/ / TDT-nin Baş katibi: Budapeştdəki Zirvə görüşü türk əməkdaşlığının artan rolunu nümayiş etdirirdi
TDT-nin Baş katibi: Budapeştdəki Zirvə görüşü türk əməkdaşlığının artan rolunu nümayiş etdirirdi
23.05.2025 [21:59]
Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə keçirilən təşkilatın Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün nəticələri ilə bağlı mətbuata açıqlama verib.
AZƏRTAC xəbər verir ki, Baş katib açıqlamasında TDT-nin üzv dövlətlərinin uzun müddətdir ortaq mədəni və tarixi irslə bir-birinə bağlı olduğunu bildirib. O qeyd edib ki, türk əməkdaşlığının müasir institutlaşması rəsmi olaraq 2009-cu ildə Naxçıvan Sazişinin imzalanması ilə başlasa da, bu əməkdaşlığın təməli hələ 1990-cı illərin əvvəllərində, türkdilli dövlətlərin ilk zirvə görüşlərində qoyulub. Həmin zirvə görüşü gələcək inteqrasiyanın əsasını təşkil edib.
Ötən ilin oktyabr ayında təşkilatın 15 illik yubileyinin Ankarada qeyd edildiyini xatırladan Baş katib bildirib ki, bu qısa, lakin dinamik dövrdə ölkələrarası əməkdaşlıq xarici siyasət və ticarətdən tutmuş rəqəmsal transformasiya, süni intellekt və dayanıqlı inkişafa qədər 35-dən çox sahəni əhatə edəcək qədər genişlənib.
“Həmin dövrə qədər türk əməkdaşlığı çərçivəsində altı əsas qurum fəaliyyət göstərirdi. Bunlar Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY, Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA), Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu (TMİF), Türk Ticarət və Sənaye Palataları Birliyi (TTSB) və yeni yaradılmış Türk İnvestisiya Fondudur. Dövr müddətində BMT, İƏT, ICESCO və digər qurumlarla anlaşma memorandumları imzalanmaqla beynəlxalq təşkilatlarla tərəfdaşlıqlar da fəal şəkildə inkişaf edirdi. Sonuncu Bişkek Zirvəsində dövlət başçıları bir sıra mühüm qərarlar qəbul etdilər ki, bunların əsaslarından biri də o təşkilatın yeni bayrağının təsdiqi oldu.
Təşkilatın dövlət başçılarının sonuncu qeyri-rəsmi Zirvə görüşü mayın 20 və 21-də Macarıstanın Budapeşt şəhərində baş tutdu. İlk dəfə idi ki, müşahidəçi statusuna malik bir dövlət - Macarıstan TDT zirvəsinə ev sahibliyi edirdi. Bu fakt Macarıstanın türk əməkdaşlığında artan rolunu nümayiş etdirirdi. “Şərq və Qərbin görüş nöqtəsi” şüarı altında üzv və müşahidəçi dövlətlərin liderləri əsas prioritet sahələr üzrə əməkdaşlığın dərinləşdirilməsi strategiyalarını müzakirə etdilər. Görüşdə, həmçinin regional və qlobal əhəmiyyətli ortaq məsələlərə toxunuldu”, - deyə Kubanıçbek Ömüralıyev bildirib.
Zirvə görüşünün Budapeşt Bəyannaməsinin imzalanması ilə yekunlaşdıgını xatırladan Baş katib sözlərinə belə davam edib: “Bu sənəd TDT-nin strateji istiqamətini və regional inteqrasiyaya sadiqliyini bir daha təsdiqlədi. Bundan əlavə, liderlər “Özbəkistan Respublikasının Türk Mədəniyyəti və İrsi Fonduna qoşulması haqqında Qərar”ı imzaladılar. Bu, Türk dünyasında mədəni əməkdaşlıq və həmrəyliyin daha da dərinləşməsi baxımından əhəmiyyətli addım oldu. Həmçinin Əfqanıstanla bağlı Bəyanat qəbul edildi ki, bu da üzv dövlətlərin bu məsələdə vahid mövqeyini və koordinasiyalı yanaşmasını nümayiş etdirdi. Eyni zamanda, Təşkilat ölkələrinin xarici işlər nazirləri TDT-nin Macarıstandakı nümayəndəliyinin icraçı direktorunun təyin edilməsi barədə qərar qəbul etdilər. Bu qərar TDT-nin Avropadakı institutlaşmış mövcudluğunu və fəaliyyətini daha da gücləndirdi. Xarici işlər nazirləri, həmçinin “Şimali Kipr Türk Cümhuriyyətinə Türk Akademiyasında müşahidəçi statusunun verilməsi” qərarını da imzaladılar”.
Bildirilib ki, Zirvə görüşü çərçivəsində dünya şöhrətli alim və Nobel mükafatı laureatı professor Aziz Sancara Türk Dövlətləri Təşkilatının “Əlişir Nəvai” adına Beynəlxalq Mükafatı təqdim edilib. Bu mükafat onun elmə verdiyi böyük töhfələri, Türk dünyasının birliyi və kimliyinə sarsılmaz bağlılığını təqdir etmək məqsədilə təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45

