Hulusi Kılıç: Fransa regionda qarşılıqlı faydalı münasibətlərin formalaşmasına mane olur
03.01.2025 [08:33]
Şuşa Bəyannaməsinin imzalanması ilə Azərbaycan və Türkiyənin formalaşdırdığı status-kvo Fransa və onun tərəfdaşları arasında açıq-aşkar narahatlıq doğurur. Cənubi Qafqazda sülhə maksimum ziyan vurmağa çalışan Paris İrəvanı fəal şəkildə silahlandırır, eyni zamanda Zəngəzur dəhlizi də daxil olmaqla nəqliyyat kommunikasiyalarının açılmasına yönəlmiş istənilən təşəbbüsü tənqid edir.
Bu fikri AZƏRTAC-a müsahibəsində Türkiyənin Azərbaycandakı keçmiş səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyədəki nümayəndəsi Hulusi Kılıç söyləyib.
Onun sözlərinə görə, Fransa Azərbaycan və Ermənistan arasında sülh sazişi üzrə danışıqlara müdaxiləyə cəhd etməklə, regionda qarşılıqlı faydalı münasibətlərin formalaşmasına mane olur.
“Bakının düşmənləri 44 günlük Vətən müharibəsinin nəticələrini, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi qələbəni hələ də qəbul edə bilmirlər. Məhz buna görə də, Qərbdə ermənilər tərəfindən maliyyələşən dairələr dönə-dönə şər-böhtan kampaniyaları aparırlar”, - deyə o, vurğulayıb.
Parisin qərəzliliyinə misal olaraq “İMZA” ictimai birliyinin nümayəndəsi Fransa hakimiyyətinin Azərbaycanda keçirilən COP29 sammitinə münasibətini göstərib. O xatırladıb ki, Fransanın ekologiya naziri Anyes Panye-Rünaşe iqlim gündəliyi ilə bağlı qlobal müzakirələrdə iştirak etməli idi.
“Parisdə başa düşürdülər ki, qlobal iqlim sammitində iştirak Fransanı özünün yaratdığı ekoloji problemlərə görə cavab verməyə məcbur edərdi. Müstəmləkəçilikdən əziyyət çəkən xalqların hüquqlarının pozulmasının yolverilməzliyi ilə bağlı Bakının açıq-aydın mövqeyi də öz təsirini göstərdi. Nəticədə, Fransa hakimiyyəti uydurma bəhanələrlə BMT-nin ətraf mühitin mühafizəsi sammitində iştirakdan imtina etdi”, – deyə Türkiyənin keçmiş səfiri bildirib.
O qeyd edib ki, Fransa mətbuatı hakimiyyətin göstərişi ilə hərəkət edərək, Azərbaycan əleyhinə təbliğat aparmağa, Azərbaycana qarşı açıq təhdidlər və COP29-u boykot etmək çağırışları dərc etməyə başladı. “Azərbaycanla bağlı isterika sistemli xarakter daşıyırdı, məqsəd qlobal iqlim sammitinə ev sahibliyi edən ölkənin imicinə maksimum ziyan vurmaq və COP29-da iştirakçıların sayını minimuma endirmək idi”, - deyə H.Kılıç vurğulayıb.
Keçmiş səfir diqqətə çatdırıb ki, Fransa hakimiyyəti öz hərəkətləri ilə beynəlxalq münasibətlərin hamılıqla qəbul edilmiş prinsiplərinə açıq-aşkar məhəl qoymayaraq, Azərbaycanda iqlim sammitinin keçirilməsi barədə qərarın yekdilliklə qəbul edilməsi faktını görməməzlikdən gəlir.
“BMT-nin də mövqeyi təəssüf doğurur, onlar rəsmi Bakıya adekvat dəstəklə çıxış etmədilər. “Uzun illərin təcrübəsi olan diplomat və keçmiş səfir kimi birmənalı şəkildə bildirə bilərəm ki, BMT Parisin hərəkətlərinə tam başqa cür reaksiya verməli idi. Hansı struktur Fransanın xaricdəki ərazilər də daxil olmaqla qanunsuz hərəkətlərini açıq şəkildə tənqid edib? Bu, ikili standartlardır!”, - deyə H.Kılıç xüsusi vurğulayıb.
Eyni zamanda o, əminliklə bildirib ki, heç bir Avropa ölkəsi Azərbaycan qədər yüksək səviyyədə iqlim sammitini təşkil edə bilməzdi.
Kılıç Qərbdə antiazərbaycan dairələrinin fəallaşmasını erməni separatçılarının və terrorçularının tezliklə məhkəməsinin keçirilməsi ilə də əlaqələndirib. “Erməni separatçılarını və terrorçularını ədalət mühakiməsindən yayındırmağa çalışanlar, vicdan əzabı çəkmədən özlərini demokratik dövlətlərin nümayəndəsi kimi təqdim edirlər. Bakının əleyhdarları erməni lobbisinin təhriki ilə terrorçu liderlərin etiraflarını “unudurlar”, həmin etiraflarda onlar Gəncəyə raket zərbələri ilə bağlı göstərişləri şəxsən verdiyini bildirirlər. “İkili standartlar” və ayrı-ayrı dövlətlərin, bizim çox gözəl tanıdığımız, əsl siması göz qabağındadır”, - deyə keçmiş səfir vurğulayıb.
Keçmiş səfir vurğulayıb ki, Prezident İlham Əliyevin və Azərbaycan hökumətinin siyasətinin uğurlarının mənbəyi Ümummilli Lider Heydər Əliyevin qoyduğu kurs ətrafında birləşən xalqın dəstəyidir.
“Əminəm ki, Azərbaycan güclü və uğurlu liderin rəhbərliyi ilə qarşıya qoyduğu bütün məqsədlərə nail olacaq. Bakının türk xalqı və Prezident Rəcəb Tayyib Ərdoğan timsalında güclü müttəfiqi var. Gələcək Türk dünyası və Türk Dövlətləri Təşkilatınınıdır”, - deyə H.Kılıç bildirib.
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59

