“Hindistanda siqhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar”
17.01.2026 [11:45]
Bakıda BTQ-nin təşkilatçılığı ilə beynəlxalq konfrans keçirilib
Yanvarın 16-da ölkəmizdə ilk dəfə olaraq Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Hindistan hökumətinin etnik azlıqlara qarşı repressiv siyasətinə həsr edilmiş “Hindistanda siqhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” adlı beynəlxalq konfrans keçirilib.
Tədbirdə Pəncab əyalətinin İnsan Hüquqları və Azlıqlar üzrə naziri Rameş Singh Arora və digər rəsmilər, eləcə də siqh icmasının Kanada, Böyük Britaniya və ABŞ-dakı nüfuzlu nümayəndələri, beyin mərkəzlərinin rəhbərləri, xarici universitetlərin insan hüquqları və etnik azlıqlar sahəsində fəaliyyət göstərən alimləri, həmçinin Hindistan hökumətinin repressiv, irqçi və təqib siyasətinin birbaşa qurbanı olmuş şəxslər iştirak edirlər.
Tədbirdə çıxış edən Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov bildirib ki, beynəlxalq hüquqa və insan hüquqları prinsiplərinə tam uyğun şəkildə fəaliyyət göstərən Bakı Təşəbbüs Qrupu qlobal dekolonizasiya hərəkatının beynəlxalq platformasına çevrilib. O bildirib ki, son iki il ərzində təşkilat dünyanın müxtəlif ölkələrində 30-dan çox yüksəksəviyyəli beynəlxalq konfrans keçirib. Bu konfranslar siyasi liderləri, alimləri, hüquq mütəxəssislərini, müstəqillik hərəkatlarının nümayəndələrini, vətəndaş cəmiyyəti institutlarını və BMT-nin xüsusi məruzəçilərini bir araya gətirib. Eyni zamanda, BTQ indiyədək dörd kitab nəşr etdirib, həmçinin BMT qurumlarına bir neçə alternativ hesabat təqdim edib. Bildirib ki, BTQ bununla yanaşı, Afrika Mənşəli İnsanlar üçün Beynəlxalq Onilliyin icrasına həsr olunmuş əsas çağırışları və bu qrupların hüquqlarının qorunmasının, onların tanınmasının və inkişafının təşviqi üzrə tövsiyələri əks etdirən əhatəli hesabatı BMT-yə təqdim edib. Həmin hesabat BMT Baş katibinin 2025-ci il üzrə Afrika Mənşəli İnsanlar üçün Beynəlxalq Onilliyin həyata keçirilməsinə dair Fəaliyyət Proqramı haqqında məruzəsində xüsusi olaraq qeyd edilib.
O da qeyd olunub ki, BTQ 20-dən çox ölkə və dənizaşırı ərazi ilə əməkdaşlıq əlaqələri qurub, 25-dən artıq təşkilat və beynəlxalq institutla tərəfdaşlıqlar formalaşdırıb.
Konfransda Hindistan hökumətinin siqhlərə və digər etnik azlıqlara qarşı sistemli irqi ayrı-seçkilik, zorakılıq və repressiv siyasəti, xüsusilə BMT-nin “Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt”, “İrqçiliklə Mübarizə üzrə Beynəlxalq Konvensiya” və “İşgəncələrə qarşı Konvensiya” üzrə öhdəliklərinin etnik azlıqlara münasibətdə kobud şəkildə pozulması məsələləri müzakirə olunub. Real vəziyyətin beynəlxalq təşkilatların gündəliyində saxlanması və müvafiq qərarların qəbul olunması, xüsusilə BMT-nin İnsan Hüquqları Komitəsi tərəfindən Hindistanda etnik azlıqların pozulmuş hüquqları, məhkəmə qərarları olmadan icra edilmiş edamların araşdırılması, eləcə də BMT-nin xüsusi məruzəçiləri tərəfindən hüquq pozuntularının sənədləşdirilməsi və beynəlxalq monitorinqə çıxarılması imkanları ətrafında müzakirələr aparılıb. Beynəlxalq və yerli qeyri-hökumət təşkilatları və akademik çevrələrin bu prosesdə rolu, onların hazırladığı hesabatların, hüquqi rəylərin və tövsiyələrin beynəlxalq qərar qəbuletmə mexanizmlərinə təsir imkanları müzakirə olunub.
Pəncab Əyalətinin İnsan Hüquqları və Azlıqlar üzrə naziri Rameş Singh Arora bildirib ki, bu günün əsas tələblərindən biri Hindistanda baş verənləri dəqiq və obyektiv şəkildə işıqlandırmaqdır. Söhbət Hindistanda cinsi və digər azlıqlara qarşı yönəlmiş irqçilikdən, zorakılıqdan gedir. O bildirib ki, Hindistandakı siqh icması üçün 1980-ci illərdə baş verənlər olduqca acı və üzücüdür. O eyni zamanda, tədbirin təşkilinə görə Bakı Təşəbbüs Qrupuna təşəkkür edib: “Bu gün burada Kanada, Böyük Britaniya, Avropa və Pakistandan olan siqh diasporunun nümayəndələri iştirak edirlər. Biz Hindistanda insan hüquqları sahəsində baş verənləri, xüsusilə siqh icmasının, eləcə də digər azlıqların - müsəlmanların, dalitlərin və xristianların üzləşdiyi problemləri müzakirə etmək üçün toplaşmışıq. Son dövrlərdə Hindistanda baş verən hadisələrə nəzər saldıqda, Kəşmir və Qucaratda müsəlmanların, eləcə də xristianların ciddi təzyiqlərə məruz qaldığını görürük. Təkcə son Milad bayramı zamanı ölkədə 700-dən çox insident qeydə alınıb”.
Siqh Federasiyasının sədri Bual Moninder Singh deyib ki, mövzu siqh icmasına qarşı zorakılıqdır. Bu yalnız Hindistanla əhatələnmir. Hindistan bu zorakılığı indi digər ölkələrə də yaymağa çalışır. Zorakılığın əsas səbəbi siqhlərin Xalistan uğrunda siyasi iradəsini və hərəkatını boğmaqdır. O bildirib ki, konfransda Hindistan dövlətinin tətbiq etdiyi ekstremal zorakılıq diqqətə çatdırılacaq. Bu zorakılıq icmaları təzyiq və əzab altında saxlamaq məqsədi daşıyır.
Qeyd edək ki, qaçan siqh icmasının üzvlərinin böyük əksəriyyəti hazırda Kanada, Böyük Britaniya, ABŞ və Avstraliyada məskunlaşıblar və Hindistanda bu gün də davam edən siyasi repressiyalara qarşı ədalət tələb edirlər. Siqh icması Hindistan hökumətindən 1984-cü il antisiqh qırğınlarının rəsmi olaraq soyqırımı kimi tanınmasını, qanunsuz həbs edilmiş siqh fəalların azadlığa buraxılmasını, Pəncabın muxtariyyətinin genişləndirilməsini və idarəetmədə mərkəzi hökumətin müdaxiləsinin qadağan olunmasını tələb edirlər.
YEGANƏ
Xəbər lenti
Hamısına baxDünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29

