Demoqrafik problemin həlli yolları araşdırılır
28.11.2013 [09:31]
Noyabrın 27-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) və BMT-nin Əhali Fondunun (UNFPA) birgə təşkilatçılığı ilə “Doğulan uşaqların cinsə görə nisbətinin pozulmasının səbəbləri: mövcud vəziyyətin təhlili və problemin həlli yolları” mövzusunda tədbir keçirilib.
AzərTAc xəbər verir ki, tədbirdə çıxış edən AQUPDK-nın sədri Hicran Hüseynova hazırda dünyanın bir sıra ölkələrində doğulan uşaqların cinsə görə nisbətinin pozulmasının aktual problemlərdən biri olduğunu bildirib.
Komitə sədri məlumat verib ki, hamiləliyin süni şəkildə pozulması faktı inkişaf etmiş ölkələrdə il ərzində 28 milyon, inkişaf etməkdə olan ölkələrdə isə bu müddətdə 182 milyondur. Azərbaycan da bu problemdən kənarda qalmayıb. Ana bətnində oğlan uşaqlarının saxlanılması, qız uşaqlarının isə məhv edilməsi cəmiyyətdə gender balansının, eləcə də genefondun pozulmasına gətirib çıxara bilər.
Statistikaya görə, ölkəmizdə əhalinin ümumi sayı son 20 ildə 2 milyon 2 min 500 nəfər artaraq 9 milyon 442 min 500 nəfərə çatıb. 1993-cü ildə əhalinin 48,9 faizi kişi, 51,1 faizi isə qadın olub. Son 20 ildə kişilərin sayı sürətlə artıb və əhali arasında cins nisbəti demək olar ki bərabərləşib. Başqa sözlə, 2013-cü ildə əhalinin 49,7 faizini kişilər, 50,3 faizi isə qadınlar təşkil edir.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Broek bildirib ki, uşaqların cinsə görə nisbətinin pozulması cəmiyyətdə mənfi fəsadların yaranması ilə nəticələnə bilər. Sosial, iqtisadi, mədəni və siyasi zəmində qadınlara qarşı ayrı-seçkilik halları davam edir və bu, insan hüquqlarının pozulması vəziyyətini daha kəskinləşdirir. Ona görə də dünyanın hər yerində, o cümlədən Cənubi Qafqaz bölgəsində uşaqların cinsə görə nisbətinin pozulması məsələsi ilə mübarizə aparılmalıdır. UNFPA-nın Türkiyə, Azərbaycan, Ermənistan və Gürcüstan üzrə ölkə direktoru Zahidul Huque bu problemlə bağlı regional miqyasda araşdırmaların aparıldığını diqqətə çatdıraraq deyib ki, indiki demoqrafik vəziyyət artıq genefond üçün real təhlükədir.
Z.Huque problemin həlli ilə bağlı milli, regional və beynəlxalq səviyyədə birgə səylərin göstərilməsinin vacibliyini bildirib.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova Azərbaycanda bu istiqamətdə yaradılmış milli qanunvericilik bazası barədə məlumat verib.
Tədbirdə çıxış edən “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva bildirib ki, uşaqların cinsi nisbətinin pozulması hazırda cəmiyyəti düşündürən məsələlər sırasında dayanır. Problemin aradan qaldırılması istiqamətində maarifləndirmə işlərinin geniş şəkildə aparılması və səhiyyə xidmətlərinin inkişaf etdirilməsi vacibdir. Bu məsələlərin həllində kütləvi informasiya vasitələrinin rolu danılmazdır.
Milli Məclisin deputatlarının, dövlət qurumlarının və ictimaiyyətin nümayəndələrinin iştirak etdikləri tədbirdə mövzu ətrafında geniş müzakirələr aparılıb.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

