Bakı-Hanoy: Yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri
18.07.2025 [10:43]
Dünən Hanoy şəhərində Azərbaycan-Vyetnam iqtisadi-ticarət və elmi-texniki əməkdaşlıq üzrə Hökumətlərrası Komissiyanın 3-cü iclası keçirilib. İclasdan əvvəl Vyetnamın sənaye və ticarət naziri Nquyen Honq Dien ilə Azərbaycanın energetika naziri Pərviz Şahbazov arasında görüş olub.
Görüşdə iki ölkənin əməkdaşlıq gündəliyində yer alan aktual məsələlərə dair müzakirələr aparılıb. Hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə keçirilən Hökumətlərarası Komissiyanın iclasında komissiyanın Azərbaycan tərəfdən həmsədri, energetika naziri Pərviz Şahbazov və Vyetnamın sənaye və ticarət naziri Nquyen Honq Dien çıxış ediblər.
17 prioritet istiqamət üzrə “Əməkdaşlıq sahələri” sənədi hazırlanıb
Daim müstəqillik, suverenlik prinsiplərindən çıxış edən Azərbaycan özünün multiregional xarici siyasət kursunda həm yaxın, həm də uzaq coğrafiyalarda yerləşən ölkələrlə münasibətərini qarşılıqlı hörmət və maraqlar əsasında genişləndirməyə çalışır. Belə ölkələrdən biri də Vyetnamdır. Azərbaycanı və Vyetnamı yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirir.
İki ölkənin dostluq münasibətlərinin möhkəmlənməsində qarşılıqlı səfərlərin xüsusi rolu olub. İclasda Azərbaycan və Vyetnam arasında 1959-cu ildə Prezident Ho Şi Minin Bakıya, 1983-cü ildə isə Ümummilli Lider Heydər Əliyevin Vyetnama səfərləri ilə təməli qoyulmuş münasibətlərin bu ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə dövlət səfəri ilə yeni mərhələyə yüksəldiyi vurğulanıb. Energetika naziri Pərviz Şahbazov bildirib ki, bu səfər çərçivəsində qəbul olunan Strateji Tərəfdaşlıq üzrə Birgə Bəyanat və imzalanan sənədlər iki ölkə arasında çoxşaxəli əməkdaşlığın inkişafı üçün yol xəritəsi rolunu oynayır. “Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev bu səfəri böyük siyasi əhəmiyyətə malik hadisə, Birgə Bəyanatı isə olduqca ciddi siyasi sənəd kimi dəyərləndirib. Hökumətlərarası Komissiyaya bu bəyanatın müddəalarını praktiki layihələrə çevirmək, ticarət-iqtisadi əməkdaşlığı fəallaşdırmaq və genişləndirmək, əmtəə dövriyyəsini və qarşılıqlı sərmayələri artırmaq tapşırılıb. Bu məqsədlə, 2025 - 2027-ci illəri əhatə edən, 17 prioritet istiqamət üzrə 58 tədbirin icrasını nəzərdə tutan “Əməkdaşlıq sahələri” sənədi hazırlanıb. Azərbaycan və Vyetnam strateji tərəfdaş olaraq qarşıdakı illərdə bütün bu sahələr üzrə əhəmiyyətli nailiyyətlər əldə etmək əzmindədir”, - deyə nazir əlavə edib.
Ticarət dövriyyəsində müsbət dinamika
Vyetnamın sənaye və ticarət naziri Nquyen Honq Dien çıxışında iki ölkə arasında əməkdaşlıq üçün böyük imkanlar olduğuna xüsusi diqqət çəkib. Bu xüsusda fikirlərini ifadə edən vyetnamlı nazir deyib: “Siyasi və diplomatik əlaqələrimiz sabitdir, enerji sahəsində əməkdaşlığımız isə strateji xarakter daşıyır. Bu əməkdaşlığın dərinləşdirilməsi üçün möhkəm siyasi iradə və liderlər səviyyəsində qətiyyətli dəstək vardır. Cənub-Şərqi Asiyada üçüncü ən böyük iqtisadiyyata malik Vyetnam 115 milyonluq əhalisi və azad ticarət sazişləri çərçivəsində çıxış əldə etdiyi 600 milyon nəfərlik bazarı ilə əməkdaşlıq üçün böyük imkanlar təqdim edir”.
İclasda siyasi, ticarət, investisiya, enerji, nəqliyyat, kiçik və orta sahibkarlıq, turizm, kənd təsərrüfatı, müdafiə sənayesi, mədəniyyət, təhsil və digər sahələr üzrə əlaqələrin cari vəziyyəti nəzərdən keçirilib. Bildirilib ki, ticarət dövriyyəsi bu ilin ilk beş ayında 5,4 faiz artaraq 58,4 milyon dollara çatıb ki, bu da əməkdaşlıqda müsbət dinamikanın göstəricisidir.
Qeyd olunub ki, birgə səylər bu rəqəmin və qarşılıqlı sərmayələrin daha da artırılmasına töhfə verəcək. Enerji sahəsində əməkdaşlığa toxunularaq bildirilib ki, “SOCAR Trading”in Vyetnam bazarında aparıcı spot tədarükçülərdən biri kimi fəaliyyəti, xam neftin tədarükü və Vyetnam neftinin beynəlxalq satışlarında iştirakı bu sahənin əsas istiqamətlərindəndir. Energetika Nazirliyi, SOCAR və müvafiq Vyetnam tərəfdaşları arasında imzalanmış anlaşma memorandumları, eləcə də “ROX Group” ilə bərpaolunan enerji üzrə tərəfdaşlıq sənədi enerji əməkdaşlığını daha da gücləndirəcək.
Nəqliyyat və logistika sahəsində əməkdaşlığın əhəmiyyəti
İclasda həmçinin sənaye artımı və ixrac potensialını dəstəkləmək məqsədilə nəqliyyat və logistika sahəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Bildirilib ki, Orta Dəhliz, Şimal - Cənub və Şərq - Qərb nəqliyyat dəhlizləri çərçivəsində əməkdaşlıq hər iki ölkənin tranzit imkanlarının səmərəli istifadəsini təmin edəcək. Ötən il “Silk Way Airlines” Vyetnamda nümayəndəlik ofisi açıb və yaxın zamanda yükdaşımalar üzrə birbaşa reyslərin başlaması gözlənilir. Bakı-Hanoy marşrutu üzrə sərnişin reysləri “Azərbaycan Hava Yolları”nın inkişaf planlarına daxil edilib.
Qeyd edilib ki, müdafiə sənayesi və kənd təsərrüfatı sahələrində əməkdaşlıq üçün əhəmiyyətli potensial mövcuddur. Mədəni və humanitar sahələrdə isə əməkdaşlıqda artan dinamika müşahidə olunur. Bu ilin aprel ayında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Vyetnama səfəri çərçivəsində keçirilmiş mədəni və xeyriyyə tədbirləri bu istiqamətdə qarşılıqlı marağın bariz nümunəsidir. Gələn həftə Azərbaycanda təşkil olunacaq “Vyetnam Günləri” mədəni əlaqələrin genişlənməsinə xidmət edəcək.
Hökumətlərarası Komissiyanın 3-cü iclasının yekunlarına dair Protokol imzalanıb və 2025-2027-ci illəri əhatə edən Fəaliyyət Planı qəbul edilib.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxTurizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
Gündəm
27 Aprel 14:42
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
Gündəm
27 Aprel 13:13
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47
Dünya
27 Aprel 10:43
Sosial
27 Aprel 10:35
İdman
27 Aprel 10:16

