Atəşkəs, yoxsa müharibə?
09.03.2025 [09:18]
Tramp ilə Putin arasında telefon danışığı gözlənilir. ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff CNN-ə açıqlamasında bildirib ki, iki ölkənin prezidentləri telefon danışığında ikitərəfli diplomatik-siyasi münasibətlərin bərqərar olunması, qlobal dünyada baş verən proseslər, xüsusilə Ukraynadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparacaqlar. Artıq bir çox ekspertlər iddia edirlər ki, Vaşinqton və Moskva Ukrayna məsələsində ortaq məxrəcə gəliblər - onların fikrincə, yaxın zamanda Rusiya ilə Ukrayna arasında atəşkəs sazişi imzalana bilər. Ekspertlər, həmçinin qeyd edirlər ki, birinci mərhələ başa çatdıqdan sonra Vaşinqtonun vasitəçiliyi ilə Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə sülh danışıqları prosesi başlayacaq.
Qərb narahatdır
ABŞ-ın “Times” qəzeti qeyd edir ki, əgər Kreml Vaşinqtonun atəşkəs sazişi təklifinə müsbət cavab verməzsə, Tramp pis vəziyyətdə qalacaq. Çünki Tramp buna qədər atəşkəsə məhz Kiyevin əngəl yaratdığını, Moskvanın isə atəşkəsdə maraqlı olduğunu qeyd edirdi. Qəzet yazır ki, ABŞ beynəlxalq ictimaiyyət qarşısında məyus olmamaq üçün Rusiyanı hər hansı yolla atəşkəsə razı salmalıdır.
Artıq Tramp bu məsələdə Moskvaya xəbərdarlıq edib - o,bildirib ki, Rusiyaya qarşı çox ciddi tədbirlər görülə bilər: “Mən Rusiya üçün çox pis olacaq maliyyə sövdələşmələri edə bilərəm. Mən Rusiya iqtisadiyyatına ağır zərbələr vura bilərəm. Rusiya bunun fərqinə varmalıdır”. Tramp onu da bəyan edib ki, Rusiya atəşkəsə razı olarsa, Ukraynadakı müharibə tez bir zamanda sona çatacaq.
Rusiya tərəfi isə Trampın atəşkəs planını nəzərdən keçirəcəyini bildirib. Rusiyanın Britaniyadakı səfiri Andrey Kelin Qərb mətbuatına açıqlamasında deyib ki, Moskva Vaşinqtonun təklifinə ehtiyatla yanaşır. “Biz Amerikanın atəşkəslə bağlı təklifini nəzərdən keçirəcəyik. Lakin biz hərbi əməliyyatları yalnız tam, hərtərəfli razılaşma əldə etdikdən sonra dayandıracağıq. Rusiya Federasiyası dəfələrlə bəyan edib ki, müvəqqəti atəşkəs vəziyyəti həll etmək üçün variant deyil. Biz buna çox ehtiyatla yanaşırıq,” - deyə A.Kelin vurğulayıb. Rusiya Dövlət Dumasının üzvləri Moskvanın ABŞ-ın Rusiya Federasiyanın iqtisadi, enerji və bank sektoruna sanksiyaları ləğv edəcəyi təqdirdə atəşkəsə razı olacağını bildiriblər. Mark Rubio isə sanksiyaların ləğvinin yalnız Rusiya atəşkəsə getdikdən və sülh danışıqları masası arxasına oturduqdan sonra mümkün olduğunu qeyd edib. ABŞ Dövlət katibi Ukrayna ilə bağlı ABŞ-Rusiya təmaslarının ümidverici olduğunu desə də, Moskvaya xəbərdarlıq mesajı göndərib: “Əgər Rusiya tərəfi atəşkəsə razılaşmasa, Vaşinqton Ukraynaya dəstəyi artıracaq. Ukraynanı silahlarla təchiz etməyə davam edəcəyik”.
Məsələ ilə bağlı politoloq İlyas Hüseynov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Tramp hər vəchlə Rusiya ilə Ukrayna arasındakı müharibəni bitirməyə çalışır. “İlk növbədə vurğulayım ki, Rusiya ilə Ukrayna arasında atəşkəsin təmin olunması Tramp administrasiyasının siyasi gündəliyində ilkin prioritetdir. Trampın gündəlik iş qrafik???? əhəmiyyətli hissəsi, demək olar ki, Ukraynadakı müharibənin dayandırılmasına yönəlib. Tramp ilə Putin arasında keçirilən telefon danışıqlarında əsas müzakirə predmetləri ABŞ-Rusiya münasibətləri və Ukraynadakı müharibə olub. Önümüzdəki günlərdə iki dövlət rəhbəri arasında keçiriləcək telefon danışıqlarında da bu məsələlər ətraflı müzakirə olunacaq. Ukraynadakı vəziyyətə daha çox diqqət ayrılacaq”.
Atəşkəs əldə olunacaqmı?
Politoloq vurğulayıb ki, hazırki durumda hər iki tərəfin atəşkəsə ehtiyacı var: “Hazırda Rusiya və Ukrayna orduları arasında aktiv döyüş əməliyyatları gedir. Son zamanlar Rusiya həm Ukraynada öz mövqeyini möhkəmləndirib, həm də Kursk cəbhəsində üstünlüklər əldə edib. Kiyev Kurskdakı Ukrayna ordusunun mühasirəyə düşməsi və hərbi kontigentin tam olaraq məhv edilməsi, eyni zamanda daha çox ərazi itirmək təhlükəsi ilə üz-üzə qalıb. Bu səbəbdən atəşkəs Ukrayna üçün lazımdır. Rusiyaya gəlincə, Moskva da müharibənin bitməsində maraqlıdır. Hesab edirəm ki, Moskva Vaşinqtonun atəşkəs təklifinə razı olacaq. Ona görə ki, bu gün Rusiya ilə Qərb arasında diplomatik-siyasi və iqtisadi-enerji münasibətlərinin bərpa olunması, sanksiyaların aradan qaldırılması və Rusiyanın xammal ehtiyatlarının Qərb bazarına daşınması və ölkəyə valyuta ehtiyatlarının axın etməsi Kreml üçün xüsusi əhəmiyyət kəsb edir. Rusiya öz iqtisadiyyatının daha ağır itkilərlə üzləşməsini istəmir. Bu iki faktora nəzər yetirdikdə, yaxın zamanda atəşkəsin elan olunması ehtimalı özünü doğrulda bilər”.
Atəşkəsdən sonra nə baş verəcək?
İ.Hüseynovun sözlərinə görə, post-müharibə dövründə ABŞ-ın Ukraynanın təhlükəsizliyinə zəmanət verməsi gündəmin əsas mövzusu olacaq: “Zelenski hakimiyyəti atəşkəsin elan olunması müqabilində ABŞ-dan təhlükəsizlik zəmanətləri istəyəcək. Sözsüz ki, Vaşinqton da Kiyevə təhlükəsizlik təminatları verəcək. Atəşkəs elan olunduqdan sonra Ukrayna ərzisində min kilometrə yaxın olan təmas xətti qurulacaq. Bu təmas xəttində hər an atəşkəs pozula bilər. Bir məqamı da vurğulayım ki, atəşkəs müddətində sülh danışıqlarının aparılması çox önəmlidir. Bu danışıqlara Səudiyyə Ərəbistanı və Türkiyə, hətta Azərbaycan da ev sahibliyi edə bilər”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

