Avropa Şurasının Baş katibi: Ermənistan və Azərbaycan - davamlı sülhə doğru tarixi bir addım
10.08.2025 [12:17]
Vaşinqtonda Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını səmimi qəlbdən alqışlayıram. Bu sənəd iki ölkə arasında uzun illər davam edən münaqişənin yekun həlli istiqamətinə yol açır. Hər iki ölkə 2001-ci ildən bəri Avropa Şurasının üzvləridir və bu addım Cənubi Qafqazda davamlı sülhə doğru tarixi bir mərhələni ifadə edir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Avropa Şurasının Baş katibi Alain Berset bəyanatında qeyd edib.
Baş katib bildirib ki, regionun sabitliyi yalnız Ermənistan və Azərbaycan üçün deyil, həm də qonşu Gürcüstan da daxil olmaqla bütün xalqlar üçün rifah və təhlükəsizlik baxımından həyati əhəmiyyət daşıyır: “Mart ayında hər iki ölkə “Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında” saziş layihəsinin yekunlaşdırıldığını elan etdikdə, bu irəliləyiş məni xüsusilə ruhlandırdı. Həmin vaxtdan bu yana bu mövzu liderlərlə daimi müzakirələrimin əsasını təşkil edib. İlk dəfə bu məsələni keçən il Bakıda COP tədbiri zamanı Prezident İlham Əliyevlə müzakirə etmişdim. Bu ilin aprelində Antalyada keçirilən Diplomatiya Forumunda ikitərəfli görüşümüzdə də məsələ gündəmdə idi. May ayında Tiranada keçirilən Avropa Siyasi Birliyi Sammitində Prezident İlham Əliyevə, eləcə də Baş nazir Nikol Paşinyana, sülhə dəstək mesajımı şəxsən çatdırdım və son olaraq iyulda Yerevana rəsmi səfərim zamanı bunu bir daha vurğuladım”, - deyə bəyanatda bildirilir.
“Onilliklər boyu davam edən etimadsızlıq, ərazi mübahisələri və humanitar çağırışların aradan qaldırılması hər iki tərəfdən çətin, lakin zəruri kompromisləri tələb edir. Biz hər iki ölkəni sülhə doğru atdığı bu mühüm addımı davam etdirməyə təşviq edirik”, - deyə bəyanatda, həmçinin hər iki ölkənin liderləri və vətəndaşları göstərdikləri siyasi iradəyə və cəsarətə görə təqdir olunub.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24

