Yeni inkişaf hədəfləri...
20.06.2025 [10:24]
Qalib Azərbaycan Böyük Qayıdışın növbəti mərhələlərini reallaşdırır
Dinamik inkişaf tempinə malik olan Azərbaycan özünün yaxın və uzaq hədəflərini konseptual əsaslarla müəyyənləşdirir. Bu zaman bir sıra fundamental amillər, o cümlədən ölkənin potensialı, mövcud reallıqları, yeni qlobal çağırışlar nəzərə alınır və uğurlu koordinasiya təmin edilir. Prezident İlham Əliyevin 2025-ci il 30 may tarixində imzaladığı “Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması haqqında müvafiq sərəncam bunun növbəti təsdiqidir.
Yeri gəlmişkən, Azərbaycanın 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyasının və ölkənin işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramının hazırlanmasında aidiyyəti dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi məqsədilə müvafiq Komissiya yaradılıb. Bununla bağlı Baş nazir Əli Əsədov sərəncam imzalayıb. “Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsinin hazırlanması üzrə komissiyaya Baş nazir Əli Əsədov rəhbərlik edəcək. Bundan başqa, komissiyanın tərkibində Strategiyanın və Dövlət Proqramının hazırlanması üzrə işçi qruplar yaradılıb və onların tərkibi təsdiqlənib.
İqtisadiyyatda hər il dahaüstün inkişaf mərhələsi...
2020-ci ildə böyük Qələbəmizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra ölkəmiz inkişafının keyfiyyətcə yeni bir mərhələsinə keçid edib. Prezident İlham Əiyevin 2021-ci il 2 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində yeni strateji mərhələnin çağırşları nəzərə alınıb. 2030-cu ilədək olan dövrü əhatə edən indiki strateji mərhələdə respublikamız qüdrətli dövlət və yüksək rifah cəmiyyəti quruculuğunu hədəfləyib.
Hazırda respublikamızda 2022-2026-cı illəri əhatə edən sosial-iqtisadi inkişaf strategiyası uğurla icra olunur və bunun da nəticəsində ölkənin sosial, iqtisadi və institusional inkişafı üçün mühüm zəmin yaranıb. Ayrı-ayrı illər üzrə əldə olunan nəticələr əvvəlki strategiyada ifadə olunan proqnozların tam şəkildə doğrulduğunu əyani şəkildə təsdiqləyir. Respublikamızda artıq ənənə halını alıb - hər il iqtisadiyyat daha üstün inkişaf mərhələsinə keçid edir. 2024-cü ildə Azərbaycanda ümumi daxili məhsul real ifadədə 4,1 faiz artaraq, 121,3 milyard manat proqnoza qarşı 126,3 milyard manat təşkil edib. Ötən ildə adambaşına düşən ÜDM 3,6 faiz artaraq 12,4 min manat olub. Qeyri-neft-qaz sektorunda 6,2 faizlik real artım qeydə alınıb. Fiskal və monetar siyasətlərin sıx əlaqələndirilməsi milli valyutanın mübadilə məzənnəsinin sabitliyini təmin edib. Ölkə əhalisinin gəlirləri əvvəlki ilə nisbətən nominal ifadədə 6,4 faiz artaraq 83,1 milyard manat təşkil edib, hər nəfərə düşən gəlir orta hesabla 8144,1 manata çatıb. Cari ilin əvvəlinə ölkənin valyuta ehtiyatları 71 milyard ABŞ dolları təşkil edib. Ötən il çoxsaylı infrastruktur layihələri, ölkənin sosial-iqtisadi inkişaf strategiyasından irəli gələn tapşırıqlar yüksək səviyyədə icra olunub, habelə sosial islahatlar davam etdirilib, bununla yanaşı fiskal çərçivə də qorunub.
