Milli Məclisin iclasında...
04.03.2026 [11:47]
Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin illik məruzəsi dinlənilib
Martın 3-də Milli Məclisin növbəti iclası keçirilib. Spiker Sahibə Qafarova iclasın gündəliyinə 8 məsələnin daxil edildiyini bildirib.
Əvvəlcə Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2025-ci ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsi dinlənilib. Məruzəni ombudsman Səbinə Əliyeva təqdim edib. O bildirib ki, ötən il ombudsman Konstitusiya Qanunu ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində insan hüquq və azadlıqlarının müdafiəsi, hüquq pozuntularının qarşısının alınması, habelə hüquq mədəniyyətinin inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi çoxşaxəli fəaliyyətini dövlət qurumları, vətəndaş cəmiyyəti institutları, media subyektləri və beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində davam etdirib. S.Əliyevanın sözlərinə görə, 2025-ci ildə Ombudsmanın ünvanına 42 mindən çox müraciət daxil olub. 7/24 rejimində fəaliyyət göstərən “916” Çağrı Mərkəzi tərəfindən 14 min 718 zəng qəbul edilib. İl ərzində Ombudsman, onun Aparatı və regional mərkəzləri tərəfindən ümumilikdə 9 mindən çox şəxs qəbul edilib.
Ombudsman onu da qeyd edib ki, son illər informasiya texnologiyalarının sürətlə inkişafı, xüsusən də süni intellektin bütün sahələr üzrə geniş tətbiqi informasiya əldə etmək hüququnun reallaşdırılmasına əhəmiyyətli dərəcədə təsir göstərməkdədir. Bu hal xüsusən fərdi məlumatların, habelə qanunla əldə olunmasına məhdudiyyət qoyulan digər məlumatların mühafizəsi ilə bağlı hüquqi tənzimləmələrin təkmilləşdirilməsini və yeni təhlükəsizlik mexanizmlərinin tətbiqini zəruri edir. O deyib ki, qeyd olunanları nəzərə alaraq, bu sahədə prioritet istiqamətlərin müəyyən edilməsi, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, rəqəmsal texnologiyalardan, süni intellektdən düzgün istifadə və nəzarət tədbirlərinin gücləndirilməsi, rəqəmsal savadlılıq və məlumat təhlükəsizliyi mədəniyyətinin inkişaf etdirilməsi üzrə maarifləndirici proqramların həyata keçirilməsi olduqca əhəmiyyətlidir. “İnformasiya əldə etmək hüququnun daha səmərəli təmin edilməsi məqsədilə “İnformasiya əldə etmək haqqında” Qanunda fiziki şəxslərə özləri barədə fərdi məlumatların təbii inhisar subyektlərindən informasiya sorğusu əsasında əldə etmək imkanını məhdudlaşdıran normaya müvafiq dəyişiklər edilməsi ilə həmin məhdudiyyətin aradan qaldırılması məqsədəmüvafiqdir”, - deyə ombudsman vurğulayıb.
S.Əliyeva, həmçinin diqqətə çatdırıb ki, şəxs müddətli həqiqi hərbi xidmətdə olduğu vaxtda onun uşaqlarına ödənilən müavinətin məbləğinin ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumuna uyğunlaşdırılması məqsədəmüvafiqdir. O bildirib ki, əvvəlki illərdə olduğu kimi, əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə həkim-məsləhət komissiyaları tərəfindən rəsmiləşdirilmiş göndərişlərin bir çox hallarda “natamam” hesab edilməsinin qiymətləndirmə prosesində çətinliklərə və əlillik təyinatının müəyyən müddət gecikməsinə səbəb olduğunu nəzərə alaraq, bu prosesdə iştirak edən qurumlar arasında koordinasiyalı və qarşılıqlı etimad prinsipinə əsaslanan fəaliyyətin təmin olunması, qiymətləndirmə prosedurlarının sadələşdirilməsi olduqca vacibdir. “Əlilliyi olan şəxslərin hüquqlarının daha səmərəli təmin olunması məqsədilə infrastruktur obyektlərinin, yaşayış binalarının layihələndirilməsi və tikintisi zamanı həmin şəxslərin tələbatlarının nəzərə alınması məqsədilə layihələndirmə standartlarının yenilənməsi, tikinti prosesində müyəssərlik tələblərinə riayət olunmasına nəzarətin gücləndirilməsi, bu sahədə monitorinqlərin aparılması və çatışmazlıqların aradan qaldırılması, habelə metro və digər ictimai nəqliyyatın əlçatanlıq komponentləri ilə təmin olunması üzrə konkret fəaliyyət mexanizmlərinin hazırlanması və tətbiqi zəruridir”, - deyə S.Əliyeva vurğulayıb.
