Azərbaycan milli mətbuatının yaranmasının 138-ci ildönümü qeyd edilib
23.07.2013 [10:49]
İyulun 22-də “Min bir gecə” istirahət mərkəzində Azərbaycan milli mətbuatının yaranmasının 138-ci ildönümünə həsr olunmuş mərasim keçirilib.
AzərTAc xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənov mərasimdə çıxış edərək media nümayəndələrini milli mətbuatımızın yaranmasının 138-ci ildönümü münasibətilə təbrik edib, onlara yeni yaradıcılıq uğurları arzulayıb.
Əli Həsənov bildirib ki, bu gün artıq dünyanın müxtəlif ölkələrinin mediası ilə rəqabət aparmaq qabiliyyətinə malik olan Azərbaycanın güclü mətbuatı formalaşıb. Ölkəmizdə çağdaş jurnalistikanın bütün janrları dövrün tələbinə uyğun surətdə inkişaf edərək dünya mediasında özünün layiqli yerini tutmaqdadır.
Prezident Administrasiyasının şöbə müdiri diqqətə çatdırıb ki, bu gün Azərbaycan dövləti özünün media siyasətini və müxtəlif mətbuat orqanlarına münasibətini heç bir fərq qoymadan davam etdirir. Azərbaycan dövləti azad sözə, siyasi plüralizm prinsiplərinə sadiq qalaraq bütün media qurumlarına eyni münasibət sərgiləyir.
Əli Həsənov bir daha xatırladıb ki, milli mətbuatımızın bayramı günündə Azərbaycan Prezidenti İlham Əliyevin jurnalistlər üçün inşa edilmiş yeni binanın açılış mərasimindəki nitqi, dövlətimizin başçısının media mənsubları ilə görüşündə mətbuatımızın bu günü və sabahı ilə bağlı söylədiyi fikirlər bu reallığı bir daha ortaya qoyub. Jurnalistlərin Azərbaycanın dövlət başçısı ilə görüşündə çağdaş mediamızın vəzifələri, onu fərqləndirən xarakterik xüsusiyyətlər, dövlət və jurnalistika, mətbuat orqanlarında çalışanların peşəkarlıq səviyyəsi, jurnalistika və vətənpərvərlik, cəmiyyətin informasiya təminatı ilə bağlı son dərəcə aktual məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Prezident Administrasiyasının rəsmisi deyib ki, dövlətimizin başçısı İlham Əliyevin yeni binanın istifadəyə verilməsi mərasimindəki dərin məzmunlu nitqi, dəyərli tövsiyələri 138 illiyini qeyd edən Azərbaycan mətbuatının gələcək inkişaf istiqamətlərini müəyyənləşdirdi. Həmin tədbirdə çağdaş Azərbaycan jurnalistikasının 156 nümayəndəsinin Prezidentin müvafiq Sərəncamı ilə tikilmiş binadan mənzil alması faktı ölkəmizdə mətbuata dövlət qayğısının ən bariz nümunəsindən biri kimi tarixə düşəcək.
Şöbə müdiri vurğulayıb ki, Ulu öndər Heydər Əliyev 15 il bundan əvvəl senzuranı ləğv etməklə, Azərbaycanın müstəqil mediasında azad sözün, siyasi plüralizmin dairəsini genişləndirib, bununla da çağdaş mətbuatımızın tarixinə öz adını qızıl hərflərlə yazıb.
Əli Həsənov, eyni zamanda, xatırladıb ki, Ulu öndərin siyasi xətini uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycan dövlətinə başçılıq etdiyi son 10 ildə mətbuatın inkişafını daim diqqət mərkəzində saxlayıb. Prezidentin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 2008-ci ildə mətbuata Dövlət Dəstəyi Konsepsiyasının hazırlanması və bu mühüm sənədə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması və onun səmərəli fəaliyyəti Azərbaycan hakimiyyətinin mediaya gündən-günə artan diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirilməlidir.
Mətbuat Şurasının sədri Əflatun Amaşov da çıxışında Azərbaycan mətbuatının keçdiyi çətin və şərəfli tarixi yola nəzər salıb, “Əkinçi” qəzetinin xalqımızın həyatında oynadığı rolu qeyd edib.
Sonra Mətbuat Şurasının təsis etdiyi “Ali media mükafatı” sahiblərinə təqdim olunub.
Mərasimdə çıxış edən Türkiyə Qəzetçilər Federasiyasının sədr müavini Mehmet Ali Dim qardaş ölkələrimiz arasında digər sahələrdə olduğu kimi, mətbuat sahəsində də əməkdaşlığın inkişaf etdiyini vurğulayıb. O, ölkəmizdə bu sahədə əldə olunan uğurları yüksək qiymətləndirib.
“Bakcell” şirkətinin baş icraçı direktoru Riçard Şirer əlamətdar gün münasibətilə jurnalistləri təbrik edib və bu qurumun mükafatları media nümayəndələrinə təqdim olunub.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev şirkət rəhbərliyinin jurnalistlərə təbrikini çatdırıb və Mətbuat Şurasının sədri Əflatun Amaşova hədiyyə təqdim edib.
Daha sonra çıxış edən Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli son illər ölkəmizdə medianın inkişafı istiqamətində görülmüş işlərdən danışıb.
V.Səfərli milli mətbuatın 138-ci ildönümü ilə əlaqədar keçirilən jurnalistlərin fərdi yazı müsabiqəsinin nəticələri barədə məlumat verib. Bildirib ki, müsabiqəyə 92 jurnalistin yazısı təqdim olunub. Bu yazılar Fondun müəyyənləşdirdiyi ekspertlər tərəfindən qiymətləndirilib. Yazı müəlliflərinin siyahısı ekspert rəyləri ilə birgə Müşahidə Şurasının üzvlərinə təqdim edilib. Sənədlər ətrafında müzakirə aparan Müşahidə Şurasının üzvləri ekspert rəylərini əsas götürərək, 45 jurnalistin müsabiqənin qalibi, 15-nin isə həvəsləndirici mükafatla təltif edilməsi barədə qərar qəbul ediblər.
Sonra müsabiqə qaliblərinə Fondun mükafatları təqdim edilib.
Tədbir konsert proqramı ilə başa çatıb.
Xəbər lenti
Hamısına baxDünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42

