Müstəqil siyasət yürüdən ölkələrə qarşı...
13.09.2024 [09:43]
Şvabe yenidən “siyasi dəyənək” rolunda
Son illərdə Azərbaycanın əldə etdiyi uğurlar, istər siyasi, istərsə də iqtisadi platformada qazanılan nailiyyətlər, ən əsası bölgədə sabitliyin təmini ölkəmizin beynəlxalq imicini daha da artırıb. Ayrı-ayrı dövlətlər və ya beynəlxalq təşkilatlar Azərbaycan ilə əlaqələrin inkişafını xüsusi qiymətləndirir, bunun üçün səy göstərir. Dünyanın ən mühüm birliklərində Azərbaycan yürütdüyü mütəqil xarici siyasəti kursu, milli maraqlara söykənən dövlətçilik ənənəsi ilə seçilir, qlobal təşəbbüsləri ilə yadda qalır. Təsadüfi deyil ki, ölkəmizin Qoşulmama Hərəkatına rəhbərlik etdiyi 4 il qlobal müstəvidə ən yüksək standartlarla dəyərləndirilir. Nəticə etibarı ilə, Azərbaycana qarşı beynəlxalq etimad daha da güclənir. COP29 kimi mühüm qlobal tədbirin Bakıda keçirilməsinin yekdil şəkildə dəstəklənməsi də bu etimadın göstəricisidir.
Ənənəvi ritorika, ənənəvi hücumlar...
Bu kimi mühüm uğurlar isə dostlarımızı sevindirdiyi qədər düşmənlərimizi, qazanılan nailiyyətləri gözü götürməyən ermənipərəst mərkəzləri və onların “xidmətçilərini” narahat etməkdədir. Bunun nəticəsidir ki, artıq bir müddətdir ölkəmizlə bağlı yeni şər-böhtan kampaniyaları aparılır. Belə demək mümkündürsə artıq bu kimi münasibət ənənəvi hala çevrilib - Azərbaycan artıq öyrəşib ki, ölkədə keçiriləcək böyük beynəlxalq tədbirlər ərəfəsində Qərb ölkələri Azərbaycana qarşı beynəlxalq informasiya məkanında hücuma keçir. Analoji vəziyyət “Avrovisiya” musiqi yarışması, Avropa Oyunları, İslam Oyunları, Formula-1 yarışları ərəfəsində də müşahidə olunur. Eyni mərkəzlərdə hazırlanan “tezislərlə” ölkəmizə qarşı mövqe tutan “təşkilatlar” ayrı-ayrı şəxslərin “xidmətindən” istifadə etməklə öz çirkin niyyətlərini həyata keçirməyə çalışırlar. İndiyə qədər aparılan bu kimi “kampaniyalar” və həmin kampaniyalarda alətə çevrilmiş “xırda məmurlar” isə heç kimin yaddaşında qalmayıb - bu dəfə də eyni vəziyyət, eyni proseslər müşahidə edilməkdədir. COP29 öncəsi ölkəmizə qarşı hazırlanan antikampaniyaların “ən fəal” siması Frank Şvabe kimiləri təlimatları yerinə yetirən xırda məmurlardır. Bu dəfə də Qərb siyasi elitası onlardan istifadə edib sonra unudacaq.
Azərbaycan dünyada tolerantlıq nümunəsi sayılır...
Azərbaycandakı demokratik durum ən yüksək standartları özündə əks etdirir. İnsan hüquq və azadlıqlarının qorunması, eləcə də vətəndaş cəmiyyətinin inkişafı istiqamətində mühüm nailiyyətlər əldə edən Azərbaycan dünyada tolerantlıq nümunəsi sayılır. Hüquqi dövlət olan Azərbaycanda hər kəs qanun qarşısında eyni məsuliyyəti daşıyır və dövlət vətəndaşların hüquq və azadlıqlarının qorunmasını özü üçün prioritet elan edib. Ölkəmizdə demokratik ədalət mühakiməsi prinsiplərinə əsaslanan məhkəmə sistemi qurulub, konstitusiya nəzarəti, insan hüquqları üzrə müvəkkil kimi təsisatlar formalaşdırılıb, eləcə də, hüquq-mühafizə fəaliyyəti təkmilləşdirilib, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin fəaliyyəti genişlənib, insan hüquqlarının təmini sahəsində effektiv müdafiə mexanizmləri mövcuddur. Bu bir həqiqətidir ki, Qərb özünün altplanlarını “insan haqları”, “demokratiya”, “siyasi məhbuslar” ifadələri ilə bəzəməkdə “mahirdir” - bu kimi ifadələrin isə Qərb dairələrinin leksikonunda siyasi dəyənək rolunu oynaması sirr deyil. Həmin dəyənəyi onlar müstəqil siyasət yürüdən ölkələrə qarşı yönəldir ki, Azərbaycan da bu cür münasibətə tuş gəlib. Amma onlar unudurlar ki, Azərbaycan ilə təzyiq dilində danışmaq heç bir nəticəyə gətirib çıxarmır - dəfələrlə bu kimi nümunələrlə yaxından tanış olsalar da, anlamırlar...
Şvabenin yeni yalanları...