Vurğulanıb ki, 2025-ci ildə ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində ümumilikdə 355 başçəkmə həyata keçirilib ki, onlardan 93-ü plandankənar olub. Başçəkmələr zamanı ümumilikdə 3462 nəfər qəbul edilib. Ombudsman il ərzində məhkumların və onların ailə üzvlərinin əfv barədə müraciətlərini nəzərə alaraq, müntəzəm qaydada Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasına təkliflərini göndərib və Komissiyanın iclaslarında iştirak edib. Məruzədə o da qeyd olunub ki, ombudsmanın müraciətləri əsasında ümumilikdə 900 məhkum, 2025-ci ildə isə 21 məhkum əfv edilib.
Müzakirələrdən sonra ombudsmanın illik məruzəsi qəbul olunub.
İclasda, həmçinin “Uşaq hüquqları haqqında” yeni qanun layihəsi üçüncü oxunuşda qəbul edilib. Bildirilib ki, bu Qanun ölkədə uşaqlar barəsində dövlət siyasətinin əsas prinsiplərini, onların hüquq və azadlıqlarını, həmin hüquq və azadlıqların həyata keçirilməsi sahəsində dövlət təminatlarını və dövlət nəzarətinin əsaslarını müəyyən edir. 8 fəsil, 63 maddədən ibarət qanun layihəsində nəzərdə tutulmuş hüquqlar və azadlıqlar irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, əqidəsindən, sağlamlıq imkanlarından, valideynlərinin (onları əvəz edən şəxslərin), digər ailə üzvlərinin sosial vəziyyətindən, ictimai birliklərə mənsubiyyətindən və digər əlamətlərdən asılı olmayaraq hər bir uşağa aid edilir. Azərbaycanda olan əcnəbi və vətəndaşlığı olmayan uşaqlar digər qanunlarda və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, bu Qanunda nəzərdə tutulmuş bütün hüquqlardan və azadlıqlardan istifadə edə bilərlər.
Qanun layihəsinə görə, bütün uşaqlar bərabər hüquqlara malikdirlər. Uşaqlar bu Qanunda göstərilən əlamətlərə görə ayrı-seçkiliyə məruz qala bilməzlər. Uşaqlar valideynlərinin (onları əvəz edən şəxslərin) hərəkət və hərəkətsizliyinə görə məsuliyyət daşımırlar və valideynləri ilə (onları əvəz edən şəxslərlə) bağlı səbəblərə görə onların hüquqlarının məhdudlaşdırılmasına yol verilmir. Nikahdan və ya nikahdankənar doğulmasından asılı olmayaraq, uşaqların valideynlərinin hər birinə münasibətdə eyni hüquqları var. Eyni zamanda, dövlət uşağın fərdiliyini, yəni vətəndaşlığını, adını və ailə əlaqələrini saxlamaq hüququnu qoruyur. Hər bir uşağın azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Uşağın şəxsi və ailə həyatının sirri qanunla qorunur və hər bir uşağın şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ var. Qanunla nəzərdə tutulan hallardan başqa, uşağın şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər bir uşağın şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, uşaq izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.
Qeyd edək ki, iclasın gündəliyində olan digər qanun layihələri də qəbul olunub.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17

