Dost, qardaş və strateji tərəfdaş ölkə
27.05.2025 [10:07]
Azərbaycan və Pakistan daim bir-birini dəstəkləyir
Azərbaycanla Pakistan İslam Respublikası dost və qardaş ölkələrdir. Uzun illərdir ki, ölkələrimiz həm ikitərəfli, həm də müxtəlif platformalar çərçivəsində fəal əməkdaşlıq edirlər.
Hər iki ölkə arasında münasibətlər tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Azərbaycan-Pakistan münasibətlərinin yüksələn xətlə inkişafına həm dövlətlər səviyyəsində qətiyyətli siyasi iradə nümayiş etdirilir, həm də buna cəmiyyətlərimizin böyük istəyi var. Bugünlərdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə telefon danışığında aparılan müzakirələr də bunun göstəricisidir.
Qeyd edək ki, nazirlər arasındakı telefon danışığında Azərbaycan-Pakistan strateji tərəfdaşlığından irəli gələn məsələlər, ikitərəfli, çoxtərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri müzakirə olunub. Mövcud strateji əməkdaşlıq əlaqələri yüksək qiymətləndirilərək, gələcək təmaslar üzrə planlar nəzərdən keçirilib. Telefon söhbəti zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Münasibətlərdə artan dinamika
Xatırladaq ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Diplomatik əlaqələrin əsası isə 1992-ci ilin iyununda qoyulub. Bakıda Pakistan səfirliyi 1993-cü ilin martında açılıb, Azərbaycan İslamabadda öz diplomatik missiyasına 1997-ci ilin avqustunda başlayıb. İki dövlət arasında münasibətlərin inkişafında Ulu Öndər Heydər Əliyev böyük xidmətlər göstərib. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İki ölkənin liderlərinin və yüksəksəviyyəli rəsmilərinin tez-tez Bakıya və İslamabada səfərlər etmələri Azərbaycanla Pakistan arasında münasibətlərin artan dinamikasını təcəssüm etdirir. Azərbaycanla Pakistan arasında siyasi münasibətlər, həmçinin xarici işlər nazirlikləri, digər qurumlar, eləcə də parlamentlər səviyyəsində də davam edir.
2015-ci il martın 11-14-də imzalanan “Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafına böyük töhfə verib. Prezident İlham Əliyevin 2024-cü il iyulun 11-12-sini əhatə edən dövlət səfəri isə Azərbaycan və Pakistan arasındakı strateji tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsi və bütün sahələr üzrə əməkdaşlığın hərtərəfli genişləndirilməsi baxımından tarixi önəm kəsb edir. Eyni zamanda, cari ilin fevral ayında Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfəri də ikitərəfli əlaqələrimizin inkişafında vacib rol oynayır. Bu səfərlər zamanı əməkdaşlığın müxtəlif sahələrini əhatə edən çoxlu sayda sənədlərin imzalanması münasibətlərin yüksək inkişafının göstəricisidir.
Ümumiyyətlə, Azərbaycan və Pakistan arasında çoxşaxəli münasibətlər mövcuddur. Hər iki ölkə bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır. Dövlətlər arasında əməkdaşlıq siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələrdə davamlı olaraq inkişaf edir. Bu dost ölkə keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz qəti mövqeyini də hər zaman bildirib. Belə ki, Pakistan Azərbaycana dəstək vermək və həmrəylik nümayiş etdirməklə bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayıb, onu bir dövlət kimi tanımayıb. Həmçinin, Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Xocalı faciəsini soyqırımı kimi tanıyıb.
Eyni mövqe, etibarlı tərəfdaşlıq
Azərbaycan da bütün məsələlərdə Pakistanın mövqeyini dəstəkləyir. Hər iki dövlət bir çox beynəlxalq platformalarda eyni maraqlardan çıxış edərək öz fəaliyyətlərini koordinasiya edir, bir-birini müəyyən məsələlərdə qeyd-şərtsiz dəstəkləyirlər. İki dost dövlət müdafiə, enerji, infrastruktur layihələrinin icrası, informasiya texnologiyaları, səhiyyə və əczaçılıq, tekstil və farmakoloji preparatlar, xüsusilə bütün mümkün domenlərdə birgə müəssisələrin qurulması və digər sahələrdə əməkdaşlıq edirlər. Eyni zamanda, Heydər Əliyev Fondunun Pakistanda həyata keçirdiyi bir sıra humanitar və xeyriyyə xarakterli layihələr də ölkələrimiz arasında əlaqələrin inkişafına mühüm töhfə kimi dəyərləndirilir. Belə ki, Fond “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində Pakistanda bir neçə məktəbin yenidən qurulmasına dəstək nümayiş etdirib. Bu baxımdan, Pakistanda qızlar üçün yeni məktəbin tikintisi, İslamabadda, eləcə də Pakistanın digər əyalətlərində silsilə humanitar aksiyalar da xeyriyyəçilik tədbirləri sırasında yer alır.
Azərbaycanın bu dost ölkə ilə əməkdaşlığında hərbi amil də hər zaman mühüm rol oynayıb. 44 günlük Vətən müharibəsində Pakistan birmənalı olaraq Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib. Azərbaycan da Kəşmir məsələsində həmişə Pakistanın mövqeyini müdafiə edib. Bu qarşılıqlı dəstək qarşılıqlı əməkdaşlığımızın qardaşlıq xüsusiyyətini əks etdirir. Bütün bunların fonunda ölkəmizin Pakistana güclü daşqınlar səbəbindən maddi yardım etməsi qardaşlığın növbəti bir nümunəsidir. Bu addımı ilə Azərbaycan hər zaman dost ölkənin yanında olduğunu təsdiqləyir. Eləcə də, bu yaxınlarda Hindistan və Pakistan arasında baş vermiş hərbi qarşıdurma zamanı da dövlətimiz rəsmi İslamabada dəstək ifadə edib. Bütün bunlar qarşılıqlı əlaqələrimizin dostluq, qardaşlıq və strateji tərəfdaşlıq prinsipləri əsasında davam etməsinin əyani göstəriciləridir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

