Sahibkarlığa dəstək ölkəmizin uğurlu inkişafını təmin edəcək
22.02.2013 [02:23]
Prezident İlham Əliyev: Sahibkarlığın inkişafı dövlət siyasətidir və yerli icra başçısı yerlərdə dövlət siyasətini aparan şəxsdir və o, dövlət siyasətindən kənarda heç bir iş görə bilməz. Ona görə bir daha deyirəm, bütün icra başçıları bilsinlər, sahibkarları incidən cəzalandırılacaqdır
Məlum olduğu kimi, Azərbaycan öz dinamik iqtisadi tərəqqisinə görə dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur. Belə ki, həyata keçirilən rasional iqtisadi strategiyanın fonunda müxtəlif inkişaf modellərinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması, kompleks səciyyəli iqtisadi islahatların həyata keçirilməsi, iqtisadi subyektlərin fəaliyyət mexanizminə əlverişli şəraitin yaradılması və digər bu kimi istiqamətlər prinsipial vəzifələr kimi müəyyən edilib. Eləcə də, Azərbaycan dövləti bütün bu vəzifələrin öhdəsindən layiqincə gələrək milli inkişafı ən yüksək səviyyədə təmin edir.
Eyni zamanda, ardıcıl surətdə həyata keçirilən rasional iqtisadi islahatlar da Azərbaycan iqtisadiyyatının dinamik inkişafını şərtləndirən mühüm amillərdən biri kimi çıxış edir. Belə ki, ölkə iqtisadiyyatının inkişafı üçün mütəmadi surətdə reallaşdırılan praqmatik islahatlar modeli formalaşdırılıb ki, bu da bütövlükdə milli inkişafa təkan verən əhəmiyyətli amil səciyyəsi daşıyır. Təsadüfi deyil ki, beynəlxalq maliyyə institutları da ölkəmizin iqtisadi inkişafını, reallaşdırılan tədbir və islahatları yüksək qiymətləndirirlər. O da qeyd edilməlidir ki, vətəndaşların maddi rifah halının daha da yaxşılaşdırılması, sosial müdafiə və təminat sisteminin gücləndirilməsi, sosialyönümlü iqtisadiyyatın inkişaf etdirilməsi kimi konkret faktlar ümummilli inkişafın təcrübi gerçəkliklərini təşkil edir. Qarşıda duran bütün sosial proqramların və infrastruktur layihələrinin uğurla icra edilməsi, məşğulluq səviyyəsinin ardıcıl olaraq yüksəldilməsi kimi zəruri və təxirəsalınmaz tədbirlər də milli iqtisadiyyatımızın tərəqqisində əhəmiyyətli strateji faktor kimi çıxış edir.
SAHİBKARLIĞIN İNKİŞAFI DÖVLƏTİN DİQQƏT MƏRKƏZİNDƏ
Bütün bunların fonunda milli iqtisadi inkişafı təmin edən mühüm faktorlardan biri olan sahibkarlığın inkişafı da dövlətimizin diqqət mərkəzindədir. Ümumilikdə, sahibkarlığın inkişafı özəl sektorun tərəqqisinə əhəmiyyətli töhfələr verir və bu fakt da ölkə iqtisadiyyatının dinamik inkişafının davam etməsində mühüm rol oynayır. Dayanıqlı iqtisadi sistemin formalaşmasında və dinamik inkişaf əldə etməsində altqurum institutu kimi mühüm rola malik olan sahibkarlıq fəaliyyəti təkcə iqtisadi tərəqqiyə təkan verən faktor kimi çıxış etmir, eyni zamanda, sosial rifah halının yaxşılaşmasında əhəmiyyətli vasitə rolunu oynayır.
