Heydər Əliyev Fondu Ağ Evin rəsmi saytında petisiyaya qoşulmağa çağırır
19.02.2013 [01:09]
AzərTAc xəbər verir ki, Heydər Əliyev Fondu Ağ Evin rəsmi saytında Xocalı soyqırımı ilə bağlı cari il yanvarın 26-dan yerləşdirilmiş petisiyanı dəstəkləyən hər bir şəxslə həmfikir olduğunu bəyan edərək vətəndaşlarımızı, ölkəmizdən kənarda yaşayan soydaşlarımızı və Azərbaycan həqiqətlərini dəstəkləyən hər kəsi bu səsvermədə fəal olmağa çağırır.
Xocalı soyqırımının 21-ci ildönümü ərəfəsində başlanılmış bu aksiyanın məqsədi dünya ictimaiyyətinin diqqətini 1992-ci il fevralın 26-da azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı faktına yönəltmək, bu həqiqətləri beynəlxalq aləmdə tanıtmaqdır. Ağ Evin rəsmi saytında yerləşdirilmiş petisiyada ABŞ administrasiyasından Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr edilmiş proklamasiyanın qəbul olunması, həmçinin həmin hadisənin hərbi cinayət kimi tanınması xahiş edilir. Petisiyanı imzalayanlar ABŞ Prezidenti Barak Obamanın administrasiyasını Xocalıdakı qanlı qırğınları tanımağa, faciə qurbanlarının xatirəsini anmağa və proklamasiya qəbul etməyə çağırırlar.
ABŞ administrasiyasının petisiyaya baxması üçün tələb olunan 100 min imza artıq toplansa da, səsvermə fevralın 25-dək davam edir.
Bununla yanaşı, Ağ Evin rəsmi saytında Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması ilə bağlı da petisiya yerləşdirilib. Petisiyada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin XX əsrin ən faciəli münaqişəsi olduğuna, onun milyonlarla azərbaycanlının taleyində iz qoyduğuna, bir milyondan artıq insanın doğma yurd-yuvasından didərgin düşərək qaçqın və məcburi köçkün şəraitində yaşadığına diqqət çəkilir və ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi məsələnin həllində fəal iştirak etməyə çağırılır.
Azərbaycanın Dağlıq Qarabağ ərazisinin və ona bitişik yeddi rayonun işğal olunması ilə bağlı petisiya üzrə səsvermə fevralın 22-də bitir.
Heydər Əliyev Fondu vətəndaşlarımızı və ölkəmizdən kənarda yaşayan soydaşlarımızı bu petisiya üzrə də səsvermədə fəal olmağa, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması kimi ümummilli məsələdə həmrəylik nümayiş etdirməyə çağırır.
Ağ Evin rəsmi saytında Xocalı soyqırımı barədə petisiya üzrə səsvermənin linki:
https://petitions.whitehouse.gov/petition/issue-proclamation-commemorating-and-recognizing-war-crime-khojaly-massacre-and-its-victims/W8BbDqYx
Ağ Evin rəsmi saytında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə petisiya üzrə səsvermənin linki:
https://petitions.whitehouse.gov/petition/pay-close-attention-nagorno-karabakh-conflict-20-azerbaijan-territory-was-occupied-armenian-military/mkKddcRt
Xəbər lenti
Hamısına baxDünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33

