/ / Milli Məclisin deputatı Ağalar Vəliyev: Azərbaycanın son 22 il ərzində qazandığı yüksək nailiyyətlər Prezident İlham Əliyevin uğurlu dövlət siyasətinin parlaq nəticəsidir
Milli Məclisin deputatı Ağalar Vəliyev: Azərbaycanın son 22 il ərzində qazandığı yüksək nailiyyətlər Prezident İlham Əliyevin uğurlu dövlət siyasətinin parlaq nəticəsidir
23.12.2025 [15:43]
Çoxəsrlik tariximizə yazılan Zəfər və Dövlət Suverenliyi günləri Heydər Əliyev siyasətinin təntənəsi, Ulu Öndərin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsinin parlaq nəticəsidir.
2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra İlham Əliyevin rəhbərliyi ilə xalqımız misilsiz nailiyyətlərə imza atmışdır. Ötən dövrdə həyata keçirilmiş ardıcıl və məqsədyönlü siyasi kurs ölkəmizin sürətli və dayanıqlı inkişafını, güclü iqtisadi potensialın formalaşmasını, müasir cəmiyyət quruculuğunu, vətəndaşların rifahını, təhlükəsizlik və müasir ordu quruculuğu kimi məsələlərin səmərəli həllini təmin etmiş, ölkəmizin beynəlxalq nüfuzu yüksəlmiş, dünyada strateji əhəmiyyəti artmışdır.
Son 22 il ərzində qazanılan uğurların ümumiləşdirilmiş ifadəsi İlham Əliyevin adını qalib dövlətin, qalib xalqın qalib Lideri, Müzəffər Ali Baş Komandan kimi Azərbaycan tarixinə torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə yazdırmasıdır.
Bu fikirləri Milli Məclisin deputatı Ağalar Vəliyev KİV-ə açıqlamasında söyləyib.
Millət vəkili bildirib ki, hər bir ölkənin inkişafında iqtisadi amilin rolunu önə çəkən İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını əsas hədəf kimi qarşıya qoymuşdur.
Bu hədəfə nail olmaq üçün bölgələrin potensialından səmərəli istifadənin vacibliyi nəzərə alınmış və regional inkişaf proqramları uğurla icra edilmişdir. Deputat əlavə etmişdir ki, dörd Dövlət Proqramının həyata keçirilməsinin hər bir bölgənin, o cümlədən parlamentdə təmsilçisi olduğu Xaçmaz rayonunun simasının dəyişməsində və infrastrukturunun yenilənməsində mühüm rolu olmuşdur. Təsadüfi deyil ki, bu gün paytaxt Bakı ilə yanaşı, regionlarımız da davamlı inkişafı, müasirliyi, yeniliyi ilə dünyanın diqqətindədir.
Tarixi Zəfərimizin reallıqları yeni sənədlərin qəbulunu bir zərurət kimi ortaya qoymuşdur. Bu baxımdan dövlət başçısının müvafiq Sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təkcə işğaldan azad edilmiş ərazilərimizin deyil, bütün bölgələrimizin inkişafına geniş imkanlar yaradır.
Bu yaxınlarda Milli Məclis tərəfindən qəbul olunan 2026-cı ilin dövlət büdcəsinin fonunda Azərbaycanın sosial-iqtisadi inkişafını önə çəkən millət vəkili diqqətə çatdırıb ki, Ümummilli Lider Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” çağırışı daim dövlətin həyata keçirdiyi siyasətin əsasını təşkil etmişdir.
İqtisadi müstəqilliyin təmin olunmasında Azərbaycanın malik olduğu enerji resurslarından səmərəli istifadə öz sözünü deyir. Ölkəmizin iştirakçısı və təşəbbüskarı olduğu enerji layihələrinin icrasından hər il dövlətin büdcəsinə milyardlarla dollar vəsait daxil olur ki, bu da öz növbəsində sosialyönümlülüyün təmin edilməsinə və önəmli sosial layihələrin icrasına yönəldilir.
Dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığı bugünkü davamlı inkişaf bütövlükdə kompleks tədbirlərin həyata keçirilməsinə əsaslanır.
Suverenliyimizin tam bərpa olunmasının yaratdığı reallıqlar əsasında azad edilmiş ərazilərimizdə geniş vüsət alan bərpa və quruculuq işlərini Azərbaycanın iqtisadi imkanlarının təqdimatı kimi dəyərləndirən Milli Məclisin üzvü qeyd edib ki, bunun bariz təsdiqi Qarabağda və Şərqi Zəngəzurda qısa müddətdə ölçüyəgəlməz işlərin görülməsidir.
Müstəqilliyinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanın qalib dövlət kimi şanlı Zəfərdən, Böyük Qayıdışdan və sülh gündəliyindən qaynaqlanan yeni strateji hədəfləri müəyyənləşdirməsindən bəhs edən parlamentari vurğulayıb ki, bu gün Cənubi Qafqazda söz sahibi olan ölkəmiz regional miqyasda ədalətin, sülhün və əməkdaşlığın təminatçısıdır.
İndi bütün dünya regional liderliyimizi və bölgədə formalaşdırdığımız yeni reallıqları qəbul edir. Son illər ərzində müasir qlobal çağırışların yüksək səviyyədə cavablandırılması, dövlət başçısının mötəbər beynəlxalq tədbirlərdə, dünyanın önəmli liderləri ilə görüşlərdə verdiyi bəyanatlar, xüsusilə cari il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması ölkəmizin Avro-Atlantik məkanda etibarlı tərəfdaş və mühüm strateji mərkəz kimi qəbul olunmasının bariz göstəricisidir.
Ağalar Vəliyev mülahizələrini yekunlaşdıraraq qeyd edib ki, cənab Prezidentin müdrik və uzaqgörən siyasəti sayəsində son 22 ildə qazanılan uğurların miqyası olduqca möhtəşəmdir.
Prezident İlham Əliyevin müəllifi olduğu bugünkü qüdrətli Azərbaycan Ulu Öndər Heydər Əliyevin görmək istədiyi qalib, bütövləşən, yeni Azərbaycandır.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