Azərbaycan yeni çağırışlara hazır olmalıdır
Belə möhkəm bazaya istinad edilməklə gələcək üçün daha mühüm hədəflərin müəyyənləşdirlməsi, necə deyərlər, inkişaf çərçivəsinin genişləndirlməsi artıq bir zərurət kimi çıxış edir. Azərbaycan qarşıdakı illərdə daha mürəkkəb çağırışların və zəngin imkanların mövcudluğu ilə seçilən yeni mərhələyə daxil olur. Bu mərhələ qlobal iqtisadi qütbləşmənin dərinləşməsi, texnoloji tərəqqinin sürətlənməsi, eləcə də süni intellekt əsaslı texnologiyaların geniş tətbiqi ilə səciyyələnir. Yeni strategiyanın hazırlanması ölkəmizin ötən illərdə əldə etdiyi sosial-iqtisadi nailiyyətlərin davamlı şəkildə artırılması, bunun üçün özəl, o cümlədən birbaşa xarici investisiyaların cəlbinin genişləndirilməsi, biznes mühitinin əlverişliliyinin yüksəldilməsi, iqtisadiyyatın bilik və texnologiya tutumunun gücləndirilməsi kimi mühüm məqsədləri hədəfləyir. Azərbaycan yeni çağırışlara hazır olmalıdır!
Daha güclü əzmlə Böyük Qayıdış hədəfinə doğru
İkinci Qarabağ müharibəsi başa çatandan sonra ermənilər iddia edirdilər ki, Azərbaycanın işğaldan azad olunmuş əraziləri bərpa etməyə gücü çatmayacaq və yaxud bunun üçün uzun zaman lazım gələcək. Qalib Azərbaycan isə belə iddiaları alt-üst edərək işğaldan azad olunmuş ərazilərin bərpasına vaxt itirmədən başladı. Yeni strateji mərhələdə “Böyük Qayıdış” ökəmizin beş mühüm prioritetindən biri kimi müəyyənləşdirilib. Azərbaycan dövləti Qarabağı cənnətə çevirmək və otuz il ərzində ağır qaçqınlıq və məcburi köçkünlük taleyi yaşamış soydaşlarımızın yurd yerlərinə qayıdışını layiqli şəkildə təmin etmək əzmindədir. Qeyd edək ki, azad ərazilərin quruculuq salnaməsinin ilk konsepsiyası olan “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası ilə bağlı nəzərdə tutulan tədbirlər plan üzrə tam şəkildə icra olunmaqdadır. Ötən dövr ərzində azad edilmiş ərazilərdə, şəhər və kəndlərin yenidən qurulması və bərpası, müasir infrastrukturların yaradılması, elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal və digər zəruri infrastrukturların yenidən qurulması, yaşayış evlərinin tikintisi, həmçinin iqtisadi fəaliyyət sahələri üzrə çoxsaylı layihələr yüksək səviyyədə yerinə yetirilib.
Postmüharibə dövründə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına sərmayə qoyuluşları ölkə üzrə investisiya portfelində xüsusi üstün yer tutub. Ən böyük yatırımlarda paytaxt Bakı şəhəri ilk yerdə dayansa da, azad edilmiş ərazilərdəki rayonlar sonrakı yerləri tutub. Bu rayonlarda 2021-2024-cü illərdə kapital qoyuluşlarının həcmi təxminən 20 milyard manata yaxın olub.
140 min insanın köçürülməsi planlaşdırılır...
Göründüyü kimi, işğaldan azad edilmiş ərazilərdə şəhərlərin və kəndlərin bərpası sürətlə davam etdirilir. Nəhəng vəsait və qüvvə tələb edən bu işləri Azərbaycan öz imkanları hesabına həyata keçirir. “Böyük Qayıdış”a dair I Dövlət Proqramı çərçivəsində Qarabağa və Şərqi Zəngəzura 140 min insanın köçürülməsi planlaşdırılır.
İkinci Dövlət Proqramı isə Böyük Qayıdışın daha geniş miqyas almasını, insanların öz doğma yurdlarına geridönüşünün, məşğulluğunun, sosial rifahının yeni mərhələyə daxil olmasını təmin edəcək. Yeni proqram çərçivəsində ərazilərin bərpası və iqtisadi fəaliyyətə reinteqrasiyası, əhalinin öz yurdlarına qayıdışı, Qarabağ və Şərqi Zəngəzurun böyük inkişaf məkanına çevrilməsi daha geniş miqyasda öz həllini tapacaq.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

