İcma ABŞ səfirliyinə səsləndi...
18.12.2024 [09:41]
Rəsmi Vaşinqton Qərbi azərbaycanlıların qayıdışına niyə dəstək vermir?
QAİ Antoni Blinkeni məktuba cavab verməyə çağırıb
Hazırda beynəlxalq münasibətlər sistemində dərin böhran mövcuddur. Bu gün dünyada beynəlxalq nizam pozulub, beynəlxalq hüquq normaları işləmir. Belə olan halda bir sıra hegemon dövlətlər digər xalqlara münasibətdə öz maraqları baxımından yanaşırlar. Qərbin və onun təsir dairəsində olan beynəlxalq təşkilatların geosiyasi ambisiyalara söykənən maraqları da dünyada ciddi təhdidlər yaradır. Həmin dairələrin yanaşmasında özünü göstərən başlıca tendensiyalardan biri də ikili standartlara əsaslanan mövqedir. Bu baxımdan, bəzi Qərb dövlətləri, xüsusilə ABŞ “öndə” gedir.
ABŞ-ın ədalətsiz mövqeyi
Məlumdur ki, ərazi bütövlüyünü və suverenliyini öz gücünə bərpa edən Azərbaycan dövləti Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb. Bu amil, həm də dövlətimizin beynəlxalq münasibətlər sistemində nüfuzunu və mövqelərini gücləndirir. Təəssüf doğuran hal odur ki, Azərbaycan BMT Nizamnaməsinə uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra ABŞ da daxil olmaqla bir sıra Qərb ölkələri ölkəmizə qarşı qərəzli mövqe sərgiləyir.
Ötən il Qarabağda antiterror tədbirləri nəticəsində erməni separatizminin kökü kəsildikdən sonra ABŞ tərəfindən ölkəmizə qarşı ədalətsiz addımlar daha da artıb. Həm Konqres, həm də Dövlət Departamenti səviyyəsində verilən bəyanatlar, keçirilən dinləmələr və s. bunun göstəricisidir. Eləcə də, Azərbaycanda keçirilən COP29 ərəfəsində və sonra da əsassız hücumlar olub. Bir neçə gün öncə isə ABŞ-ın ölkəmizdəki səfiri tərəfindən guya mediaya və vətəndaş cəmiyyətinə təzyiqlərlə bağlı fikirlər səsləndirilib. Həmçinin, bugünlərdə dövlət katibi Antoni Blinken Vaşinqtonda hansısa mükafatlar təqdim edərkən Azərbaycanı hədəfə alıb. Azərbaycanın Xarici İşlər Nazirliyi isə Antoni Blinkenin ölkəmizdə insan hüquqları və azadlıqlarının qorunması ilə bağlı mövcud vəziyyəti təhrif edən, məhkəmə-hüquq prosesinə müdaxilə məqsədli qərəzli bəyanatını pisləyib. “Təəssüf ki, son 4 il ərzində dövlət katibi Blinkenin rəhbərlik etdiyi ABŞ Dövlət Departamentinin Azərbaycanın daxili işlərinə müdaxilə ilə məşğul olması səbəbindən, sözügedən dövr bir çox dönəmlərdə dostluq və əməkdaşlıq ilə yadda qalan Azərbaycan-ABŞ münasibətləri üçün itirilmiş illər kimi qiymətləndirilir. Antoni Blinken tərəfindən ölkəmizdə insan hüquqları ilə bağlı mövcud vəziyyətə münasibətdə ikili standartlar mövqeyindən çıxış edilməsinin ABŞ-ın bütövlükdə Cənubi Qafqaz siyasətini iflic vəziyyətinə gətirməsi hər kəsə yaxşı məlumdur. Ümidvarıq ki, yeni ABŞ administrasiyası dövründə Azərbaycan və ABŞ arasında qarşılıqlı dostluq və tərəfdaşlıq münasibətləri yenidən bərpa olunacaq”, -deyə qeyd olunub.
Səfir Libbi nəyi inkar edir?
Bunu ardınca ABŞ-ın ölkəmizdəki səfiri Mark Libbi Vaşinqtonun Bakıya münasibətdə qeyri-dost münasibətini inkar edib. O, Azərbaycanın müstəqillik illəri ərzində iki ölkə arasındakı əməkdaşlığa yüksək qiymət verib və gələcək üçün onların böyük potensialını qeyd edib: “Azərbaycan əvəzsiz regional nəqliyyat və logistika mərkəzinə çevrilmək üçün yaxşı mövqedədir. Biz Azərbaycanın rifahının növbəti mərhələsinin inkişafına dəstək olmaq üçün, xüsusən də bu sektorlarda daha çox ticarət nümayəndəlikləri gətirməyi planlaşdırırıq”.
Lakin diplomat cəmiyyətimiz tərəfindən etiraz doğuran məsələlərə aydınlıq gətirməyib. Burada söhbət ABŞ-da müxtəlif dairələrin erməni separatçılarına verdiyi dəstək, o cümlədən Qarabağ erməniləri ilə bağlı əsassız iddiaları, bütün bunların müqabilində Ermənistandan qovulmuş azərbaycanlıların taleyi ilə susqunluğudur. ABŞ-ın ölkəmizdəki səfirliyi Ermənistanda azərbaycanlıların mədəni irsinin qorunması ilə bağlı Vaşinqtonun mümkün addımlarına dair Azərbaycan mediasının sualına cavab verməyib, sadəcə, bu ölkənin işğaldan azad edilmiş ərazilərimizdə hansısa layihələr təklif etdiyini xatırlatmaqla kifayətlənib. Bu azmış kimi, ABŞ səfirliyi yaydığı açıqlama ilə ictimaiyyəti yanıltmağa cəhd edib.
