Mətbuat Şurasında Həsən bəy Zərdabinin xatirəsinə həsr olunmuş tədbir keçirilib
29.11.2013 [09:17]
Dünən Azərbaycan Mətbuat Şurasında (MŞ) Həsən bəy Zərdabini tədbir keçirilib. Toplantını giriş sözü ilə MŞ sədri Əflatun Amaşov açaraq bildirib ki, xalqımızın böyük maarifpərvər ziyalısı Həsən bəy Zərdabinin vəfatından 106 il ötür. Bu tarixi şəxsiyyətin fəaliyyətindən və bütövlükdə ömür yolundan, xüsusən də, “Əkinçi” qəzetini nəşr edərkən çəkdiyi əzab-əziyyətlərdən hər bir azərbaycanlı məlumatlı olmalıdır. “Bu məlumatlılığı təmin etmək üçün Mətbuat Şurası bir neçə il öncə Həsən bəy Zərdabinin anım gününün keçirilməsi təşəbbüsünü qaldırdı və hər il Milli Mətbuat Günü ilə yanaşı, eyni zamanda, noyabrın 28-də biz böyük ziyalımızla bağlı tarixi faktlara müraciət edir, onun milləti qarşısındakı xidmətlərini yada salırıq. Hər dəfə də xatirələri çözələdikcə böyük fəxarət hissi keçiririk”, - deyən Şura sədri vurğulayıb ki, kütləvi informasiya vasitələrimizin Həsən bəy Zərdabinin keçdiyi ömür yolunun ayrı-ayrı məqamlarını misilsiz vətənpərvərlik nümunəsi kimi təqdim etməsi cəmiyyət üçün son dərəcə zəruridir.
MŞ İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli rəhbərlik etdiyi qurumun milli mətbu irsimizdə xüsusi yeri olan nəşrlərin təbliğinə böyük önəm verdiyini vurğulayıb. Bu günlərdə Fondun maliyyə dəstəyi ilə “Ziya” qəzetinin nüsxələrinin ərəb əlifbasından latın qrafikalı Azərbaycan əlifbasına çevrilməsi işi həyata keçirilib və toplanmış materiallar kitab şəklində nəşr edilib. “Bundan başqa, Fond “Azərbaycan mətbuat tarixi antologiyası”nın da nəşrini reallaşdırıb. Ümumən qurum bu sayaq layihələrə hər zaman dəstək verir. Düşünürəm ki, Həsən bəy Zərdabi irsinin daha genişmiqyaslı tətqiqinə şərait yaratmaq da qarşımızda duran mühüm vəzifələrdəndir”, - deyə o vurğulayıb.
MŞ İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə “Əkinçi” qəzetinin o dövrdə fəaliyyətə başlamasını, eləcə də, 2 il müddətində ömür sürməsini Həsən bəy Zərdabi şəxsiyyətinin böyük hünəri adlandırıb: “Onun həyat yoluna nəzər salarkən aydın görünür ki, bu adam xalqı maarifləndirməyin ən müxtəlif yollarını nəzərdən keçirib və nəhayət, qəzet çapı üzərində dayanıb. Dahi mütəfəkkirin seçimini səciyyələndirən cəhətlər müəyyən çalarlarla bu günümüz üçün də aktualdır. Mövcud səbəbdən də Zərdabi irsinin geniş xalq kütlələrinə çatdırılmasına hər zaman böyük ehtiyac duyulmaqdadır”.
MŞ İdarə Heyətinin üzvü, Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin rəhbəri İlham İsmayıl Həsən bəy Zərdabini təkcə Azərbaycanın deyil, bütövlükdə Türk dünyasının görkəmli ictimai xadimi, ziyalısı kimi xarakterizə edib. “Onun 1875-ci ildə “Əkinçi” qəzeti ilə əsasını qoyduğu mətbuatımız qısa zaman kəsiyində xalqın özünüdərk prosesində misilsiz rol oynadı. Nəşrin səhifələrində məişət müstəvisində qaldırılan məsələlər zaman keçdikcə digər mətbuat orqanları tərəfindən milli məfkurə davası ilə bağlı müstəsna tezislərə çevrildi. Nəticə etibarilə bu dava dövlət müstəqilliyimizin qazanılmasına gətirdi. Zənnimcə, bu məqam son dərəcə vacibdir”, - deyə o qeyd edib.
MŞ İdarə Heyətinin üzvü, Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin professoru Nəsir Əhmədli çıxışında Həsən bəy Zərdabi irsinin araşdırıliması sahəsində görülən işlərdən söz açıb. Görkəmli alimin “heç olmaz ki, doğru söz yerdə qalsın” fikrinə müraciət edən N.Əhmədli bildirib ki, Həsən bəy şəxsiyyətinin doğru bildiklərini anlatma tərzi, fəaliyyətindəki ayrı-ayrı məqamlar bu günün jurnalistləri üçün son dərəcə vacib məktəb rolunu oynamaqdadır.
MŞ İdarə Heyətinin üzvü, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev bildirib ki, Həsən bəy Zərdabinin Azərbaycan xalqı qarşısındakı xidmətləri təkcə “Əkinçi” qəzeti ilə məhdudlaşmır. Bu mənada dahi mütəfəkkirin ötən əsrin əvvəllərində işıq üzü görmüş “Kaspi” qəzetindəki fəaliyyətindən söz açan baş redaktor diqqəti 1907-ci ilin 28 noyabr tarixinə yönəldib. “Həsən bəyin dəfni böyük izdihamla yadda qalmışdı. Bu, xalqın öz ziyalısına, fikir adamına dəyəri baxımından böyük, eyni zamanda, fəxarət duyulası hadisə idi. Hesab edirəm ki, 28 noyabr tarixinin məhz bu aspektinin də qabardılmasına ehtiyac var”, - deyə o əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

