Rusiyada miqrantlara qarşı baş verən son olaylar bu ölkənin özü üçün təhlükəlidir
07.11.2013 [09:28]
Əli Həsənov: Rusiyada bəzi dairələr - rəsmi dairələrdən söhbət getmir - bu proseslərdən anti-Azərbaycan məqsədilə istifadə etməyə, Rusiya ilə Azərbaycan, rus xalqı ilə Azərbaycan xalqı arasında illərdən bəri formalaşmış, sınaqdan çıxmış birgə maraqlar və dostluq münasibətlərini pozmağa çalışır
Rusiyada miqrantlara qarşı milli-etnik zəmində baş verən son olaylar ciddi narahatlıqla qarşılanmaqdadır. Xüsusilə də məişət zəminində baş verən hadisələrin milli-etnik müstəviyə transfer olunması cəhdləri arzuolunmaz hal kimi dəyərləndirilir. Şübhəsiz, bütün bu olayların arxasında Rusiyada fəaliyyət göstərən anti-Azərbaycan dairələrin sifariş və maraqları dayanır. Hələ olayların ilk anlarında bu hadisələrə bəraət qazandıran Rusiyadakı bəzi mətbuat orqanlarının anti-Azərbaycan çağırışları məhz bundan xəbər verirdi. Əlbəttə ki, Rusiyadakı bəzi anti-Azərbaycan dairələrin bu proseslərin fonunda əsas tutduğu son məqsəd ölkəmizə təzyiq etmək, Azərbaycanla Rusiya arasında müəyyən ziddiyyət toxumları səpməkdir. Yeri gəlmişkən, rəsmi Bakı tərəfindən bu məsələyə konkret münasibət bildirilib. Məsələn, APA-ya açıqlamasında Azərbaycan Respublikası Prezidenti Administrasiyası (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib ki, Rusiyada bəzi dairələr - rəsmi dairələrdən söhbət getmir - bu proseslərdən anti-Azərbaycan məqsədilə istifadə etməyə, Rusiya ilə Azərbaycan, rus xalqı ilə Azərbaycan xalqı arasında illərdən bəri formalaşmış, sınaqdan çıxmış birgə maraqlar və dostluq münasibətlərini pozmağa çalışır.
Onu da xüsusilə qeyd etmək lazımdır ki, Rusiyada müəyyən dairələrin başlatdığı bu olaylar bu ölkənin özü üçün təhlükə mənbəyi kimi çıxış edir. Çünki mürəkkəb daxili milli-etnik struktura malik olan bir ölkədə “Rusiya rusiyalılar üçündür” tezisini əsas tutaraq qeyri-ruslara qarşı kampaniya aparmaq ciddi sosial-siyasi kataklizmləri şərtləndirə bilər. Məhz buna görə də aidiyyəti strukturlar, bütövlükdə, Rusiya dövləti tərəfindən həmin hallara qarşı ciddi tədbirlər görülməlidir. Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov sözügedən açıqlamasında bu məsələyə də toxunaraq qeyd edib ki, Rusiyada bu proseslərin bir qismi kortəbii şəkildə meydana çıxır: “Proseslərdə müəyyən milliyyətçi qüvvələrin və üçüncü maraqlı tərəflərin iştirakı, hadisələrin arxasında onların kölgəsi də görünür. Rusiya, əlbəttə ki, bu proseslərin, xüsusən qeyri-ruslara qarşı müxtəlif formalarda təzahür edən çıxışların onun beynəlxalq nüfuzuna nə qədər zərbə vurduğunun, nə qədər mənfi çalarlar gətirdiyinin fərqindədir. Eyni zamanda, görünən də odur ki, Rusiya hakimiyyəti prosesləri idarə etməyə çalışır, bu sahədə müəyyən tədbirlər görülür. Bu tədbirlərin effekti də müşahidə olunmaqdadır. Amma müəyyən dairələr tərəfindən illərlə formalaşmış bu tipli qızışdırılmış hadisələri qısa müddətdə dayandırmaq, nəzarət altına almaq və tamamilə idarə etmək də mümkün deyil. Hər halda Rusiyada baş verənlərdən narahatıq, Rusiya hökumətinin bu proseslərlə bağlı gördüyü tədbirləri diqqətlə izləyirik. Düşünürük ki, bu addımlar tezliklə effekt verəcək”.
Nəticə etibarilə qeyd etmək lazımdır ki, bütün bu proseslər Rusiya və Azərbaycanın ortaq maraqlarına ziddir. Bu hal, eyni zamanda, hər iki ölkənin milli maraqlar ətrafında birləşmiş dairələri tərəfindən narahatlıq və narazılıq hissi ilə qarşılanmaqdadır.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxSiyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58