İcma ABŞ-ın mövqeyindən təəssüflənir
Məsələ ilə bağlı Qərbi Azərbaycan İcması bəyanat verib. Bəyanatda deyilir: “Hesab edirik ki, səfirlik özünün cavabının tonu ilə, o cümlədən media subyektlərinin sualını “aldadıcı” kimi dəyərləndirməklə ABŞ-ın hər zaman vurğuladığı “söz azadlığı”, “fikir müxtəlifliyi” prinsiplərinə, əslində, necə “hörmət bəslədiyi”ni nümayiş etdirib”. Qərbi Azərbaycan İcması ABŞ-ın Ermənistandan zorla çıxarılmış azərbaycanlıların məsələsini, o cümlədən onların mədəni irsinin Ermənistan tərəfindən dağıdılmasını görməzdən gəlməsini təəssüf hissi ilə qeyd edib. Bəyanatda diqqətə çatdırılır ki, Qərbi azərbaycanlıların qayıdış hüququnun dəstəklənməsi xahişi ilə hələ ötən ilin aprelində ABŞ Dövlət katibi Antoni Blinkenə göndərilən məktuba bu günədək cavab verilməyib. Halbuki, ötən dövr ərzində ABŞ hökuməti “insan hüquqları” adı altında bir sıra uydurma məsələləri dəfələrlə gündəmə gətirib. Hamıya məlumdur ki, ABŞ-ın hazırkı administrasiyası “insan hüquqları” və “mədəni irs” mövzularını yalnız Azərbaycana qarşı saxta ittihamlar irəli sürmək lazım gəldikdə xatırlayır.
İcma ABŞ-ın hazırkı administrasiyasının azərbaycanlılara qarşı nümayiş etdirdiyi irqi ayrı-seçkiliyi qətiyyətlə qınayıb və qərəzli siyasətinə heç olmasa səlahiyyət müddətinin bitməsinə az qalmış son verməyə, o cümlədən Dövlət katibi Antoni Blinkeni göndərilən məktuba cavab verməyə çağırıb. Bundan əlavə, regional məsələlərə dair müxtəlif birtərəfli dinləmələr təşkil edən ABŞ Senatı, Konqresin Tom Lantos adına İnsan Hüquqları Komissiyası, Dini Azadlıq Komissiyası kimi qurumlarının növbəti dinləmələrində Qərbi Azərbaycan İcmasının da iştirakının təmin olunacağına dair gözlənti ifadə edilib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30
Sosial
28 Oktyabr 22:18
YAP xəbərləri
28 Oktyabr 22:09
Dünya
28 Oktyabr 21:55
İdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15
Dünya
28 Oktyabr 20:46
İqtisadiyyat
28 Oktyabr 20:34
İqtisadiyyat
28 Oktyabr 20:18
Dünya
28 Oktyabr 19:51
Dünya
28 Oktyabr 19:23
Dünya
28 Oktyabr 19:10
Hadisə
28 Oktyabr 18:37
Siyasət
28 Oktyabr 17:49
Siyasət
28 Oktyabr 17:48
Siyasət
28 Oktyabr 17:48
YAP xəbərləri
28 Oktyabr 17:29
Sosial
28 Oktyabr 17:23
YAP xəbərləri
28 Oktyabr 17:13
Sosial
28 Oktyabr 17:11
Dünya
28 Oktyabr 16:25
Siyasət
28 Oktyabr 16:24
Siyasət
28 Oktyabr 16:23
Gündəm
28 Oktyabr 15:54
Gündəm
28 Oktyabr 15:53
Gündəm
28 Oktyabr 15:52
Dünya
28 Oktyabr 15:45
YAP xəbərləri
28 Oktyabr 15:29
YAP xəbərləri
28 Oktyabr 15:28
Gündəm
28 Oktyabr 15:23
İqtisadiyyat
28 Oktyabr 14:47
YAP xəbərləri
28 Oktyabr 14:45
Mədəniyyət
28 Oktyabr 14:40
Gündəm
28 Oktyabr 14:38
Sosial
28 Oktyabr 14:37
Sosial
28 Oktyabr 14:35
Gündəm
28 Oktyabr 13:48
YAP xəbərləri
28 Oktyabr 13:21
YAP xəbərləri
28 Oktyabr 12:39
Gündəm
28 Oktyabr 12:14
Sosial
28 Oktyabr 12:03
İqtisadiyyat
28 Oktyabr 11:57
İqtisadiyyat
28 Oktyabr 11:56
Hadisə
28 Oktyabr 11:55
Gündəm
28 Oktyabr 11:52
Siyasət
28 Oktyabr 11:37
Gündəm
28 Oktyabr 11:23
Gündəm
28 Oktyabr 11:22
Gündəm
28 Oktyabr 11:21
Gündəm
28 Oktyabr 11:19
Siyasət
28 Oktyabr 11:13
Analitik
28 Oktyabr 10:56
Siyasət
28 Oktyabr 10:46
MEDİA
28 Oktyabr 10:34
Analitik
28 Oktyabr 10:17
Dünya
28 Oktyabr 10:14
Siyasət
28 Oktyabr 10:13
Analitik
28 Oktyabr 09:49
Analitik
28 Oktyabr 09:34
Analitik
28 Oktyabr 09:15
Mədəniyyət
28 Oktyabr 08:51
Ədəbiyyat
28 Oktyabr 08:25
İdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30

