Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkilərinin ilkin nəticələrini açıqlayıb
30.01.2025 [01:06]
Yanvarın 29-da Azərbaycanda mövcud olan 685 bələdiyyəyə seçkilər keçirilib. 685 bələdiyyəyə 8071 üzv seçilməli idi və bu bələdiyyələr Azərbaycanda mövcud olan 125 dairənin 118-nin ərazisini əhatə edib. Gün ərzində seçicilərin fəallığı ilə bağlı ictimaiyyətə beş dəfə məlumat verilib. Yekunda 1 milyon 874 min 810 nəfər səsvermədə iştirak edib ki, bu da ümumi seçicilərin 31,45 faizini təşkil edir. Ümumiyyətlə, bütün dairələrdə seçkilər normal keçib, gün ərzində Mərkəzi Seçki Komissiyasına seçkilərin nəticəsinə təsir edə biləcək heç bir məlumat daxil olmayıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bələdiyyə seçkilərinin ilkin nəticələri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
Ümumiyyətlə, Mərkəzi Seçki Komissiyasına və “qaynar xətt”ə heç bir şikayətin daxil olmadığını vurğulayan M.Pənahov bütün məntəqələrin vaxtında – saat 08:00-da açıldığını və 19:00-da bağlandığını bildirib. Qeyd edib ki, məntəqələrdə olan seçicilərin hamısı azad, sərbəst şəkildə səs verdikdən sonra artıq seçkilərə yekun vurulub və məntəqə seçki komissiyasının protokolları Seçki Məcəlləsinin tələbinə uyğun olaraq müşayiətlə dairə seçki komissiyasına çatdırılıb. Sonra isə həmin nəticələr Mərkəzi Seçki Komissiyasının internet səhifəsində yerləşdirilib.
Diqqətə çatdırılıb ki, bələdiyyə seçkiləri keçirilən 118 dairə seçki komissiyasının hamısından, həmçinin 4872 seçki məntəqəsindən, yəni, ümumi məntəqələrin 83,34 faizindən məlumatlar artıq MSK-nın internet səhifəsində yerləşdirilib. Ümumilikdə 660 bələdiyyədən məlumatlar daxil olub. Lider namizədlərin sayı isə 7791 nəfərdir. Ümumilikdə bu vaxtadək tam formalaşmış bələdiyyələrin sayı 413-dür. Bu da ümumi bələdiyyələrin 60,29 faizini təşkil edir. Bu, çox yüksək göstəricidir.
Məzahir Pənahov əlavə edib ki, aşağı seçki komissiyaları öz vəzifələrinin öhdələrindən qısa müddətdə çox yüksək səviyyədə gəliblər. Qalan cüzi məlumatlar daxil olduqca MSK-nın internet səhifəsində yerləşdiriləcək.
“Dairə seçki komissiyalarının protokolları yanvarın 30-dan etibarən MSK-ya daxil olmağa başlayacaq. Bundan sonra biz ilkin protokol məlumatları əsasında ictimaiyyəti nəticələrlə tanış edəcəyik”, - deyə Məzahir Pənahov vurğulayıb.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

