/ / Moskvada Rusiya Federal Məclisi Federasiya Şurasının Azərbaycan Milli Məclisi ilə ikitərəfli parlamentlərarası komissiyasının onbirinci iclası keçirilib
Moskvada Rusiya Federal Məclisi Federasiya Şurasının Azərbaycan Milli Məclisi ilə ikitərəfli parlamentlərarası komissiyasının onbirinci iclası keçirilib
13.12.2013 [09:14]
Dekabrın 11-də Moskvada Rusiya Federal Məclisi Federasiya Şurasının Azərbaycan Milli Məclisi ilə ikitərəfli parlamentlərarası komissiyasının onbirinci iclası keçirilib.
İclasda Milli Məclis sədrinin müavini, parlamentlərarası komissiyanın həmsədri Valeh Ələsgərovun başçılığı ilə nümayəndə heyəti iştirak edib.
Nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədrləri - Arif Rəhimzadə, Əli Hüseynli, parlamentin deputatları, habelə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov, Azərbaycan Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Vahid Qəhrəmanov daxil idilər. İclasda Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru İlqar Hacıyev iştirak ediblər.
Rusiya Federal Şurası sədrinin müavini, komissiyanın Rusiya tərəfindən yeni seçilmiş həmsədri İlyas Umaxanov iclası açaraq bildirib ki, komissiyanın 10-cu iclasından ötən bir il ərzində Azərbaycanda olduqca önəmli hadisə baş verib, Azərbaycan Prezidentinin seçkiləri keçirilib. İ.Umaxanov komissiya üzvləri adından Azərbaycan Prezidenti İlham Əliyevi seçkilərdə inamlı qələbəsi münasibətilə təbrik edərək deyib: “Biz Azərbaycanda prezident seçkilərində müşahidəçi kimi iştirak etdik və Azərbaycan xalqının İlham Əliyevi necə ürəkdən dəstəklədiyinin şahidi olduq”.
İclasın gündəliyinə iki ölkə arasında əmək miqrasiyası sahəsində əməkdaşlıq haqqında, dəniz ticarət gəmiçiliyi və gəmi nəqliyyatı sahəsində əməkdaşlıq haqqında, Azərbaycan gəmilərinin Rusiyanın daxili su yollarından keçməsi qaydaları və şərtləri haqqında, Samur çayı üzərindəki avtomobil körpüsünün Azərbaycan-Rusiya dövlət sərhədindəki “Yaraq-Kazmalyar” (Rusiya) və “Samur” (Azərbaycan) keçid məntəqəsi hissəsində təmir işlərinin aparılması haqqında, ölkəyə gəlmə, ölkədən getmə və ölkədə qalma qaydalarını pozmuş, habelə əcnəbi və vətəndaşlığı olmayan şəxslərin qəbulu və təhvil verilməsi haqqında sazişlərin və digər sənəd layihələrinin müzakirəsi daxil edilib.
İclasda qeyd olunub ki, Rusiyanın 40 subyekti ilə Azərbaycan arasında əməkdaşlıq haqqında sazişlər imzalanıb. Rusiya ilə Azərbaycan arasında 2012-ci ildə əmtəə dövriyyəsinin həcmi rekord həddə - 3,5 milyard dollara çatıb, bu isə 2011-ci illə müqayisədə 11 faiz çoxdur. Bu ilin yanvar-oktyabr ayları ərzində əmtəə dövriyyəsi 2,9 milyard dollar olub ki, bu da 2012-ci ilin müvafiq dövründəkindən 9 faiz çoxdur. İqtisadi sahədə əməkdaşlığın inkişafında Azərbaycan-Rusiya regionlararası forumlarının əhəmiyyəti vurğulanıb.
Komissiyanın həmsədri Valeh Ələsgərov qeyd edib ki, Rusiya regionları rəhbərlərinin mütəmadi surətdə Azərbaycanda ikitərəfli görüşləri olur, Azərbaycan dövləti Azərbaycan diasporu ilə birlikdə Rusiya regionlarında quruculuq və abadlıq işləri həyata keçirir. Eyni zamanda, Azərbaycan dövləti ölkəmizdə rus dilinə, rus mədəniyyətinə, rus dilində təhsilə böyük qayğı ilə yanaşır. Bu baxımdan, Rusiya tərəfinin də Azərbaycanda fəaliyyət göstərən rus icmasının və mədəniyyət mərkəzlərinin inkişafına dəstək verməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
İclasda Azərbaycan tərəfi Azərbaycan-Rusiya sərhədindəki Samur gömrük-keçid məntəqəsinin Rusiyaya aid hissəsinin təmirinin yubanması, habelə “Yaraq-Kazmalyar” məntəqəsində sənədlərin qeydiyyatının ləngidilməsinin vətəndaşların narazılığına səbəb olmasını komissiya üzvlərinin diqqətinə çatdırıblar. Keçid məntəqəsinin Azərbaycana aid olan hissəsində “vahid pəncərə” sistemi tətbiq olunduğundan burada vətəndaşların və yük avtomobillərinin qeydiyyata alınmasında heç bir problem yaranmır. Komissiya üzvləri bu məsələnin Rusiyanın aidiyyəti orqanları ilə müzakirə olunmasını qərara alıblar.
Rusiya Federal Miqrasiya Xidməti rəhbərinin birinci müavini Yekaterina Yeqorova bu ölkədə miqrasiya qanunvericiliyi sahəsində həyata keçirilən yeniliklərdən danışıb, əmək miqrasiyası ilə bağlı statistik məlumatları səsləndirib.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Azərbaycan vətəndaşlarının sərhəd keçid məntəqələrində üzləşdikləri problemlərdən danışaraq bildirib ki, Rusiyada təhsil alan azərbaycanlı tələbələrin, yaxud ailə üzvlərindən birinin keçid məntəqələrində səbəbi aydınlaşdırılmadan saxlanması və ya deportasiya olunması hallarına rast gəlinir. Bundan əlavə, Azərbaycan vətəndaşlığından çıxma və Rusiya vətəndaşlığını qəbul etmə proseslərində uyğunsuzluqlar yaranır.
Səfir qeyd edib ki, iki ölkənin miqrasiya xidmətləri bu istiqamətdə daha sıx əməkdaşlıq etməlidirlər. Komissiya üzvləri miqrasiya qanunvericiliyi sahəsində maarifləndirmə işlərinin təşkili sahəsində fəaliyyət planının hazırlanmasını qərara alıblar.
Sonda İlyas Umaxanov Federasiya Şurasının 20 illik yubileyi medalını Milli Məclis sədrinin müavini, komissiyanın həmsədri Valeh Ələsgərova təqdim edib.
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58

