/ / Bahar Muradova: Həmsədrlər 2014-cü ildə Dağlıq Qarabağ probleminin həlli yönündə konkret addımlar atmalıdırlar
Bahar Muradova: Həmsədrlər 2014-cü ildə Dağlıq Qarabağ probleminin həlli yönündə konkret addımlar atmalıdırlar
11.01.2014 [09:58]
“ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda Azərbaycan tərəfinin haqlı mövqeyini nəzərə almalı və 2014-cü ildə danışıqların nəinki danışıqlar xatirinə intensivləşməsi, eləcə də konkret nəticə verməsi istiqamətində addımlar atmağa nail olmalıdırlar”. Bunu Trend-ə Milli Məclisin vitse-spikeri Bahar Muradova yanvarın 9-da Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışını şərh edərkən deyib.
B.Muradovanın sözlərinə görə, real vəziyyət ondan ibarətdir ki, bu münaqişə uzanır: “Status-kvo dəyişməz olaraq qalır. Bu münaqişənin həll edilməsində vasitəçi olan qurumların dəfələrlə status-kvonun dəyişməsinin vacibliyini vurğulamalarına baxmayaraq, bu, bəyanatdan irəli getmir və vəziyyətin dəyişməsi üçün hansısa konkret addımlar atılmır. Çox düzgün olaraq cənab Prezident İlham Əliyev çıxışında da buna yer ayırdı və dövlət başçısının söylədiyi kimi, ötən il ərzində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ durğunluq nöqtəsində olub. Təkcə bu faktı çıxmaqla ki, ötən ilin sonunda prezidentlər görüşüb və görüşlərin davamlı olması barədə razılığa gəliblər”.
Vitse-spiker bildirib ki, əlbəttə, status-kvonun dəyişməsi tələbi səslənirsə, onun reallaşmasının konkret nədən başlanmalı olduğu da bəllidir: “Bu, Azərbaycan ərazilərinin işğalçı qoşunlardan təmizlənməsindən başlanır. Həmsədrlər status-kvonun dəyişməsini vurğulamaqla yanaşı, bu addımın atılmasının da vacib olduğunu söyləməlidirlər. Çox təəssüf ki, onlar bunu söyləyirlər, amma Azərbaycan ərazilərinin işğaldan azad olunması ilə bağlı mövqenin üzərindən sükutla keçirlər və haqlı olaraq bu da Azərbaycanın narazılığına səbəb olur”.
B.Muradova qeyd edib ki, ötən müddət ərzində Ermənistanın və Azərbaycanın mövqelərinə, vəziyyətinə baxsaq, görərik ki, Azərbaycan getdikcə sürətlə inkişaf edir, Ermənistan isə getdikcə həm iqtisadi, həm demoqrafik, həm siyasi, həm də başqa məsələlər baxımından daha çətin bir duruma düşür: “Odur ki, Azərbaycanın güclənməsi, hərbi qüdrətinin artması, cənab Prezidentin söylədiyi kimi, danışıqlar prosesinə yalnız müsbət yöndən təsir edə bilər və edir. Çünki güc faktoru mütləq nəzərə alınmalıdır və Ermənistanı da qorxudan budur. Ona görə də həm Ermənistanın özündə, həm də onu dəstəkləyən dairələrdə Azərbaycanın bu artan gücü ilə bağlı qısqanclıq dolu fikirlər səslənir və bunu da başqa yönə istiqamətləndirmək istəyirlər. Cənab Prezident bununla bağlı Öz məntiqli mövqeyini ortaya qoydu ki, Azərbaycanın güclənməsi heç bir dairənin, heç bir ölkənin, heç bir beynəlxalq qrupun söylədikləri kimi başqa məqsəd daşımır, Azərbaycan öz imkanlarını səfərbər edir, ölkə balanslı, tarazlı bir şəkildə inkişaf edir, iqtisadi inkişafla həmahəng olaraq hərbi qüdrəti də artır və burada qeyri-adi heç nə axtarmaq olmaz. Azərbaycanın hərbi qüdrətinin qorxulu olduğunu söyləyənlər dünyanı hərbi təzyiq altında saxlayırlar”.
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51

