Azərbaycanda məhkəmə fəaliyyəti daim təkmilləşir
18.10.2013 [09:18]
Mətbuatda xəbər verildiyi kimi, hakimlərin mütərəqqi seçimi prosesi çərçivəsində çoxmərhələli imtahanları, o cümlədən bir il davam etmiş təlim kurslarını müvəffəqiyyətlə başa vurmuş 72 nəfər hüquqşünas dövlət başçısının Sərəncamı ilə bu ay hakim vəzifələrinə təyin edilib, Ali Məhkəmənin Plenumunda and içməklə fəaliyyətə başlayıb.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, yeni təyin olunmuş hakimlər Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov ilə görüşüblər.
Tədbirdə çıxış edən nazir əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət inkişafı kursunun uğurla davam etdirildiyini, həyata keçirilən dinamik iqtisadi inkişaf, quruculuq işləri, uğurlu xarici siyasət nəticəsində ölkəmizin regionun lider dövlətinə çevrildiyini qeyd edib, məhkəmə sisteminin inkişafı üzrə genişmiqyaslı tədbirləri vurğulayıb. Oktyabrın 9-da yüksək demokratik standartlar çərçivəsində və mütəşəkkil keçirilmiş prezident seçkilərində Azərbaycan xalqı Prezident İlham Əliyevi böyük vətəndaş həmrəyliyi ilə yenidən dövlət başçısı seçməklə hərtərəfli, o cümlədən məhkəmə islahatlarının uğurlu davamına təminat əldə edib.
Qeyd edilib ki, dövlət başçısının məhkəmə fəaliyyətinin təkmilləşdirilməsinə dair tapşırıqlarının icrası üzrə görülən ardıcıl tədbirlər, o cümlədən 300-dən çox yüksək hazırlıqlı hüquqşünasın Avropada ən mütərəqqi qaydalarla seçilib hakim təyin edilməsi, məhkəmə hakimiyyətinin müstəqilliyinin artırılması, korrupsiyaya qarşı mübarizədə səmərəli mexanizmlərin yaradılması, habelə haqlı narazılığa və digər mənfi hallara yol verən 70 hakimin səlahiyyətlərinə xitam verilməsi məhkəmə sisteminin fəaliyyətinə müsbət təsir göstərib.
Həmçinin bildirilib ki, cari ildə hakim kadrlarından səmərəli istifadə üzrə görülmüş tədbirlər nəticəsində bütün yuxarı instansiya məhkəmələri, habelə gənc hakimlərin təyinatı ilə birinci instansiya məhkəmələri demək olar ki, tam komplektləşdirilib. Bu isə hakimlərin iş yükünün azalmasına, nəticə etibarilə, işlərə daha keyfiyyətli baxılmasına, yol verilən süründürməçilik və digər pozuntuların aradan qaldırılmasına səbəb olur.
Gənc hakimlərə fəaliyyətlərində uğurlar arzulayan nazir hakim adının və ləyaqətinin daim uca tutulmasının, bu şərəfli ada xələl gətirə bilən hər cür hərəkətdən çəkinməyin, hakimlərin etik davranış kodeksinin tələblərinə dönmədən və dürüst əməl etməyin vacibliyini vurğulayıb, onların məhkəmə hakimiyyətinə əhalinin inamını əməlləri ilə artıracaqlarına ümid etdiyini bildirib.
Həmçinin yeni təyin olunmuş hakimlərə məhkəmədə işin təşkili, vətəndaşlarla və məhkəmə aparatı işçiləri ilə münasibətlərin düzgün qurulması, habelə statistik hesabatların və təhlillərin aparılmasına dair müvafiq tövsiyələr verilib.
Tədbirdə dövlətimizin siyasi iradəsi ilə məhkəmələrin iş şəraitinin yaxşılaşdırılması üzrə böyük infrastruktur layihələrinin həyata keçirilməsi, o cümlədən ən müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunmuş məhkəmə binalarının istifadəyə verilməsi, yeddi məhkəmə üçün bina və komplekslərin inşasının sürətlə aparılması, 33 məhkəməni əhatə edən belə binaların isə artıq layihələndirilməsi qeyd olunub, yeni hakimlərin fəaliyyətə başlamaları ilə bağlı zəruri iş şəraitinin yaradılması və digər təşkilatı məsələlərə dair müvafiq tapşırıqlar verilib.
İclasda Məhkəmə-Hüquq Şurası və Hakimlərin Seçki Komitəsinin bir sıra üzvləri iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59

