Yaxın Şərq yeni müharibə astanasında...
14.08.2024 [11:06]
ABŞ hərbi gəmiləri hərəkətə keçib
HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin iyulun 31-də öldürülməsindən sonra Yaxın Şərqdə vəziyyət daha da gərginləşib. Hər ötən gün İsrail - HƏMAS qarşıdurmasının əhatə dairəsinin genişlənəcəyi və regionda genişmiqyaslı müharibəyə çevriləcəyi riski artır. Artıq Amerika Birləşmiş Ştatları (ABŞ) İranın İsrailə qarşı mümkün qisas hücumlarının qarşısını almaq üçün hazırlıqlara başlayıb. Mənbələrin məlumatına görə, ABŞ-ın Fars körfəzi, Şərqi Aralıq dənizi və Qırmızı dənizdə yerləşən hərbi birləşmələri, necə deyərlər, ayaq üstündədir, hərbi gəmilər hərəkətə keçərək yerdəyişmələr edir və yeni mövqelərdə möhkəmlənirlər.
İrandan gələn sərt qisas çağırışları
Regionda ABŞ gəmilərinin və digər hərbi birləşmələrin yeni hərəkətliliyi İrandan gələn sərt qisas çağırışları fonunda müşahidə edilir. İran rəhbərliyi İsmayıl Haniyənin ölümündə İsraili günahlandırır və baş verən terror aktını milli təhlükəsizliyə təhdid kimi qəbul edir. İranın prezidenti və ali dini rəhbəri Haniyənin öldürülməsinə görə qisas alınacağına söz veriblər. Prezident Məsud Pezeşkian deyib ki, Tehran Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin ölümündə əli olanları “peşman edəcək”. “Bu gün İran şəhid İsmayıl Haniyə üçün yas saxlayır. İran və Fələstin xalqları arasındakı bağ əvvəlkindən daha güclü olacaq, məzlumların müqaviməti və müdafiəsi hər zamank?nd?n daha şiddətli olacaq. İran İslam Respublikası öz ərazi bütövlüyünü müdafiə edəcək və terrorçu işğalçıları qorxaq əməllərinə görə peşman edəcək”, - deyə Məsud Pezeşkian özünün X səhifəsində yazıb.
Hadisədə İsraili günahlandıran İranın ali dini lideri Ayətullah Əli Xamenei isə İsmayıl Haniyənin ölümünə görə “ağır cəza” vəd edib. O, İsmayıl Haniyəni “Fələstin mücahidlərinin cəsur lideri” adlandırıb. Onun yaydığı bəyanatda vurğulanır: “Biz İran İslam Respublikası ərazisində şəhid olanın qanının qisasını almağı özümüzə borc bilirik”.
Məlum terror hadisəsi ilə bağlı İsrailə qarşı yönələn növbəti təhdid İranın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Əmir Səid İrəvanidən gəlib. BMT TŞ-də İranın tələbi, Rusiya, Çin və Əlcəzairin dəstəyi ilə keçirilən fövqəladə iclasda çıxış edən səfir də Haniyənin öl?mündə İsraili nişan verərək vurğulayıb: “İran bu hücumu ən sərt şəkildə qınayır, eyni zamanda, bildiririk ki, beynəlxalq hüquqa uyğun olaraq özümüzü müdafiə haqqımızı saxlayırıq. Biz nə vaxt münasib bilsək, həmin anda lazım bildiyimiz şəkildə cavab verəcəyik”.
ABŞ vaxt itirmədən hazırlıqlara başlayıb
İran təmsilçilərinin hələlik sözdə eşidilən, sahədə isə görünməyən qisas çağırışları İsraildə və okeanın o tayında sükutla qarşılanmayıb. Təl-Əvivə hərtərəfli dəstək verən rəsmi Vaşinqton vaxt itirmədən İranın ehtimal olunan hücumlarının qaşısını almaq üçün hazırlıqlara başlayıb.Bu barədə Ağ Evin təmsilçisi Con Kirbi jurnalistlər üçün brifinqdə deyib. Onun sözlərinə görə, Tehranın hücumu bu həftə gözlənilir: “Biz bunu çox yaxından izləməyə davam edirik. İndiki məqamda hücumun İrandan, yoxsa onun proksilərindən gələcəyini, bunun necə görünə biləcəyini dəqiq söyləmək çətindir, lakin bunun əhəmiyyətli silsilə hücumlar ola biləcəyi ehtimalına hazır olmalıyıq. Buna görə də biz son bir neçə gündə bölgədəki gücümüzü və imkanlarımızı artırdıq”, - deyə Con Kirbi vurğulayıb.
Qeyd edək ki, ABŞ-nin elan olunan hazırlıqlarına həm də İsrailin dəstəklənməsi daxildir. Bu günlərdə CNN telekanalı öz mənbələrinə istinadla ABŞ-nin silah və hərbi texnika alınması üçün İsrailə 3,5 milyard dollar ayırmaq niyyətində olduğu barədə məlumat yayıb. Bildirilir ki, Dövlət Departamenti amerikalı qanunvericiləri Ağ Ev administrasiyasının İsrailə milyardlarla dollarlıq xarici hərbi maliyyə vəsaiti ayırmaq niyyəti barədə xəbərdar edib. Bu vəsait aprel ayında İsrail üçün ABŞ Konqresi tərəfindən qəbul edilmiş 14,1 milyard dollarlıq əlavə maliyyə layihəsi çərçivəsində ayrılır. Mənbələr telekanala bildiriblər ki, Tehran və Beyrutda yüksək səviyyəli HƏMAS və Hizbullah liderlərinin öldürülməsindən sonra İsrail İran və Hizbullahın hücumuna hazırlaşır. Maliyyə yardımı da Təl-Əvivə məhz bu məqsədlə veriləcək.
Regionda ordu birləşmələrinin, o cümlədən hərbi gəmilərin səfərbər edilməsi də İranın mümkün qisas hücumlarının qarşısının alınmasına hesablanıb. “ABŞ idarəolunan raketlərin yerləşdiyi sualtı gəmisini Yaxın Şərqə göndərib. Bunu ABŞ-??n müdafiə naziri Lloyd Ostin deyib. Məlumata görə, İsrail müdafiə naziri Yoav Qallant ilə danışan Ostin “Avraam Linkoln” təyyarədaşıyan gəmi qrupunun Yaxın Şərqdə sürətlə yerləşdiriləcəyini bildirib. Ostin həmçinin Vaşinqtonun Təl-Əvivin müdafiəsi üçün bütün mümkün tədbirləri görəcəyini deyib. Lloyd Ostin “USS Georgia” nüvə sualtı qayığının da Yaxın Şərqə göndərilməsi barədə göstəriş verildiyini bildirib. Pentaqonun məlumatına əsasən, “Teodor Ruzvelt” aviadaşıyıcı gəmisi artıq regiondadır. Bundan əlavə, Pentaqon rəhbəri qanadlı raketlərlə təchiz edilmiş “Corciya” sualtı qayığını CENTCOM-un məsuliyyət zonasına yerləşdirməyi tapşırıb.
Pentaqon regionda hərbi hazırlıqlarını gücləndirməsini gərginliyin artması ilə izah edir. Ancaq verilən izahların məzmunundan asılı olmayaraq, görünən odur ki, Yaxın Şərq yeni müharibə alovuna sürüklənir.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

