Dövlət Statistika Komitəsinin nümayəndə heyətinin Vyetnama səfəri başa çatıb
30.01.2026 [17:21]
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyəti Vyetnam Sosialist Respublikasına səfəri çərçivəsində bu ölkənin iqtisadi-maliyyə mərkəzi və əhali sayına görə ən böyük şəhəri olan Ho Şi Min şəhərində bir sıra görüşlər keçirib.
Ho Şi Min Xalq Komitəsinin sədri Vo Van Minh və Ho Şi Min Şəhər Statistika İdarəsinin direktoru Nguyen Khac Hoang ilə görüşlərdə bir-birinin maraqlarına hörmətlə yanaşan Azərbaycan ilə Vyetnam arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan strateji tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi vurğulanıb. Qarşılıqlı səfərlərin təcrübə mübadiləsi və müxtəlif istiqamətlərdə, o cümlədən statistika sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından böyük önəm daşıdığı bildirilib.
Səfər zamanı nümayəndə heyətinin ölkənin neft sənayesi mərkəzi olan Vunqtau şəhərində “Vietsovpetro” şirkətinin rəhbərliyi və Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının Vunqtau bölməsinin üzvləri ilə də görüşü olub. Görüşdə “Vietsovpetro” şirkətinin yaradılmasından bir müddət sonra - 1983-cü ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin başçılıq etdiyi SSRİ nümayəndə heyətinin Vunqtauya səfəri və daha sonra Vyetnama göstərilən dəstək sayəsində dənizdə ilk neftin hasil edildiyi xüsusi vurğulanıb. Azərbaycanlı mütəxəssislərin bu ölkənin neft-qaz sənayesinin qurulmasında xidmətlərinin əvəzsiz olduğu, Vyetnamın sözügedən sahədə kadr hazırlığı istiqamətində Azərbaycanın zəngin təcrübəsinin öyrənilməsinə və əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə böyük maraq göstərdiyi qeyd edilib. Vunqtau ilə Bakının qardaşlaşmış şəhərlər olduğu bildirilərək iki ölkənin regionları arasında da işbirliyinin perspektivləri müzakirə olunub. Bu sahədə görüləcək işlərin Azərbaycan-Vyetnam münasibətlərinə dinamizm gətirəcəyinə inam ifadə edilib.
Nümayəndə heyəti Ho Şi Min şəhərindəki Müstəqillik sarayını, Vunqtauda isə “Vietsovpetro” şirkətinin muzeyini və Bakı küçəsini ziyarət edib.
Səfər yanvarın 30-da başa çatıb.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