Xüsusi olaraq vurğulamaq lazımdır ki, Azərbaycan sahibkarlığın inkişafı üçün hər cür şəraitin mövcud olduğu ölkədir. Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğının fonunda sahibkarlar səmərəli fəaliyyət göstərmək imkanı əldə ediblər. Bununla yanaşı, bölgələrdə sahibkarlıq fəaliyyətinə malik olan subyektlər dövlət tərəfindən maliyyə dəstəyi alırlar ki, bu da sahibkarlar üçün xüsusi stimul mənbəyi kimi çıxış edir. Bu məqsədlə fəaliyyət göstərən Sahibkarlığa Kömək Milli Fondu bölgələrdə sahibkarlıq subyektlərinin fəaliyyətinin maliyyə cəhətdən dəstəklənməsində aparıcı rola malikdir. Bu günədək Fondun xətti ilə sahibkarlara güzəştli şərtlərlə 1 milyard 200 milyon manat kredit verilib.
Sadalananlarla yanaşı, ölkəmizdə əlverişli sərmayə mühitinin mövcud olması, sərmayədarların hüquqlarının qorunması sahibkarların çoxşaxəli fəaliyyətinə dəstək və təkan verir.
SAHİBKARLIĞIN İNKİŞAFINA MANE OLAN SÜNİ ƏNGƏLLƏR ARADAN QALDIRILMALIDIR
Lakin bütün bunlarla yanaşı, bəzi neqativ hal və tendensiyalar sahibkarlığın inkişafına mane olan süni əngəl kimi çıxış edir. Bu sırada bir sıra məmurların fəaliyyəti, xüsusilə, qeyd edilməlidir. Belə ki, məmurlar bəzi hallarda sahibkarlığın inkişafına mane olan hallara yol verirlər ki, bu həm yerlərdə sahibkarlıq subyektlərinin fəaliyyətinin səmərəliliyini aşağı salır, həm də ölkəmizin ümumi iqtisadi inkişafına təsir edən neqativ faktor qismində çıxış edir. Heç şübhəsiz, bu, dövlətin sahibkarlığın inkişafına yüksək səviyyəli diqqət və qayğısına zidd haldır və yolverilməz durum kimi səciyyələndirilməlidir.
Cari ilin fevral ayının 12-də Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda çıxış edən dövlətimizin başçısı bu məsələyə toxunaraq qeyd edib ki, sahibkarlığa dəstək ölkəmizin uğurlu inkişafını təmin edəcəkdir: “Mən daim sahibkarlarla görüşürəm, həm Bakıda, həm bölgələrdə açdığım müəssisələrin sayı, bəlkə də, indi yüzlərlə, minlərlə ölçülür. Ancaq hər bir yerdə yerli icra orqanlarının rəhbərləri, icra başçıları, vəzifəli şəxslər sahibkarlara kömək göstərməlidirlər. Onların fəaliyyətinə dəstək verməlidirlər, onları incitməməlidirlər, onların işinə müdaxilə etməməlidirlər, qanunsuz tələblər irəli sürməməlidirlər. Belə hallar vardır. Deyə bilmərəm ki, bu, belə geniş vüsət alıbdır, amma var və buna son qoyulmalıdır. Sahibkarlığın inkişafı dövlət siyasətidir və yerli icra başçısı yerlərdə dövlət siyasətini aparan şəxsdir və o, dövlət siyasətindən kənarda heç bir iş görə bilməz. Ona görə bir daha deyirəm, bütün icra başçıları bilsinlər, sahibkarları incidən cəzalandırılacaqdır. Onlardan qanunsuz tələbdə olan şəxslər öz cəzasını alacaqdır. Onlara yalnız kömək göstərmək lazımdır ki, öz işlərini daha da səmərəli şəkildə qura bilsinlər”.
Nəticə etibarilə, hər bir məmur və bütövlükdə müvafiq dövlət qurumları sahibkarlığın inkişafına dəstək verməli, bu istiqamətdə dövlətin həyata keçirdiyi siyasətə uyğun addımlar atmalıdır. Məhz bu, sahibkarlığın, bütövlükdə isə, milli iqtisadiyyatımızın tərəqqisinə əhəmiyyətli töhfələr verəcəkdir.
NURLAN QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31

