərində 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar tarixçi - yazıçı Abdulla Köktürün iştirakı ilə konfrans, Kültür Evində fəaliyyət göstərən Azərbaycan Muzeyində fotosərgi, Adana şəhərində isə “Azərbaycan tarixinin Qanlı səhifəsi” mövzusunda elmi-praktik konfrans keçiriləcək.
Yanvarın 19-da Birləşmiş Ərəb Əmirliyində 20 Yanvar faciəsindən bəhs edən sənədli filmlərin nümayişi, yerli qəzetlərdə isə bu barədə ətraflı məlumatların çap olunması nəzərdə tutulub.
Həmçinin,19-20 Yanvar tarixlərində Gürcüstanın Qardabani, Marneuli, Tbilisi və Rustavi şəhərlərində də faciə ilə bağlı anım mərasimləri, konfrans, “dəyirmi masa”, şəhidlərin xatirəsinə həsr olunmuş fotosərgi keçiriləcək. Rusiya Federasiyasının paytaxtı Moskvada, həmçinin, Sank-Peterburq, Ekaterinburq şəhərlərində və Federasiyasının digər müxtəlif subyektlərində, Ukraynanın paytaxtı Kiyevdə, Xarkov və Dnepropetrovsk şəhərlərində, bundan başqa Belarus Respublikasının Minsk şəhəri və Moldova Respublikasının Kişinyov şəhərində də faciənin 24-cü ildönümünə həsr olunmuş anım mərasimləri təşkil olunacaq. Silsilə tədbirlərin davamı olaraq yanvarın 20-də Misir Ərəb Respublikasının Qahirə şəhərində də 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunan anım mərasimi keçiriləcək və”Şəhidlərimiz” mövzusunda fotosərgi nümayiş olunacaq.
20 Yanvar faciəsinin 24-cü ildönümü ilə bağlı Qırğızıstan Respublikasının Bişkek şəhərində” 20 Yanvar faciəsinin Azərbaycan xalqının milli azadlıq hərəkatında yeri və rolu” mövzusunda konfrans keçiriləcək, fotosərgi və sənədli filimlərin nümayişi təşkil olunacaq, həmçinin “20 Yanvar qəhrəmanlıq tariximizin səhifəsi” mövzusunda “dəyirmi masa” keçiriləcək.
Qazaxıstan Respublikasının Astana şəhərində “Azərbaycan xalqının azadlıq uğrunda qəhrəmanlıq mübarizəsi” mövzusunda elmi-praktiki konfrans, Almatı şəhərində isə “20 Yanvar faciəsi Azərbaycan xalqına və insanlığa qarşı törədilmiş dəhşətli cinayət” mövzusunda konfrans və fotosərgitəşkil olunacaq.
20 Yanvar faciəsinin 24-cü ildönümü ilə bağlı bir sıra digər ölkələrdə də tədbirlərin keçirilməsi nəzərdə tutulub.
NADİR

Paylaş:
Baxılıb: 969 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31