Radikal müxalifət partiyaları qanunvericiliyi kobud şəkildə pozurlar
13.09.2013 [09:34]
Yeni Azərbaycan Partiyası radikalların qanunsuz olaraq Cəmil Həsənlinin xeyrinə təbliğat aparmaları ilə bağlı MSK-ya müraciət edəcək
Yeni Azərbaycan Partiyası (YAP) Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin Seçki Məcəlləsini kobud şəkildə pozması ilə bağlı faktlar əldə edib.
YAP İcra katibinin müavini, deputat Siyavuş Novruzov APA-ya açıqlamasında bildirib ki, bununla bağlı 1 gün (11 sentyabr) monitorinq keçirib, bu faktları monitorinq nəticəsində aşkar ediblər.
S.Novruzov radikal müxalifətin YAP-ın prezidentliyə namizədi İlham Əliyevin vaxtından əvvəl seçki təbliğatına, seçki kampaniyasına başlaması ilə bağlı həqiqətə uyğun olmayan iddialarına da cavab verib: “Bu, tamamilə əsassız iddiadır. Çünki İlham Əliyev bütün dövrlərdə regionlara səfər edir, sərəncamlar verir, yeni abadlıq işlərinin təməlini qoyur və sair. Cənab Prezident ötən il də, ondan əvvəlki il də eyni qaydada regionlara səfər edib, açılışlarda iştirak edib, yerli sakinlərlə ünsiyyətdə olub. Bu Onun işinin tərkib hissəsidir, mütəmadi fəaliyyətidir və bunun heç birinin seçki kampaniyasına aidiyyəti yoxdur. Biz seçkidən seçkiyə xalqın yanına getmirik, daim xalqla birlikdəyik”.
Millət vəkili bunu iddia edən şəxslərin özlərini əslində seçki kampaniyasına vaxtından əvvəl başlamaqda, Seçki Məcəlləsini kobud şəkildə pozmaqda ittiham edib: “Müxalifət özü təbliğat-təşviqat kampaniyası başlamamışdan qəzetlərdə, saytlarında “Milli şura”nın namizədinin reklamı, kampaniyası ilə məşğul olmağa başlayıb, hansı ki, bu, Seçki Məcəlləsi ilə qadağan olunub. Məcəllənin 75-ci maddəsində aydın göstərilir ki, seçkiqabağı təşviqat seçkiyə 23 gün qalmış başlayır və səsvermənin başlanmasına 24 saat qalmış bitir. Müxalifət isə bunu kobud şəkildə pozur və təbliğat kampaniyası başlamamışdan onlar kampaniyaya başlayıblar. Təkcə sentyabrın 11-də apardığımız monitorinqin nəticələrinə baxın: hələ qeydiyyatdan keçməyən “Milli şura” namizədi Cəmil Həsənli ilə bağlı “Azadlıq” qəzeti və digər qəzetlərdə sırf kampaniya xarakterli başlıqlar onlarladır. Məsələn, “Azadlıq” qəzetinin 11 sentyabr 2013-cü ildə verdiyi yazıları nəzərdən keçirək: Başlıq: “Azadlıq”ın kollektivi Cəmil Həsənlinin kampaniyasına yardım etdi”. Ardınca, “Biz onun kampaniyasına təkcə maddi deyil, bütün imkanlarımızla dəstək verməyi özümüzə borc bilirik”. Digər yazının başlığı: “Tanınmış hüquqşünaslardan Cəmil Həsənliyə dəstək!”, “Məhəmməd Hatəmidən Cəmil Həsənliyə dəstək!”, yaxud “Xalqın Cəmil Həsənli kimi liderə ehtiyacı var” və sair. Bu yazılarda da Cəmil Həsənliyə etimad göstərilməyə çağırışlar edilir. Qəzetdə daha sonra Cəmil Həsənlinin bank hesabını verib kampaniya üçün ianələr yığırlar. Bundan başqa, “Yeni Müsavat” qəzetində sentyabrın 11-də kampaniya xarakterli yazılar yer alır. Məsələn, “Əli Kərimli Cəmil Həsənliyə dəstək üçün çağırış etdi”, yaxud “Tanınmış hüquqşünaslar Cəmil Həsənliyə dəstək verdilər” və sair. Halbuki seçki kampaniyası hələ başlamayıb. Bütün bunlar Azərbaycan Respublikası Seçki Məcəlləsinin 75-ci maddəsinin kobud şəkildə pozulmasıdır. Eyni zamanda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsi ilə həmin şəxslər cəzalandırılmalıdır”.
S.Novruzov qeyd edib ki, YAP bu faktlarla bağlı Mərkəzi Seçki Komissiyasına rəsmi müraciət ünvanlayacaq: “Qoy, MSK-da bu məsələyə baxılsın və xəbərdarlıq olunsun. Qanunvericiliyə hamı əməl etməlidir. Lakin bu gün müxalifət partiyaları, qəzetləri, onların namizədləri, “Milli şura”ya toplaşanlar qanunvericiliyi olduqca kobud şəkildə pozurlar”.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56