Bu ilin əvvəlində ölkəmizə qarşı ikili standartı ilə yadda qalan və qeyri-demokratik addım atan AŞPA-da canfəşanlıq göstərən Frank Şvabe yenidən ortaya çıxıb - o, son çıxışlarında yenidən əsassız iddialarla çıxış edib, Azərbaycanda “siyasi məhbusların” azad olunmasına çağırış “səsləndirib”.
Bu birmənalıdır ki, Azərbaycanda siyasi məhbus yoxdur. Ölkəmizdəki azad söz hüququ, azad siyasi fəaliyyət hüququ ən yüksək səviyyədə təmin edilir. Ayrı-ayrı qrupların marağında olan şəxslərin konkret ittihamlar üzrə daşıdıqları məsuliyyətə gəldikdə isə, bu, dünyanın hər yerində eyni prinsiplə tənzimlənir - Şvabenin də ölkəsində qanunu pozan şəxslər öz məsuliyyətlərini çəkməlidirlər.
Bu tip kampaniyanın ortadakı motivlə aparılması isə gözlənilən idi - Qərb dəstəklədiyi yerli şəbəkənin (Abzas Media, Toplum TV və s.) ifşasından sonra belə ittihamları ortaya qoymaqla özünü ifşa edir. Azərbaycanda hüquqi əsasla məsuliyyətə cəlb edilənləri qondarma adla çağıran Qərb nədənsə Ermənistandakı əsl söz azadlığı pozuntusunu görməzdən gəlir. Ermənistanda baş verən hadisələrlə bağlı Qərb institutları susur. Məsələn, 2019-cu ildə Ermənistan həbsxanasında müxalifyönlü jurnalist M.Yegiazaryan aclıq aksiya keçirərək ölüb. Digər bir müxalif siyasətçi Armen Qriqoryan isə 2022-ci ilin 15 iyulunda elə məhkəmə zalında ölmüşdü. Keçmiş hakimiyyətin bir çox fəal funksioneri (məsələn, Armen Aşotyan) həbs edilmişdi. Niyə Şvabe bir dəfə də olsun Ermənistanda olan bu problemlər haqda danışmayıb?
Demək ki, Şvabenin irəli sürdüyü bu “fikirlər” əsassız olduğu qədər qərəzlidir. Qərbin çirkin niyyətinin proyeksiyasına çevrilmiş Şvabe bu kimi iddialarla həm özünü, həm də xidmət etdiyi dairələri ifşa edir...
O “demokratdırsa”...
Şvabenin “həyat və fəaliyyətinə” diqqət yetirəndə çoxsaylı əsassız iddialarla rastlaşmaq mümkündür - O, illərlə erməni lobbisinin təsiri altında Qarabağ ermənilərinin “hüquqları” barədə danışıb. Amma bir dəfə də olsun Qarabağdakı qondarma rejimin və işğalçı Ermənistanın törətdiyi dağıntılardan bəhs etməyib. Şvabe həyatında bir dəfə də olsun Azərbaycanın mədəni irsinin dağıdılması, azərbaycanlıların öz doğma yurdlarına qayıdış hüquqlarının 30 il ərzində tapdanması haqda bir söz deməyib. Bu fakt özlüyündə onun nə dərəcədə qərəzli və erməni lobbisinin maraqlarına xidmət edən şəxs olmasını göstərir;
Şvabenin anti-Azərbaycan fəaliyyətinə nəzər saldıqda onun qatı ermənipərəst marağa xidmət etməsi bütün ştrixləri ilə açılır. Şvabe Almaniyanın ictimai kanalı ARD-də Azərbaycan əleyhinə bədii filmin (“AmAbgrund”) hazırlanmasında yaxından iştirak edib.
Əgər Şvabe həqiqətən də “müstəqil” və qlobal maraqlardan çıxış edirsə nə üçün 2014-?ü ildə Krımın işğalından sonra Rusiyanın AŞPA-dan çıxarılmasının əleyhinə mövqe sərgiləmişdi? Demək ki, o yalnız korporativ maraqlarını düşünən birisidir.
Yeni hücum dalğasının əsl səbəbi...
Əslində, həmin ermənipərəst dairələr və onların əlaltıları bu cür primiti yolla ölkəmiz haqqında mənfi imic yaratmağın mümkünsüzlüyünü özləri də dərk edirlər. Şərqlə-Qərbin qovşağı olan Azərbaycan bu gün dünya üçün hüquq və azadlıqların qorunması, tolerantlığın inkişafı baxımından real nümunədir. Görülən işlərə, aparılan islahatlara don geyindirməyə, onları ləkələməyə çalışanlar isə bununla özlərini biabır etməkdən başqa iş görmürlər. Azərbaycan ictimaiyyəti Şvabe, Okampo, bir sıra ABŞ konqresmenləri və senatorları, fransalı siyasətçilər və insan hüquqları müdafiəçilərinin ardıcıl, məqsədyönlü və sifarişli hücumlarına onilliklərlə şahidlik edib, artıq xalıqımızda bu kimi əsassız hücumlara qarşı immunitet yaranıb. Hər kəs anlayır ki, yeni hücum dalğası COP29-la bağlıdır, bu mühüm tədbir ərəfəsində beynəlxalq ictimaiyyətin qarşısında Azərbaycanı növbəti dəfə qaralamaq məqsədi güdür - Şvabe kimiləri isə öz yalanlarını erməni lobbisi və antiazərbaycan qüvvələrinin təhriki ilə danışırlar.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59

